"DİM-in imtahan nəticələri təhsilin keyfiyyətinin artması və ya azalması kimi qəbul edilə bilməz"
"Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 13-ü qız, biri oğlandır.
DİM-in imtahan nəticələri təhsilin keyfiyyətinin artması və ya azalması kimi qəbul edilə bilməz. Çünki sualların çətinlik dərəcəsi eyni qalsaydı, bunu meyar kimi qəbul etmək olardı, lakin illər üzrə çətinlik dərəcəsi müxtəlif olur. Bunun əksini düşünənlər ötən ilin buraxılış imtahanının sual kitabçasını və bu ilin buraxılış imtahanının sual kitabçasını yanaşı qoyub, fərqi asanlıqla görə bilər".
Bu sözləri BiG.AZ-A iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, bunun məntiqi nəticəsidir ki, ötən il bir şağird belə olsa 300 bal toplaya bilməmişdir. Bu il 14 nəfər 300 bal topladı. Nə baş verdi? Bir il ərzində Azərbaycan orta təhsilin keyfiyyət göstəricisi 1300 faizdən çox yüksəldi?
"Düzdür, sualların çətin və ya asan olması imtahan verənlərin qəbul olmasına əlavə fürsət yaratmır. Bütün hallarda ən yüksək bal toplayanlar seçilir. Çünki, suallar çətin olanda da, asan olanda da savadlı abituriyentlər daha çox bal toplayır və qəbul yerlərini onlar doldurur. (Yəni sualar çətin olanda 500 balla kəsilən adam, sual asan olanda 550 balla da kəsilir.)
Amma sulların asan-çətin faktoru sonda abituriyentə ciddi təsir edir. Çünki təhsilin müxtəlif pillələrində və dövlət proqramlarında iştirak edən zaman qəbul balı vacib rol oynayır. Məsələn, Xaricdə Təhsil Proqramına (DP) müraciət etmək üçün qəbul balı 500+ olmalıdır. Ötən il nisbətən çətin suallarla 490 bal toplayan tələbə, 4 il sonra DP-yə müraciət etmək şansını itirib. Amma onunla eyni savadda olan başqa abituriyent bu il asan suallar olduğu üçün rahatlıqla 500+ toplayacaq və vaxtı çatanda DP-yə müraciət edəcək. Bu insanlar üçün qeyri-bərabər şəraitin yaradılması deməkdir.
Oxşar mövzu Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanların da baş vermişdir. Sualların çətinlik dərəcəsi bəzi illərdə kəskin fərqli olduğundan müəllimlər növbəti illərdə Yerdəyişmə üçün müraciət etdiyi zaman ədalətli rəqabət mühiti yaradılması mümkün olmur. Məsələn, biri nisbətən çətin suallarla 56 bal toplayaraq müəllim kimi qəbul olub, digər sonrakı ildə asan suallarla 59 bal toplayıb qəbul olur. 3 il sonra onlar yerdəyişmə üçün müraciət edən zaman asan suallarla qəbul olan müəllim qeyri-bərabər şəraitdə qalib gəlir, digəri uduzur.
Bu qeyd etdiklərim saysız-hesabsız hallardan sadəcə ikisidir. Buna görə də imtahan suallarının çətinlik dərəcələrinin nisbi bərabərliyinə ciddi önəm verilməldirir.
Yeniliklər, mütləqdir. Biz də bunun tərəfdarıyıq. Amma yenilik adı ilə bu hər il sual kitabları "təqdiqat laboratoriyası"na çevirməməlidir.
PS. Buraxlış imtahanlarında olan bu yanaşma Qrup imtahanlarında da tətbiq edilsə, qəbul balları ötən illə müqayisədə 30-50 bal yüksələcək. Valideynlər yer seçimləri zamanı bu faktoru mütləq nəzərə alsınlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1742 Tarix: 04 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
23.10.2026 224 Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23.10.2026 296 "Həzi Aslanov"a birbaşa gediş-gəliş bərpa olunur
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib. O bildiri
23.10.2026 279 "Qisasçılar" "Avatar"ı geridə qoydu - Kino tarixinin ən böyük rekordu yeniləndi
"Qisasçılar: Final" ("Avengers: Endgame") filmi yenidən dünya kino tarixinin ən çox gəlir gətirən ekran əsəri olub. xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə nümayiş olunan film təkrar kinoprokat sayəsində Ceyms Kemeronun məşhur "Avatar" filmini geridə qoyub
23.10.2026 231 Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF
"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:. "Məsələn
23.10.2026 405 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"
Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib. -a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaql
23.10.2026 388 Sabah hava necə olacaq?
Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal
23.10.2026 239 Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır
Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric
23.10.2026 251 "Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba
23.10.2026 280