Deputat: Avropa İttifaqının "mülki missiyası"nın fəaliyyəti qərəzlidir
Avropa İttifaqının "Mülki müşahidə missiyası" adı altında Azərbaycanla sərhəddə fəaliyyət göstərən qeyri-rəsmi nümayəndə heyətləri mahiyyətcə "durbin diplomatiyası"nın agentinə çevriliblər.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, bu cür missiyalar istisnasız olaraq əsassız azərbaycanofobiyanın yayılması üçün istifadə olunur və Cənubi Qafqazda kövrək sabitliyi hədəf götürüb: "Avropa İttifaqının Ermənistandakı missiyası əslində qısamüddətli olmalı idi, amma sonradan uzunmüddətli status aldı və onun hərbiləşdirilməsinə başlandı. Qərb bu yolla regionu "barıt çəlləyi"nə çevirmək istəyir. Missiyanın tərkibində hərbçilərin olması faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir".
Deputat bildirib ki, Ermənistan parlamentinin Azərbaycanda sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya etməsi də çirkli oyunların başlandığına işarədir:
"Mülki missiya üzvləri arasında hərbçilərin, jandarm və kəşfiyyat qurumunun əməkdaşlarının olması narahatedici faktlardır. Bu, Cənubi Qafqazda onsuz da kövrək olan sülhə təhdiddir. Missiya yaradılanda avropalılar Azərbaycanla əvvəlcə məsləhətləşdilər, sonra isə məsələni birtərəfli qaydada həll etməyi düşündülər. Bu isə problemlər yaradır. Əgər hədəfdə Azərbaycandırsa, bizdən kənar, yaxud bizimlə məsləhətləşmədən sərhəddə nələrisə həll etmək sadəcə mümkün deyil. Faktın özü avropalıların qərəzli olmasından xəbər verir. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, İrəvanla dialoqda vasitəçilərə ehtiyacı yoxdur. Azərbaycan ordusu müstəqil şəkildə öz sərhədlərini qorumağa qadirdir. Təəccüblüdür ki, 30 il ərzində Aİ Azərbaycanın bir hissəsinin işğalından narahat olmayıb, indi isə birdən-birə Ermənistanı müdafiə etmək qərarına gəlib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 737 Tarix: 24 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNigar Kərbəla ziyarətində
Aparıcı Nigar Mahmudova İraqa səfər edib. Axşam.az xəbər verir ki, aparıcı Kərbəla ziyarətində olub. Samarra şəhərində olan Nigar sosial şəbəkədə səfəri ilə bağlı paylaşım edib. O, dini inancları ilə bağlı yazılan suallara da aydınlıq gətirib:. "Düşünməyin ki, qatı şiəyəm. Mən dini məzhəblərə bölmədə
14:40 120 Cennifer Lopez ad günü vannada qeyd etdi
56 yaşlı dünya ulduzu Cennifer Lopez bacısı Linda Lopezin ad gününü qeyd etmək üçün Avropa səyahətinə yollanıb. xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni və aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar izləyicilərin böyük marağına səbəb olub. Paylaşılan kadrlarda Cennifer Lopezin hama
22.07.2026 615 Jurnalist Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Jurnalist və şair Rüfət Əhmədzadənin meyiti aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Rəbiyyə Zərdabi sosial şəbəkə hesabında paylaşım edib. Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün səbəbi hələlik məlum deyil
22.07.2026 624 İyulun pensiya ödənişi yekunlaşdı
Respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə iyul ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyi
12:02 369 Tailandda silahlı hücum: 5 təhlükəsizlik əməkdaşı öldürüldü
Tailandın cənubunda yerləşən Narathivat əyalətində silahlı şəxslərin hücumu nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, 6 mülki şəxs yaralanıb. Məlumata görə, axşam saatlarında təxminən 10 nəfərdən ibarət silahlı qrup yol kənarında yerləşən nəzarət-buraxılış məntəqəsinə hücu
15:07 68 Arktikada buzların əriməsi yenidən sürətlənib (TƏDQİQAT)
Arktikada dəniz buzlarının əriməsinin son illərdə müşahidə olunan nisbi sabitləşmə dövrü başa çatıb. Yeni tədqiqat göstərib ki, buz örtüyünün sahəsi yenidən sürətlə azalmağa başlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb. Alimlər əvvəllər 2005-2024-cü illərdə Arktikad
22.07.2026 442 Hüquqşünas alimə cinayət işi açıldı
Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev barəsində cinayət işi başlanılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, külli miqdarda mənimsəmədə ittiham olunur. Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevi
10:33 361 "Lazeroloq üzümü yandırıb..." - Foto
"Gənclikdə yerləşən "Paris Beaute" Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır". Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Türkan Şirinova müraciət edib. Zərərçəkmişin sözlərinə görə, prosedur laze
22.07.2026 565 And dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər
Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər
22.07.2026 480