Bakıda iki qardaşın dəm qazından ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, yanvarın 25-də 2001-ci il təvəllüdlü Əli Həsənov və onun qardaşı 2002-ci il təvəllüdlü Sərxan Həsənovun paytaxtın Nərimanov rayonunda yerləşən fərdi yaşayış evində ölmələri faktı ilə bağlı aparılan araşdırma zamanı icra olunan prosessual hərəkətlər, təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində mərhumların ölümünə dəm qazından zəhərlənmənin səbəb olması müəyyən edildiyindən Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Həmçinin, ölümlə nəticələnən və dəm qazından digər zəhərlənmə halları ilə bağlı da müvafiq rayon prokurorluqlarında cinayət işləri başlanıb və araşdırmalar aparılır.
Hadisələrin baş vermə səbəbləri istintaq zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Baş Prokurorluq baş vermiş hadisələrlə bağlı təəssüflə ölənlərin ailələrinə başsağlığı verir və qazdan istifadə zamanı arzuolunmaz nəticələrin baş verməməsi üçün vətəndaşları və qaz istismarına nəzarəti həyata keçirən şəxsləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 913 Tarix: 27 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSumqayıtda qəzada ölən hakimin anası bir milyon manat təzminat istəyib
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb. BİG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə ilə bağlı təqsirləndirilən Nuran Abdurahmanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə prosesind
25.07.2026 171 Hökməlidə avtoyuma məntəqəsində avtomobil yanıb
Abşeronda avtoyuma məntəqəsində avtomobil yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlərin çevi
25.07.2026 174 UKMTO Oman körfəzində tankerlə bağlı insident barədə məlumat verib
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri nəzdində Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman körfəzində tankerin iştirakı ilə baş vermiş insident barədə məlumat alıb. "Report" xəbər verir ki, bu barədə Mərkəzin rəsmi saytı məlumat yayıb. Bununla belə, UKMTO insidentin nədə
25.07.2026 146 Azərbaycanda pensiya və maaşla bağlı MÜHÜM XƏBƏR - GÖZLƏNİLƏN SSENARİ
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin bahalaşması Azərbaycanda sosial ödənişlərin artırılması ilə bağlı gözləntiləri yenidən gündəmə gətirib. Belə ki, müzakirələrdə neft gəlirlərinin artmasının uşaqpulunun bərpasına, eləcə də pensiya və digər sosial ödənişlərin artırılmasına təsi
00:09 118 Donald Tramp zirehli jileti niyə geyinmədiyini AÇIQLADI
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp qoruyucu zirehli jiletin onu xarici görünüşcə daha kök göstərdiyini bildirərək, bu vəziyyətdən gileylənib. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulunda çıxış edib. "Bir ço
25.07.2026 134 "Sədərək" və "Binə" bağlanır? - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə "Sədərək" və "Binə" ticarət mərkəzlərinin fəaliyyətini dayandıracağı ilə bağlı yayılan iddialar geniş müzakirələrə səbəb olub. Məlumatlarda onlayn ticarətin sürətlə inkişaf etməsinin ənənəvi bazarlara marağı azaltdığı bildirilir. xəbər verir ki, satıcıları
25.07.2026 269 65 yaşdan sonra işləyənlərə ŞAD XƏBƏR: Pensiya arta bilər...
Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur. Bə
00:21 110 Hitlerin doğulduğu ev polis bölməsi oldu
Avstriyanın Braunau-am-İnn şəhərində Adolf Hitlerin doğulduğu evdə polis bölməsi fəaliyyətə başlayıb. Axşam.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, Avstriya hakimiyyəti binanın neonasistlərin ziyarət məkanına çevrilməsinin qarşısını almaq məqsədilə on
25.07.2026 166 Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır
İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır. "Report"un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib. O qeyd edib ki, kəndi
25.07.2026 169