Əməkdar artist: "Atam deyirdi ki, içki içsən, səni..."

Əməkdar artist: "Atam deyirdi ki, içki içsən, səni...""Müharibədən sonra mülkü vətəndaş kimi Ağdama gedən mən və həmkarım Mənsum İbrahimov olub. Atamın dəfn olunduğu Sağcalı qəbiristanlığının yanından keçəndə artıq dözə bilmədim. Necə hıçqırtı ilə ağlamışdımsa, bir ay səsim açılmadı. Ağdamın Ağdamkənd kəndinə getdim. Təsəvvür edin ki, o illərin yağışı və küləyi ora gedən yolu elə edib ki, sanki heç o yol olmayıb. Mənfur düşmən izimizi silib. Ağdamda sağlam daş belə yoxdur. Metal deyilən bir şey yox idi. Ağdamı elə-belə Qafqazın Xirosiması adlandırmayıblar".

BiG.AZ bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.

Sənətçi ata ocağı olan Ağdama səfərindən söz açıb:

"Biz Ağdama gedib isti ocağımızı tapmasaq da, amma yurdumuza, obamıza qovuşduq. Əvvəllər sual verəndə ki, Qarabağa getsəydiniz nə edərdiniz? Cavab verirdim ki, "Qarabağ şikəstəsini" ifa edərəm. O torpağın acısını hiss etdikcə deyirdim ki, bəlkə də səsim batar oxuya bilmərəm. Həqiqətən də belə oldu, səsim batdı oxuya bilmədim. Mənsum müəllim mənə biraz təskinlik verdi. Ağdamda teatrın sökülmüş yeri var, orada onunla bərabər Qarabağ mahnısını oxuduq. O biraz məni özümə gətirdi. Zülmlə, birtəhər oxudum".

Atasını 14 yaşında itirən xanəndə onun verdiyi öyüd-nəsiyyətə bu gün də əməl etdiyini bildirib:

"Biz dörd övladıq. Bir mən və üç bacım. Anam bizi şərəflə böyütdü. İnsan ailədə əziyyət çəkər. Biz əziyyət çəkdik. Övlad görür ki, onun valideyni əziyyət çəkir, artıq o da o əziyyətə qatlaşır. Əziyyətsiz nə əldə olursa, onu qoruyub saxlamaq çətindir.

Atam hansı qadağaları mənə qoyubsa, günü bu gün də onları etmirəm. Uşaq vaxtı atam mənə deyirdi ki, içki içsən, səni, siqaret çəksən, özümü öldürəcəyəm. Uşaq vaxtı düşünürdüm ki, siqaret çəkərəm atam özünü öldürər. Psixoloji təzyiq... Həqiqətəndə mən siqaretdən uzağam.

Dostlarım məni bara dəvət edəndə və mən ora gedəndə atamı düşünürdüm ki, mən şəhid oğluyam, ailəmizi, bacılarımı düşünürdüm..."


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1614   Tarix: 11 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.