"Hüquq-mühafizə orqanları dedi, girmə, yenə öz bildiyimi elədim" - Kamildən ŞOK AÇIQLAMALAR

"Hüquq-mühafizə orqanları dedi, girmə, yenə öz bildiyimi elədim" - Kamildən ŞOK AÇIQLAMALARAzərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı barəsində Ermənistanda cinayət işi açılıb və axtarışa verilib.

Ermənistan Kamil Zeynallını erməni əsilli mülki şəxsi "vəhşicəsinə öldürməkdə" ittiham edir. O, bu həftə Moskvadan Bakıya dönərkən hava limanında saxlanıb. Azərbaycan diplomatik qurumlarının müdaxiləsindən sonra Kamil Zeynallı sərbəst buraxılaraq Bakıya dönüb.

Musavat.com Kamil Zeynallının "BBC News"a verdiyi müsahibəni təqdim edir:

- Kamil bəy, müharibədən sonra siz Moskvaya gedib-gələndə hər hansı yoxlama-araşdırma olurdumu?

- Son iki ay ərzində üç dəfə getmişdim. Hamısında məni yoxlayıblar, pasportumu alıblar, 15 dəqiqə sonra buraxıblar. Qayıdanda da saxlayıb yoxlayırdılar. Mənə də maraqlıydı ki, onlar məni niyə saxlayırlar.

Sən demə, Ermənistan məni İnterpol yox, MDB dövlətlərarası axtarışa verib. Axtarışa verəndə familyamda hərf səhvi yazıblar. Sərhəddə də baxanda hərf səhvi var buraxıblar [ad üst-üstə düşməyib].

Bu dəfə isə saxlayanda yoxlanış bir az dərin getdi: 40-45 dəqiqə, sonra polislər məni apardılar polis bölməsinə. Orda dedilər ki, Ermənistan tərəfindən axtarışa verilmisiz və sizi onlara təhvil verəcəyik.

Prokuror dedi ki, sənədləriniz bir-iki saata hazırlanır, ora məruzə eləmişik, sizi göndərəcəyik ora, yəni sürətli proses gedir. Mən də bir kənara çəkildim, telefonla video çəkib paylaşdım.

Sağ olsun, dövlətimiz tez reaksiya verdi, ordakı səfirliyimiz, lazımi qurumlar tez reaksiya verdilər və qabağa düşdülər.

- Dəqiqləşdirim: Sizi MDB dövlətlərarası axtarışa veriblər, eləmi?

- Bəli. Paşinyanın müavini və daxili işlər naziri indi açıqlama verib ki, nahaq məni sərbəst buraxıblar və Rusiya məni niyə Yerevana təhvil verməyib. İndi Rusiyadan açıqlama gözləyirlər.

- Ermənistanda barənizdə cinayət işi qaldırıldığından xəbəriniz var idimi?

- Bilirdim ki, onlar məndən yanıqlıdılar. Bilirdim ki, onlar nəsə edə bilərlər. Amma xəbərim yox idi, axtarış barəsində, xəbərim olsa, yəni o qədər ağılsız deyiləm də, axtarış olan yerdə aparıb özümü odun içinə atım.

- Bəs Azərbaycan tərəfində, hüquq-mühafizə orqanlarında belə bir məlumat yox idimi ki, sizi MDB dövlətlərarası axtarışa veriblər?

- Yox idi, ordan bura yığıb, Daxili işlər Nazirliyinin idarələrindən biri yığıb mənimlə bağlı axtarışa baxıblar. Baxıblar ki, mənim adım axtarışda yoxdu. Onda soruşublar ki, onu nəyə əsasən tutsunlar? Yenidən Rusiyaya veriblər ad-familyamı, araşdırıblar ki, öz hərfləri ilə yazıblar. Mənim adımda "K"-dan sonra [rus əlifbası ilə] "ya" yazıblar: "Kyamil" olub, məndə isə pasportda "Kamil" yazılıb. Buna görə hər dəfə məni buraxırlarmış. Bu dəfə isə saxladılar.

- İndi sizə "stop" qoyulub?

- Bəli, MDB dövlətlərinə giriş edə bilmərəm.

- Bununla bağlı siz hüquqi müstəvidə hər hansı hərəkət aparacaqsızmı?

- Yox, aparsaq da... Ermənistandı də. Nə aparsaq, boşunadı. Bilirsiniz də, burda prinsip söhbətləri var. Həm siyasi problemlər, siyasi söhbətlərdi iki dövlət arasında. Düşmənimizdi də. Adı üstündə, düşmənimiz. Ona görə onlar bundan vaz keçməzlər.

