Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə şahidlər dindiriliblər

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə şahidlər dindiriliblərMilli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib və şahidlər dindiriliblər.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili məhkəməyə Fazil Mustafanın ərizəsini təqdim edib və bildirib ki, müvəkkili ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir.

Daha sonra şahidlərdən əvvəlcə hazırda məhkumluq həyatı yaşayan Xəyyam Musayev ifadə verib:

"Təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıyıram. Uşaqlıq dostum olub. Rəşad mənə tapançanı verərək özümdə saxlamağı xahiş etdi, mən də saxladım. Daha sonra məni həbs etdilər. Silahı başqasına 800 manata satdım".

Daha sonra şahid qismində polis əməkdaşları ifadə veriblər. Onlar təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıdıqlarını deyiblər. Polis əməkdaşları bildiriblər ki, həmin gün növbətçi hissəyə Rəşad Əhmədovun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və silah gəzdirməsi ilə bağlı məlumat daxil olub. Şahidlərin sözlərinə görə, onu idarəyə aparıb axtarış ediblər və onun üzərindən metamfetamin aşkarlanıb. Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və digər maddələri ilə cinayət işi başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov həbs ediliblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 770   Tarix: 30 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB

2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını

23.10.2026 341
.

Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH

Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər

23.10.2026 384
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"

23.10.2026 390
.

Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur

İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər

23.10.2026 312
.

Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi

Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqların

23.10.2026 256
.

"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba

23.10.2026 348
.

Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB

Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu

23.10.2026 344
.

"Siz də, maşallah, çox yaxşı görünürsünüz"

"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib

23.10.2026 391
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, o, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanınd

23.10.2026 393
.