Ağadadaş Ağayev: "Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq"
Xalq artisti Ağadadaş Ağayevin erməni müğənnisi Armen Aloyan tərəfindən "Dodağına gülüş qonub" və "Sevirəm de" mahnıları oğurlanıb.
Məsələ ilə bağlı Bizim.media-nın əməkdaşı sənətkarla əlaqə saxlayıb.
A.Ağayev "Sevirəm de" nəğməsi ilə bağlı 41 il əvvəl başına gələn hadisədən də söz açıb:
"Sevirəm de" mahnısını sovet dövründə, yəni 1983-cü ildə ifa etmişdim. Bu ərəfədə isə mənim yeni kasetim çıxmışdı. O zaman heç mən evli də deyildim. O mahnıya görə bir erməni polis formasında yaşadığım Çapayev küçəsindəki evimə gəldi. Qapını döydü və dedi ki, sizinlə söhbət etməliyəm. Onunla keçdik mətbəxə. O, çantasından bir "Yerevan" konyakı və şokoladlar çıxardı. Həmin erməni polis soyuducunun qapısını açıb gətirdiklərini ora qoydu. Söylədi ki, siz mənə güvənin. Sizi vətəndaşlığa götürək, sizə erməni pasportu hazırlayaq və Ermənistanın girişində sizə bir heykəl ucaldaq.
Ona sual verdim ki, "Siz polissiniz və sizin bu söhbətlərə nə aidiyyətiniz var?" O isə cavabında mənə - "Düşək qapıya, avtomobilimə əyləşək. Görəcəksən ki, orada sənin kasetindən başqa kaset yoxdur. Mən ancaq sənin mahnılarını dinləyirəm. Bu isə tək məndə yox, bütün Ermənistanda belədir. Mən isə sənin yanına elə-belə gəlməmişəm". Elə oldu ki, birlikdə qapıya düşüb avtomobilə əyləşdik. Bir-bir kasetləri oxutdurdu. Və gördüm ki, hamısında mənim mahnılarım və səsimdir.
O zaman güclü qar yağırdı. Bunun isə üstündə silah vardı və özü də yekəpər birisi idi. Dedim ki, mən bu barədə məsləhətləşib sənə sabah xəbər edərəm. Elə oldu ki, kinofilmdə işləyən Xanbala adlı dostuma zəng etdim, dedim ki, yığ dostlarını, bu erməni polisini yaxşıca əzişdirək... Xanbala çox emosional və vətənpərvər insandır. İnanın, içim dağılırdı bunun mənə o təklifindən, amma büruzə verməməyə çalışırdım.
Səhər mən bu həmin erməni ilə görüşməli idim. Dostlarımla görüş yerinə gəlsək də, erməni ora gəlmədi. Düşünmüşdü ki, ora gəlsə, sağ-salamat çıxmayacaq".
Qeyd edək ki, Ağadadaş Ağayev açıqlamasında bildirib ki, yaxın zamanda 100-dən çox mahnısı üzərində hüquqlarını qorumaq üçün onları Əqli Mülkiyyət Agentliyinə təqdim edəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 998 Tarix: 20 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Fransa bazasını vurdu, neft bazarına sərt mesaj verdi - POLİTOLOQDAN AÇIQLAMA
Yaxın Şərqdə gərginlik yenidən artmaqdadır. İran tərəfindən səsləndirilən sərt mesajlar və bölgədə baş verən hərbi hadisələr beynəlxalq diqqəti cəlb edir. İranın İraq ərazisində yerləşən Fransa hərbi bazasına hücum etməsi regionda vəziyyəti daha da gərginləşdirib. Eyni zamanda rəsmi Tehranın qlobal enerj
16:37 122 "Dr.AmrahMehdiyev" özəl kurslar keçərək özünü necə həkim elan edib? - Araşdırma
Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən "kosmetoloqlar"ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır. Səhiyyə Nazirliyinin və Baş Prokurorluğun müdaxiləsindən sonra qanunsu
14:06 217 Çin İranda məktəbə raket hücumunu pisləyib: "İnsan əxlaqı pozulub"
Çin Xalq Respublikası (ÇXR) İranda Minabdakı qızlar məktəbinə raket zərbəsini pisləyərək, bunu insan əxlaqının pozulması adlandırıb. xəbər verir ki, məlumat RİA Novosti agentliyinə istinadən yayımlanıb. ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, "Çin mülki şəxslərə və qeyri-hərb
12:42 206 "Bədənim tanınmaz hala düşdü" - Pasiyentdən plastik cərraha ağır ittiham
Əməliyyatdan sonra bədəninin deformasiyaya uğradığını və aparılan cərrahi prosedurların izlərinin qaldığını iddia edən vətəndaş estetik əməliyyatla bağlı şikayət edib. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, uğursuz əməliyyat keçirildiyini deyən şikayətçi Günay Kərimlinin sözlərinə görə, bi
11:36 261 Avaralıqla bağlı xəbərdarlıq və inzibati həbs qaydaları
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 531-ci maddəsinə əsasən, "avaralıqla məşğul olan" dedikdə müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan, mütəmadi olaraq xırda oğurluq və ya dilənçili
14:37 195 Bakı-Brüssel dialoqu: enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri başa çatdı. Səfər regiondakı gərgin vəziyyət, Ermənistanla sülh prosesi və ümumi strateji əhəmiyyət baxımından diqqət çəkdi. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu, Antonio Koştanı
14:18 171 Vəzifəyə görə vahid maaş olacaq - Yeni tələb
"Əmək və Məşğulluq" altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemdə ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının mütləq qaydada daxil edilməsi nəzərdə tutulur. Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsin
16:13 223 Sənaye zonasına PUA düşdü: iki əcnəbi həyatını itirdi
Omanda pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində iki nəfər həlak olub. xarici mediaya istinadən xəbər verir ki, Sohar əyalətində iki PUA qəzaya uğrayıb. Məlumata görə, onlardan biri Əl-Əvi sənaye zonasına düşüb. Hadisə nəticəsində iki əcnəbi həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Digə
12:13 222 "Evi, işi olmayanla ailə qurmayın"
"Bəziləri deyir pul üzərində ailə qurulmamalıdır. İndiki zəmanədə düşünürəm ki, gənclər fikirləşib addım atmalıdır. Bir gənc öz ayağı üstündə dura bilmirsə, maaş almırsa, ata-ana ümidinədirsə, evi belə yoxdursa, Allah ümidinə gedək kirayədə yaşayaq, düzələcək deyirsə, olmaz. Bu sevgi qaldı "Leyl
15:09 229