- Kamil bəy, bir video yayılıb. Məlumatlara görə, Ermənistan da sizi o videoya görə ittiham edir. Bir qoca kişinin başının kəsilməsi videosu... Bu videonu görmüsünüzmü? Burda baş verənlər barədə nə xəbəriniz var?

- Belə bir şey olsa, o videoda mən olsam da, olmasam da, bilirsiniz axı, mən heç vaxt onu doğrultmaram. Çünki mənim xəbərim yoxdur.

- Yəni, tanımırsınız ordakıları?

- Mənim heç nədən xəbərim yoxdur. Heç nədən. Mən sizə müsahibə verirəm. Tutalım, mən onu təsdiq etsəm ki, o mənəm, sonra bunu, məsəl üçün, düşmənlərimiz götürəcək ki, o özü təsdiq edir. Cinayət işini daha da asanlaşdırmaq yoludur, onlar üçün. Ona görə, mənim heç nədən xəbərim yoxdur.

- Sizin bir videonuz yayılıb. Orda "erməni başı kəsən oğullardan" bəhs edirsiniz. Ünvanınıza belə ittihamlar vardı ki, adamları müharibə cinayətləri törətməyə çağırırsız.

- Onda müharibə gedirdi. Müharibədə hər bir hadisə ola bilər. Danışıq da, ölüm də, yaralanma da. Müharibə - adı üstündə. Burda hər şey ola bilər. Bunlar onu indi "kozer" kimi istifadə edirlər.

- Sizin müharibə vaxtı çoxlu videolarınız yayılırdı. Bir videoda topa mərmi qoyursuz. Belə döyüşmək istəyirdinizsə, niyə hərbi yolla getmədiniz?

- Hərbi yolla... gedib qeydiyyatdan keçdim, çağırmadılar. Çağırmadılar deyə, gedib qanunsuz girdim.

- Cəbhəyə qeyri-qanuni getdiyinizi həmin videoya şərhinizdə də yazmısız. Buna görə hüquq-mühafizə orqanları sizi çağırdımı?

- Əlbəttə, çağırdılar, niyə çağırmadılarʔ Çağırdılar, mənimlə oturub söhbət etdilər. Lazım deyil, girmə. Birdən sənin başına nəsə iş gələr. Onsuz da, deyir, səni paylaşıblar. Kim bunu öldürsə, mükafat veriləcək. Belə xəbərlər paylaşılmışdı. Hüquq-mühafizə orqanları mənimlə görüşdülər.

Bakıya gəldim Füzulidən. Dedilər girmə, dedim yaxşı. Amma dedilər, yardımlarını göndər. Dedim, yaxşı. Amma çıxdım, pis çıxmasın, yenə öz bildiyimi elədim.

Niyə öz bildiyimi, çünki ürəyim orda idi, müharibədə idi, qardaşlarımın yanında idi. Onlar orda, mən burda, özümə sığışdıra bilmədim, ona görə təzədən gedib girdim, sonradan həbs etdilər.

- Bir videonuz da var: əsgərlər qarşınızda sıraya düzülüb. Buna görə sizə hər hansı cəza verdilərmi?

- Xeyr. Əsgərləri mən ora zorla düzməmişdim ki. Bu, əsgərlərin mənə hörmətiydi. Onları kim ora zorla düzdürə bilər? Hamısı Azərbaycan kişiləri, əsgərləridir. Sadəcə, mənim xətrimi çox istəyirdilər. Sadəcə, mən gələndə, -idmanda, hərbidə salamlaşma qayda-qanunu var, onlar özləri düzüldülər, mənlə görüşdülər.

- İkinci Qarabağ müharibəsinə görə medallarınız varmı?

- Xeyr, mən medala görə getməmişəm…

- Sadəcə, soruşuram, medal verilibmi?

- Mən qanunsuz girmişəm axı, ona görə də mənə medal düşmür.

- Mən qayıtmaq istəyirəm qətl törədilməsi təsvir olunan videoya. Belə başa düşdüm ki, o videonu siz də görmüsünüz. Bu videonu necə qiymətləndirirsiniz?

- Lap əla qiymətləndirirəm. Düzdür, biz təcavüzkar millət deyilik. Biz hər şeyi qayda-qanunla, sülhlə etmək istəyirdik. Bunlar da başa düşmədilər. Bizim torpağımıza girənləri torpağımızdan çıxarmışıq.

Müharibədə yaşlısından cavanına kimi bunu gözə almalı idilər ki, biz Azərbaycan torpağındayıq, sabah bizi öldürə bilərlər və yaxud da digər nələrsə, ona görə biz burda olmalı deyildik. Onlar bunu gözə alıb bura gəliblərsə, artıq bu bizim günahımız deyil. Kimlər nağayrıblarsa, müharibədi, müharibədə hər şey ola bilər.

