Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"
Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb.
Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib.
Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdir ki, ölkədə taksi kimi istifadə olunan maşınların əksər hissəsi öz fəaliyyətinə yekun vuracaq. Çünki hazırda taksi xidmətlərində istifadə edilən avtombillərin çox hissəsinin buraxılış tarixi 15 ildən çoxdur.
Taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların bu məsələyə və ümumən yeni dəyişikliklərə münasibəti necədir?
Yenisabah.az taksi sürücülərinin rəyini öyrənib.
Cavablardan belə qənaətə gəldik ki, sürücülərin bir çoxu yeni qərardan kəskin narazıdır.
Tanınmış taksi şirkətlərinin biri ilə əməkdaşlıq edən və öz şəxsi maşını ilə fəaliyyət göstərən Elnur Tağıyev deyib ki, bu qərar taksilərə ciddi zərbə vuracaq.
"Onsuz da şirkətlər belimizi qırırdı. Elə gün olub ki, gündəlik planı ödəmək üçün 18-20 saat işləmişəm. Maşınım 2006-nın "Prius"udur. Belə çıxır ki, mən daha taksi kimi işləyə bilmərəm. Nə etməliyəm? İllərdir bu işdə çalışıram, yaxşı-pis ailəmizi dolandırıq. Əlimdə elə bir pul da yoxdur ki, gedim təzə maşın alım".
Şirkətdən icarə maşın götürdüyünü deyən sürücüsü Mahir Quliyev isə yeni maşınların icarə haqlarının artırılacağından narahatdır.
"Hər gün maşın götürüb taksi kimi işlədirəm, bu sərf eləyir. Amma indi köhnə maşınlar yenisi ilə əvəz olunsa, yəqin ki icarə qiymətləri qaldırılacaq. Bu isə artıq işimizi çətinləşdirəcək, qazanc azalacaq".
İllərdi taksi sürücüsü kimi çalışan Əliheydər Babayev bundan sonra "ənənəvi taksi" fəaliyyəti ilə məşğul olacağını deyib.
"Əvvəllər bu şirkətlər yox idi, müştəri ilə aramızda danışıb razılaşırdıq. Soruşursuz ki, indi neyləyəcəm? Heç nə, Bakı-Sumqayıt arasında "manatlıq" taksilik edəcəm. Mənim imkanım yoxdur ki, gedim təzə maşın alım sürüm. Təzə maşın almağa pulum olsa, taksidə niyə işləyim?!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 975 Tarix: 29 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRayonlara ayrılan milyonlar dayanır - SƏBƏB
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını
23.10.2026 341 Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH
Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər
23.10.2026 384 Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"
23.10.2026 390 Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər
23.10.2026 312 Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi
Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqların
23.10.2026 256 "Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba
23.10.2026 348 Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB
Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu
23.10.2026 344 "Siz də, maşallah, çox yaxşı görünürsünüz"
"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib
23.10.2026 391 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, o, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanınd
23.10.2026 393