"Anamla bir setdə çalışmaq yaxşı deyil"

"Anamla bir setdə çalışmaq yaxşı deyil"Gənc Tamaşaçılar Teatrının aktrisası İlqarə Tosova və qızı Mələksima OLAY-ın kamerası qarşısına keçib.

Onlar ötən günlərdə baş tutan "Apatiya" filminin qalasında suallarımızı cavablandırıblar. Ekran işindəki obrazından danışan Tosova deyib ki, onun da üzərinə çox yük düşüb:

"Çox ağır süjetli filmdir. Getdikcə ağırlaşan bir süjeti var. Mənim rolumda hamının obrazı kimi çox ağır yüklüdür. Həyatın dibidir. Personajlar çox realdır. Özümü şanslı sayıram ki, Hikmətin filmində rol almışam. Aktyor olduğuna görə aktyoru canı ilə hiss edir, onunla işləmək çox rahatdır. Ssenarini oxuyanda ətim ürpəşdi. Dedim, mənə çətin gəlir. Çox talehsiz, görünüşü düşmüş bir kənd qadını idi. Fikirləşdim ki, bunu necə edərəm? Dedi ki, edərsiniz. Qrim çox yaxşı idi. Mən gələn kimi, saçlarımı ağartdılar, hətta əlimin üstündə belə qrim var idi ki, kənd qadınına oxşayım. O qədər hadisəni bir otağa sığışdırmışdı. Obrazım baş verənlərdən sona qədər xəbərsiz olur. Ona görə bir az təlaşlı idi. Mən bilirəm ki, filmi birmənalı qarşılamayacaqlar. Ona süjet kimi baxmaq da çətindir. Yazmışdım ki həqiqətin gözünə dik baxanlar izləməyə gəlsin. Hikmətin rejissor işi də bu baxımdan çox itidir. Bunu göstərmək, hətta filmə baxmaq da cəsarətdir".

Sənətçi həmçinin bildirib ki, bu layihədə rəssam, aktrisa qızı Mələksima Məmmədova ilə birgə çalışıb:

"Qızım filmin rəssamıdır, Ayşad da (Həyat yoldaşı, Əməkdar artist Ayşad Məmmədov – red.) bizə dəstək üçün gəlib. Həmişə biz ona dəstək oluruq, bu dəfə də o bizə. Qızım obrazımı bilir. Ayşada da az-az bəhs etmişəm. Demişəm ki, kiçik obrazdır, amma işi çətindir".

Mələksima isə bildirib ki, ekran işinin komandasına təsadüfi daxil olub:

"Filmə təsadüfi gəlmişəm. Rəssam kimi ilk işim idi, daha əvvəl aktrisa kimi işlərim var idi. Bu da mənim aruzladığım iş idi, göydən düşmə oldu. Hikmət kimi bir rejissorla işlədiyim, bu qədər peşəkar komanda ilə çalışdığım üçün çox şanslıyam. Gördüyüm rəssamlıq işi, geyimlər, çox dramatik idi. Adam o auraya düşürdü. Ümid edirəm ki, bundan sonra da Hikmətlə çalışaram".

Anası ilə bir setdə olmağın çətinliyindən bəhs edən Mələksima onu ən çox təsirləndirən obrazdan da söz açıb:

"O qədər də yaxşı deyil. Anamız bizə qarşı qayığılı olur. Buna görə setdə professionallıq bəzi hallarda itir. Bəzən ona izah edirdim ki, burada sən aktrisasan, mən rəssamam. Mən sənin qızın, sən də mənim anam deyilsən. Rəssam kimi işdə çox çalışrısan, ora qaçırsan, bura qaçırsan. Anan da deyir ki, can yazıq uşağımı işlədirlər. Məncə, ailə ilə işləmək o qədər də yaxşı deyil, məsləhətli deyil. Məni ən çox təsirləndirən Şəhla xanımın obrazı idi. Mükəmməl aktrisalıq performansı var idi. Mənim tüklərim biz-biz olurdu. Çox güclü aktrisadır. Rolunun öhdəsindən gözəl gəldi. Digərləri də öz rolunu mükəmməl şəkildə oynayıb. Amma mən Şəhla xanım deyirəm".

