"Həmin an özümə dedim ki, axı, mən niyə bu linkə basdım" - Aygün Kazımova

"Həmin an özümə dedim ki, axı, mən niyə bu linkə basdım" - Aygün Kazımova"Dostum Ranar Musayevdən mənə mesaj gəldi. Mən onun səhifəsinin oğurlanmasından xəbərim yox idi. Baxdım və dedim ki, bu, Ranarın səhifəsidir. Yoxladım... Bir-birimizə yazdığımız mesajlara baxdım. Ona göndərdiyim səsli mesajları dinlədim. Sonra isə onun səsli mesajlarına qulaq asdım. Mesaj bölməsində aşağı düşdüm və göndərilən linkin üzərinə basdım. Həmin an özümə dedim ki, axı, mən niyə bu linkə basdım. Həmin an səhifəmə donuz şəkli gəldi. Bunu etməyə ehtiyac yox idi, çağırardı, gələrdim qoyun otarardım (gülür)".

BiG.AZ bizim.media-ya istinadən bildirir ki, bu sözləri bu gün 53 yaşına qədəm qoyan Xalq artisti Aygün Kazımova qonaq olduğu "İncə səhər" verilişində deyib.

Sənətçi "Instagram" sosial şəbəkə platformasındakı səhifəsinin oğurlanması hadisəsini belə nəql edib:

"Həmin an heç üzülmədim. Düşündüm ki, bir neçə dəqiqəyə səhifəm açılar. Normal qəbul etdim. Qəmli, kədərli reaksiyaları da anlamadım. Bir neçə gün keçdi, amma səhifəm açılmadı. Mən hər zaman ad günümdə sevənlərimə yeni layihə təqdim edirəm. Bu, artıq ənənəyə çevrilib. Biz də artıq İstanbulda bu layihəni etmişdik. Bitirdik və Bakıya gəldik, başımıza bu hadisə gəldi. Nə olursa, yaxşılığa doğru olur. Ad günümə 3 gün qalmışdı artıq mən özümü narahat hiss etməyə başladım. Elə bil ki, sevənlərimlə əlaqəm kəsilmişdi. Artıq depressiyaya düşürdüm. Amma bu hal yaşanmadı. Belə ki, 23 yaşlı Samir adlı gənc proqramçı səhifəmi açmağa kömək etdi".

Kazımova bildirib ki, onun səhifəsinin ələ keçirilməsi ilə bağlı müvafiq orqanlara müraciət edilib və bu işi görən şəxs və ya şəxslərin kimliyi yaxın zamanda açıqlanacaq:

"Mənim "Instagram" səhifəmin başına bu oyunu gətirən insanlara təşəkkürümü bildirirəm. Çox sağ olun! Siz mənə pislik etdiniz. Bilmirəm, məqsəd nə idi... Amma bu yaxınlarda hamı biləcək ki, bu işlər kimlər tərəfindən görülüb, hansı ünvandan baş verib. Bununla bağlı lazımi qurumlara da müraciətimizi etmişik. Hamısını açıqlayacağam. Çünki bu məsələ ilə bağlı məndən çox narahatlıq keçirənlər oldu".

Qeyd edək ki, 10 gündən artıq Aygün Kazımovanın rəsmi "Instagram" səhifəsi oğurlanaraq, ələ keçirilib. Bir neçə gündən sonra müğənnidən səhifəsinin qaytarılması üçün 10 min avro istənilib. Lakin ötən gün Kazımovanın səhifəsi açılaraq özünə təhvil verilib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3068   Tarix: 27 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.