- Kimsəsiz, əliyalın, dinc insana qarşı bunu doğru sayırsınız?

- Xocalı faciəsində bizim qadınların qarnını yarıb uşağını çıxaran onlar idi, o qocalar idi. O ölən qoca idi. ...Bildinizmi?! Bizim qadınlara qarşı zorakılıq edənlərdin biri də onlar idi.

- Videoda olan kişinimi nəzərdə tutursunuz?

- Bəli, videoda olan kişi, həmin o Xocalıda bizim qadınlarımıza, uşaqlarımıza işgəncə verib öldürənlərdən biri də o olub.

- Bunu siz nədən bilirsiniz?

- İndi mən də bilirəm. Bilməsəm, danışmaram. Durub hər şeyin dərinliyini deyə bilmərəm ki. Mən də eşitmişəm, bəli. Eşitmişəm, özü də orda boynuna alıb, deyirlər.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1324   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini İLK DƏFƏ AÇIQLADI

Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı açıqlama verib. xəbər verir ki, aktrisa bu barədə Nail Naiboğlunun "YouTube" kanalında yayımlanan müsahibəsində danışıb. Ülviyyə Xəlilbəyli bildirib ki, nişanlı olduqları dövrdə münasibətlərini

25.07.2026 669
.

Uma Turmanın filmdəki geyimi hərraca çıxarıldı - Foto

Aktrisa Uma Turmanın Kventin Tarantinonun "Kriminal qiraət" ("Pulp Fiction") filmində geyindiyi ağ köynək və qara şalvar hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, bu barədə "Vogue" məlumat yayıb. Bildirilib ki, hərrac avqustun 26-da Los-Ancelesdəki Petersen Avtomobil Muzeyind

01.08.2026 209
.

Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu - MÜZAKİRƏLƏR BÖYÜYÜR

Sosial şəbəkələrdə aparıcı Zaur Baxşəliyevin ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirə olunur. O, həyat yoldaşı Günayla bağlı danışarkən "Biz siam əkizləri deyilik, ər-arvadıq, bir-birimizə yapışmalı deyilik" deyərək, ər-arvadın hər an birlikdə olmasının vacib olmadığın

01.08.2026 595
.

Övladı Xoşqədəmi sevindirdi - Foto

Aparıcı Xoşqədəm Hidayətqızı oğlu Ardanın uğurunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı beynəlxalq festivalda birinci yerə layiq görülən oğlunun mükafat aldığı anlardan fotonu paylaşaraq ona duyğusal sözlər həsr edib. Xoşqədəm bildirib ki, Arda pianoya başlayand

19.07.2026 540
.

Türkiyəli məşhur müğənni Güllünün ölümü: Qızı üçün ömürlük həbs tələb olunur

2025-ci il sentyabrın 26-da Türkiyənin Yalova şəhərində yaşadığı evin eyvanından yıxılaraq həyatını itirən tanınmış müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq yekunlaşıb. xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb. Bildirilib ki, Yalova Baş Prokurorluğu tərəfində

02.08.2026 419
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni sosial şəbəkədə yeni görüntülərini paylaşıb. Görüntülərdə Gülay görünüşü ilə diqqət çəkib. Onun paylaşımına çoxsaylı təriflər gəlib. Həmin fotoları təqdim edirik:

25.07.2026 573
.

Elnarə Abdullayevaya ağır itki

Əməkdar artist Elnarə Abdullayevanın ailəsində ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, sənətçinin qardaşı Yaqub vəfat edib. Bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında yazıb. O, qardaşının ölümü ilə bağlı kədərini bu sözlərlə ifadə edib:. "Bəzən insan elə bir itki yaşayır ki, on

22.07.2026 827
.

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra YENİDƏN ETDİ - FOTOLARr

Xalq artisti Aygün Kazımovanın "DreamFest"də nümayiş etdirdiyi obrazlar hələ də müzakirə olunur. Axşam.az xəbər verir ki, Pop kraliçanın firuzəyi xalça üçün seçdiyi görünüş izləyiciləri 24 il əvvələ aparıb. Ölkənin əsas ulduzunun fərqli saç düzümü 200-ci illərin əvvəllərində yaratdığı ən diqqətçəkə

02.08.2026 552
.

"Nilay" "Kızılcık şerbeti"ndən gedir

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Ekran işinə aktrisa Feyza Civelek vida edəcək. Maraqlı məqamlardan biri də bununla bağlı xəbər yayıldıqdan sonra aktrisa instaqram hesabını tamamilə bağlayıb. Qeyd edək ki, 5-ci mövsümünün yayımlanması gözlənilən serialın baş rolun

02.08.2026 395
.

TOP MP3