Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLARFövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 541   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zelenski və Kobaxidze 5 ildən sonra üz-üzə

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze beş ildən sonra ilk dəfə Avropa Siyasi Birliyi sammiti çərçivəsində görüşüblər. xəbər verir ki, bu barədə TASS agentliyi Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Bəyanatda qeyd olunub ki, Ukrayn

11:40 189
.

"Ölüm ixrac etmək istəmirik" - Kolumbiya prezidentindən diqqətçəkən çıxış

Kolumbiyadan olan minlərlə vətəndaşın Ukraynada muzdlu döyüşlərə cəlb olunması ciddi narahatlıq doğurur. xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro bu barədə X sosial şəbəkəsində paylaşım edib. Prezident bildirib ki, təxminən 7 min kolumbiyalı hərbi təlim keçərək başqa ölkənin müharibəsində iştira

11:03 165
.

Qətldə şübhəli kimi saxlanılan müğənni ilə bağlı qərar dəyişdi

Futbolçu Kubilay Kaan Kundakçı cinayəti ilə bağlı aparılan istintaqda məhkəmə yeni qərar qəbul edib. Axşam.az xəbər verir ki, məhkəmə cinayət işi üzrə şübhəlilər arasında yer alan və daha əvvəl həbs edilən müğənni İzzət Yıldızhanın azadlığa buraxılmasına qərar verib. Eyni qərarla Yıldızhanın ölkədə

17:44 57
.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə bir üsul

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər. xarici mediaya istinadən bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?. Alimlərin izahına görə, nəfəsi adi haldan təxminə

18:15 1
.

Ukraynanın Naftogaz qaz istehsal zavodlarında Rusiyanın dron və raketləri beş nəfəri öldürüb

Şirkətin baş icraçı direktoru çərşənbə axşamı bildirib ki, Rusiyaya məxsus dronlar və raketlər Ukraynanın dövlət enerji şirkəti Naftogazın Poltava və Xarkov vilayətlərindəki qaz istehsalı müəssisələrinə hücum edib, nəticədə üç işçi və iki xilasetmə işçisi həlak olub. BİG.AZ Reuters-ə istinadən xəbə

14:29 169
.

Musiqi aləmində süni intellekt QALMAQALI böyüyür: Mahnılar saxtadır?

Bütün dünyada, eləcə də Türkiyədə musiqi sektorunda süni intellektlə bağlı mübahisələr daha da artıb. "Saygı 1" adlı musiqi gecəsində səhnəyə çıxan Nikbinlər qrupunun performansı sosial mediada geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, gecədə 30-dan çox sənətç

18:30 1
.

Stubbdan sərt mesaj: NATO-nun 5-ci maddəsi ilə bağlı xəbərdarlıq

Rusiya NATO ölkələrinin hücum halında cavab verməyə hazırlığını sınamamalıdır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb müsahibəsində bildirib. Stubbun sözlərinə görə, Moskvanın North Atlantic Treaty Organization-nun Kollektiv Müdafiə Müqaviləsinin 5-c

11:59 169
.

Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib - Fotolar

Aprelin 24-ü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin tarixdə qurumun "1003 - Çağrı Mərkəzi"nə zəhərlənmə ilə bağl

17:16 107
.

"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranının zirzəmisində ofisantlar arasında baş verən dava ilə bağlı məhkəmə qərar verib. Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü Kamran Məmmədovun (soyad şərti) Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsin

14:52 231
.

TOP MP3