Sonda gənc sənətçi qala gecəsinə necə hazırlaşmasından söz açıb:

"Bir rəssam olduğum üçün həmişə tərzim fərqlənir. Bugünkü geyimimi bir ay əvvəldən düşünmüşdüm. Hazırlaşdım gəldim. Anam həmişə deyir ki, elə geyin, baş rol aktrisasından üstün görünməyəsən. Amma mən sadə geyinə bilmirəm. Həmişə deyirəm ki, sadə geyinməyəcəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 8651   Tarix: 11 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"İflicdən sonra düşündüm ki, teatrla qurtardım" - Kubra Əliyeva

Əməkdar artist Kubra Əliyeva səhhətindən danışıb. Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi hazırda özünü yaxşı hiss etdiyini bildirib:. "İndi yaxşıyam, Allaha şükür. İki dəfə çox pis yıxılmışdım, xəstəxanaya gedəndə yeriyə bilmirdim. 199-cu ildə üzüm ifli

25.07.2026 259
.

Övladı Xoşqədəmi sevindirdi - Foto

Aparıcı Xoşqədəm Hidayətqızı oğlu Ardanın uğurunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı beynəlxalq festivalda birinci yerə layiq görülən oğlunun mükafat aldığı anlardan fotonu paylaşaraq ona duyğusal sözlər həsr edib. Xoşqədəm bildirib ki, Arda pianoya başlayand

19.07.2026 543
.

Elşad Xosenin ÖLÜM XƏBƏRİ YAYILDI - AÇIQLAMA

Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb. Məsələ ilə bağlı Axşam.az-a danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib. "Elşadın yaxınları ilə danışmışam. Hər şey qaydasındadır, sağ-salamatdır. Ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlam

01.08.2026 667
.

Türkiyəli məşhur aktyor vəfat etdi

"Yeşilçam"ın aktyoru Can Kolukısa vəvat edib. Axşam.az xəbər verir ki, aktyor 92 yaşında dünyasını dəyişib. Qeyd edək ki, C.Kolukısa son olaraq "Mehmed: Fetihler Sultanı" serialında rol alıb. Aktyor "İnci taneleri", "Gibi", "Alef", "Muhteşem Yüzyıl"

02.08.2026 296
.

İsmail Hacıoğlu "Yeraltı"nda

"NOW" kanalında yayımlanan "Yeraltı" serialına daha bir aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində İsmail Hacıoğlu rol alacaq. O, layihədə "Bozo"nun Uraz Kayqılaroğlu düşmənini canlandıracaq. Qeyd edək ki, "Yeraltı"nda baş rolları Devrim Özkan

19.07.2026 542
.

"Gangnam Style"dan yeni rekord

Cənubi koreyalı müğənni Psy-ın (əsl adı Pak Çe San) məşhur "Gangnam Style" klipi yutubda 6 milyard baxış sayını keçib. Axşam.az xəbər verir ki, bu barədə "Billboard" məlumat yayıb. 2012-ci ildə yayımlanan klip bu göstəriciyə çatan ilk K-pop videosu olub. Rejissoru Ço Su Hyon ola

25.07.2026 288
.

Türkiyəli məşhur müğənni Güllünün ölümü: Qızı üçün ömürlük həbs tələb olunur

2025-ci il sentyabrın 26-da Türkiyənin Yalova şəhərində yaşadığı evin eyvanından yıxılaraq həyatını itirən tanınmış müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq yekunlaşıb. xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb. Bildirilib ki, Yalova Baş Prokurorluğu tərəfində

02.08.2026 428
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım sosial mediada yeni görüntüsün

19.07.2026 698
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni sosial şəbəkədə yeni görüntülərini paylaşıb. Görüntülərdə Gülay görünüşü ilə diqqət çəkib. Onun paylaşımına çoxsaylı təriflər gəlib. Həmin fotoları təqdim edirik:

25.07.2026 577
.

TOP MP3