Jurnalistlər "Crocus"da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar

Jurnalistlər "Crocus"da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblarJurnalistlər Moskva vilayətində "Crocus City Hall"dakı terror aktının sponsorluq etdiyi ehtimal olunan kriptopulqabı aşkar ediblər. Qeyd olunub ki, pulqabı ilə əlaqəli telefon nömrəsi "Xorasanın səsi" "Telegram" kanallarından birində (İŞİD-in Əfqanıstan qanadı) tapılıb.

"Terror aktı baş verən gün "Xorasanın səsi" ilə əlaqəli teleqram kanalında nömrəsi dərc edilmiş kriptopulqabıdan terrorçulara vəd edilənin təxminən yarısına bərabər məbləğ köçürülüb", - deyə mənbədən qeyd edilib.

Bildirilib ki, bu kanaldan "Crocus" konsert zalında terror aktını törədənləri öz sıralarına cəlb etmək üçün istifadə olunub.

Pulqabı "Tronscan" platformasında yerləşdirilib və bu il martın 13-də aktivləşdirilib.

"Xorasanın səsi" "Telegram" kanalının administratoru - "Mavlavi_56" ləqəbli biri üç dəfə paylaşım edərək uşaqlara və əsir ailələrə kömək üçün vəsait toplamaq barədə post paylaşıb. Bu yazılarda kriptopulqabının ünvanı olub.

"Crocus"da terror baş verən gün ona 1000 dollara qədər külli miqdarda pullar gəlməyə başlayıb. Ümumilikdə dörd köçürmə edilib və pulqabından demək olar ki, dərhal naməlum ehtiyaclar üçün pul çıxarılıb.

Terror aktını törədənlərdən biri Faridun Şamsiddin həbs olunduqdan sonra məlumat verib ki, qruplaşmaya terror aktına görə yarım milyon rubl (9,2 min manat) ödəyəcəyi vəd edilib.

Məbləğin təxminən yarısı karta köçürülüb. Terror aktından sonra kriptopulqabı vasitəsilə əməliyyatların artıq baş tutmadığı vurğulanıb.

Xatırladaq ki, Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert zalında terror aktı martın 22-də təşkil edilib. Rəsmi məlumatlara görə, hücuma görə azı 144 nəfər ölüb. İstintaq davam edir.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 978   Tarix: 30 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bacısı və həyat yoldaşının ölümündən danışdı

İranın yeni Ali Lideri Müctəba Xamenei həyat yoldaşı və bacısının ABŞ-İsrail əməliyyatı zamanı həlak olduğunu təsdiqləyib. "Qafqazinfo" xəbər verir ki, onun bəyanatı İran dövlət televiziyası tərəfindən yayımlanıb. "Ölümü ictimaiyyətə açıqlanan atamla yanaşı, sevimli və sədaqətli həya

12.03.2026 257
.

AFP müxbiri İran paytaxtında bir neçə partlayış baş verdiyini bildirib

AFP jurnalistinin verdiyi məlumata görə, İsrail və ABŞ-a qarşı müharibənin 13-cü günündə İran paytaxtında bir sıra güclü partlayışlar baş verib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, jurnalistin sözlərinə görə, Tehranın qərbindən tüstü qalxır, lakin hədəfin nə olduğu dərhal məlum deyil. Müəllif

12.03.2026 219
.

Azərbaycanda iki bank BAĞLANACAQ

Ötən günlərdə Azərbaycanda daha bir bankın fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyi ilə bağlı xəbər vermişdik. Bununla da ölkədə yalnız 21 bank fəaliyyət göstərəcək. Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı şikayət cədvəlində də birinci yerdə "BTB" Bank, ikincilikd

12.03.2026 321
.

İsrail ordusuna Livan əməliyyatlarını genişləndirməyə hazırlaşmaq tapşırığı verib

İsrailin müdafiə naziri İsrael Katz, İranın dəstəklədiyi Hizbullah qruplaşmasının İsrailə raket atmasından sonra Livanda əməliyyatları genişləndirməyə hazırlaşmaq üçün orduya təlimat verib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Katz bu gün yayımlanan video müraciətində bildirib ki, "Hizbullah dünə

12.03.2026 206
.

İsrail İranın nüvə obyektinə hücum etdiyini bildirib

İsrail ordusu bildirib ki, son günlərdə İrandakı nüvə obyektinə zərbələr endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, İsrail 2024-cü ilin oktyabr ayında hava hücumu nəticəsində "Taleghan 2" obyektini məhv etmişdi. Bu ilin əvvəlində peyk şəkilləri İranın obyekti bərpa etmək üçü

12.03.2026 251
.

Evdən və ya istənilən yerdən işləmək - qanuni hüquq

"Əmək Məcəlləsinə əsasən "iş yeri" anlayışı əvvəllər işçinin əmək müqaviləsində müəyyən edilmiş vəzifələrini yerinə yetirdiyi konkret yer kimi qəbul edilirdi". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, pandemiya dövründə isə işçiləri

12.03.2026 265
.

Süni intellektlə bunu edənlər - 7 ilədək həbs olunacaq

Süni intellektlə seksual xarakterli material hazırlayanlar yeddi ilədək həbs olunacaq. xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin

12.03.2026 357
.

Oyuna son anda gəldilər: 13 qol buraxdılar

Regional Həvəskarlar Liqasında keçirilən "Keşanspor" -"Kırcasalihspor" oyunu son dəqiqələrdə həyəcanla keçib. -ın xarici mediaya istinadən xəbərinə görə, oyuna son anda çatan "Kırcasalihspor" ağır məğlubiyyətlə üzləşib. Üstün oyun nümayiş etdirən "Keşanspor" 13-

12.03.2026 231
.

Bakıda "Ferrari" qaydaları belə pozdu - Video

Bakıda lüks idman avtomobilinin yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdə "Ferrari" markalı qırmızı avtomobilin Xətai rayonu Yusif Səfərov küçəsində avtobus zolağında hərəkət etməsi və daha sonra Heydər Əliyev prospektin

12.03.2026 254
.

TOP MP3