Bakının mərkəzindəki bu yollar bir həftə bağlı qalacaq - SİYAHI
Bakının mərkəzi küçələri bu gündən bayram günlərinin sonunadək avtomobillərin istifadəsi üçün qadağan edilib və piyadaların ixtiyarına verilib.
BiG.AZ xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağına yaxın küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə təhlillər aparıb.
Təhlillərə əsasən, böyük piyada axını müşahidə edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması effektiv olub. Belə ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir.
Müsbət nəticələr nəzərə alınaraq, 20-26 mart tarixlərində - Novruz bayramı günlərində də paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.
Sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur.
"AzParking" mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır.
Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün "AzParking" mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə edilir.
Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 779 Tarix: 20 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAnd dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər
Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər
22.07.2026 506 İordaniya ordusu İranın üç raketini vurduğunu bildirib
İordaniya dövlət xəbər agentliyinin verdiyi məlumata görə, İordaniya ordusu son 24 saat ərzində İranın dörd raketi və altı dronunu vurduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bildirilib ki, bu səhər üç raketi vurub, dördüncüsü isə yaşayış olmayan əraziyə düşüb. Həmçinin əlavə edi
12:58 192 Dünya çempionatından sonra Afrika ölkəsinə turist marağı kəskin artıb
Futbol üzrə dünya çempionatındakı uğurlu çıxışından sonra Kabo-Verde turistlərin diqqət mərkəzinə çevrilib. Qaunarinfo xəbər verir ki, bu barədə "Expedia"nın məlumatlarına istinadən "Express" nəşri yazır. 10 vulkanik adadan ibarət olan və təxminən 491 min nəfər əhalisi olan Afrik
22.07.2026 563 İran və Ukrayna münaqişələri qızışdığı bir vaxtda Rubio rusiyalı həmkarı Sergey Lavrovla görüşüb
ABŞ dövlət katibi Marko Rubio cümə axşamı səhər Manilada keçirilən ASEAN sammiti çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, heç biri jurnalistlərin Rusiyanın ABŞ qoşunlarını hədəf almağa kömək etməklə İranı dəstəkləyib-dəstəkləmədiyi və y
10:48 379 ABŞ Malidə terrorçulara qarşı hərbi əməliyyat variantını nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp administrasiyası Malidə fəaliyyət göstərən "Cəmaat Nüsrət əl-İslam vəl-Müslimin" (CNİM) silahlı qruplaşmasına qarşı mümkün hərbi əməliyyatın keçirilməsini müzakirə edir. Məlumata görə, əməliyyatla bağlı yekun qərar veriləcəyi təqdirdə, Mali Trampın ikinci prezidentli
15:34 157 Verilişdən gedən Vüsalə: "Yenilənmək və dəyişmək yolundayam"
Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə etdiyi paylaşımla ona dəstək olan izləyicilərinə təşəkkürünü bildirib. Axşam.az xəbər verir ki, aparıcı son paylaşımının həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb:. "Bir gün öncəki paylaşımım sadəcə həyatımın bir mərhələsini geridə qoymaq
10:27 407 Böyük Britaniyanın kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti ətrafında uçuş həyata keçirib
Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Boeing RC-135W Rivet Joint" radioelektron kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti ətrafında uçuş həyata keçirib. xəbər verir ki, bu barədə Rusiya mətbuatına Avropa İttifaqının aeronaviqasiya xidmətlərindəki mənbə məlumat verib. Mənbənin sözlərin
22.07.2026 450 Tailandda silahlı hücum: 5 təhlükəsizlik əməkdaşı öldürüldü
Tailandın cənubunda yerləşən Narathivat əyalətində silahlı şəxslərin hücumu nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, 6 mülki şəxs yaralanıb. Məlumata görə, axşam saatlarında təxminən 10 nəfərdən ibarət silahlı qrup yol kənarında yerləşən nəzarət-buraxılış məntəqəsinə hücu
15:07 154 Rusiyanın Pavloqrada zərbəsi: Ölən və yaralananlar var
Rusiya qüvvələrinin Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə endirdiyi zərbə insan tələfatına səbəb olub. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın məlumatına görə, hücum qida sənayesi müəssisəsini hədəf alıb
14:44 172