Arvadı xəyanət etdi, hamı ondan üz çevirdi: Hollivudun "Zorro"su nəyin qurbanı oldu? - VİDEO

Arvadı xəyanət etdi, hamı ondan üz çevirdi: Hollivudun "Zorro"su nəyin qurbanı oldu? - VİDEOBaku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında məşhur fransız teatr və kino aktyoru, dünya kinosunun əfsanəsi Alen Delondan bəhs olunub.

Qeyd olunub ki, onun populyarlığının zirvəsi 20-ci əsrin 60-80-ci illərində başlayıb. Gənc aktyora əsl məşhurluq Rene Klemanın 1960-cı ildə çəkdiyi "Parlaq günəşdə" detektiv filminin premyerasından sonra gəlib.

"Parlaq günəşdə" filmindən sonra Delon Fransadan kənarda məşhurlaşdı: onu məşhur italyan rejissoru Luçino Viskonti gördü. 1960-cı ildə Alen Viskontinin "Rokko və onun qardaşları" filmində baş rolu – sadəlövh və xoş xasiyyətli yaraşıqlı "Rokko" rolunu oynadı. Bu roluna görə onun istedadını yüksək qiymətləndirdilər.

1965-ci ildə Delon Hollivuda gəldi, lakin onun iştirakı ilə Amerikada çəkilən filmlər o qədər də uğurlu alınmadı. Ancaq vətəni Fransaya qayıtdıqdan sonra aktyorun filmoqrafiyasında bir neçə görkəmli əsər meydana çıxdı. 1970-ci ildə "Borsalino" qanqster dramında onun rəqibi Jan-Pol Belmondo ilə parlaq duetləri oldu.

1975-ci ildə o, eyniadlı filmdə "Zorro" maskasını geyindi: cəsur və cazibədar cinayətkar və ya əksinə, həqiqət uğrunda döyüşçü rolu onun kino karyerasında ən böyük uğurlarından biri oldu.

Aktyor rəsmi olaraq üç dəfə evlənib, daha iki qadın onun həyatında mühüm rol oynayıb.

Delon 1958-ci ildə avstriyalı aktrisa Romi Şnayderlə "Kristina" filminin çəkiliş meydançasında tanış olur, onlar bir-birinə aşiq olurlar.

1962-ci ildə alman müğənni Niko Delonun qeyri-qanuni oğlunu dünyaya gətirdiyini açıqladı, lakin Alen bu faktı təkzib etdi. Niko narkotik aludəçisi olduğu üçün yaxşı ana ola bilmədi.
Niko ilə münasibət Delonun yeganə xəyanəti deyildi. R.Şnayder uzun müddət sevgilisinin xəyanətlərinə göz yumdu, amma sonda daimi alçaldılmaya dözə bilmədi. 6 il nişanlı olmalarına baxmayaraq, onlar ayrılırlar.

1963-cü ildə o, aktrisa Klaudia Kardinaleni cəlb etməyə çalışır. Onlar birlikdə "Bəbir" filmində rol alırlar. İtalyan gözəli fransızın cazibəsinə müqavimət göstərən bir neçə qadından biri olur. O öyrənir ki, Delon və Viskonti onun üstündə mərc ediblər. Buna baxmayaraq, Alen və Klaudia uzun illər isti və mehriban münasibətlərini saxlayırlar.

Aktyor ilk dəfə 1964-cü ildə ailə həyatı qurub. Xoşbəxt gəlin fransız aktrisa Natali idi. Onların toyları gizli olub və bir neçə ay sonra oğulları Entoni dünyaya gəlib.

Delon bir neçə müsahibəsində bildirib ki, bundan sonra onun üçün yalnız ailəsi birinci yerdədir. 3 il davam edən ailənin mübahisələri başlayır. Buna səbəb Natalinin kinoya qayıtmaq istəyi olub. Ailəyə yaxın mənbələr isə Natalinin bütün bu illər ərzində Delona xəyanət etdiyini bildirib.

Buna görə də 1968-ci ilin payızında Delonun dostu, cangüdəni, dublyoru və Natalinin sevgilisi Stefan Markoviç öldürüləndə polis kino ulduzunu qısqanclıq zəminində qətl törətməkdə şübhəli bilirdi. Aktyor haqqında səs-küy 18 ay davam etdi. O, Natali ilə beş dəfə dindirilməyə çağırıldı, lakin sonda qətlin siyasi versiyası üstünlük təşkil etdi. Markoviçin yüksək vəzifəli siyasətçilərin oyununun qurbanı olduğu məlum oldu.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1215   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.