"AŞPA Qərbdəki erməni lobbisinin əlində oyuncaq olan bir təşkilatdır" - Deputat

"AŞPA Qərbdəki erməni lobbisinin əlində oyuncaq olan bir təşkilatdır" - DeputatAzərbaycan nümayəndə heyəti ölkəyə qarşı ikili standartlara etiraz olaraq AŞPA ilə əməkdaşlığı dayandırıb. Bəyanatda bildirilib ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki,AŞPA deputatlarının Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səslərinin dondurulmasına dair qərarı ölkəmizə qarşı növbəti qərəzli mövqeyin nümunəsidir. Biz dəfələrlə AŞPA nın Azərbaycana qarşı qərəzli qərarlarının qəbul edilməsinin şahidi olmuşuq:

"AŞPA deputatlarının Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səslərinin dondurulmasına dair qərarı ölkəmizə qarşı növbəti qərəzli mövqeyin nümunəsidir. Biz dəfələrlə AŞPA nın Azərbaycana qarşı qərəzli qərarlarının qəbul edilməsinin şahidi olmuşuq. Bu dəfə AŞPA Azərbaycanı insan hüquqlarının pozulmasında günahlandırır. 30 il Ermənistan torpaqlarımızı işğal altında saxladığı vaxtlarda, 1 milyon azərbaycanlı öz doğma evlərindən qovulanda, onlara qarşı soyqırım törədiləndə, 100 minlərlə azərbaycanlı Ermənistandan deportasiya olunanda AŞPA bir dəfə olsun belə səsini çıxartmadı. Ermənistanın törətdiyi bu vəhşiliyə görə bu ölkəyə qarşı heç bir qərar qəbul etmədi.
Fransa, Almaniya və bir sıra Qərb dövlətlərinin şəhərlərində insanlar hər zaman polis zorakılıqlarına məruz qalır, onlar döyülür, həbs olunur. Nədənsə AŞPA bunları görmək istəmir. Fransa Afrika, Şərqi Asiya dövlətlərinə qarşı neokolonializm siyasəti həyata keçirəndə, bu ölkənin milyonlarla insanlarını qətlə yetirəndə AŞPA Fransaya heç bir təsir göstərmədi. Bu gün Fransa Korsikada milli azadlıq hərəkatının üzvlərini təqib edir, onları həbs edir. AŞPA insan hüquqlarının pozulmasına görə Fransaya irad belə bildirmir.
Azərbaycan BMT TŞ nın qəbil etdiyi qətnamələrə, beynəlxalq hüquq normalarına əsaslanaraq torpaqlarını işğaldan azad etdi, suverenliyi və ərazi bütövlüyünü bərpa etdi. Bununla Azərbaycan həm də dünyada beynəlxalq hüququn, ədalətin bərpa olunmasına yardımçı oldu. Dünyada ikili standartların hələ də mövcud olunması səbəbindən AŞPA Azərbaycana qarşı bu cür ədalətsiz, yalan və qərəzli mövqe nümayiş etdirir. Azərbaycana qarşı yönələn bu cür çirkin əməllərin arxasında şübhəsiz ki, Fransa dövləti dayanır. Fransanın Azərbaycana qarşı törətmək istədiyi bütün təxribatlar Prezident cənab İlham Əliyevin apardığı gətiyyətli və uzaqgörən siyasəti sayəsində fiaskoya uğrayıb. Fransanın Azərbaycan qarşısında məğlubiyyətlərinin qisasını almaq məqsədilə Almaniya dövlətindən istifadə etmək qərarına gəlməsi bu ölkənin acizliyinin nümunəsidir. Ölkəmizə qarşı yönələn bu dəfəki təklifin müəllifinin almaniyalı deputat Frank Şvabenin olması təəccüblü deyil. Çünki bu şəxs hər dəfə Azərbaycana qarşı gəbul edilmiş qərarların müəlliflərindən biri olmuşdur.
Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv olanda bu təşkilatın ədalətin yanında olacağını düşünürdü. Təəssüf ki, bu qurum ismalafob, türkəfob düşüncəli nümayəndələrin düşərgəsinə çevrilmişdir".

Deputat qeyd edib ki, Azərbaycan nümayəndə heyəti haqlı olaraq AŞPA da fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdi. AŞPA Fransa və Almaniya hakimiyyətinin və Qərbdəki erməni lobbisinin əlində oyuncaq olan bir təşkilatdır:
"AŞPA və Qərbdəki bəzi bədnam siyasətçilər düşünür ki, bu cür qətnamələr qəbul etməklə və əsassız bəyanatlar səsləndirməklə Azərbaycana təsir göstərə biləcək. Azərbaycanın əldə etdiyi Qələbəni, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlərdən biri də hər zaman ölkəmizə qarşı qərəzli, təxribat xarakterli bəyanatlar səsləndirən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı, Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Cozep Borreldir. C. Borrel Avropa İttifaqı Xarici Əlaqələr Şurasının yekununa dair Mətbuat konfransında bir daha ermənilərə olan sevgisini nümayiş etdirərək Azərbaycanın ünvanına qərəzli, böhtan xarakterli ifadələr səsləndirmişdir. İspaniyadan olan C.Borrelinin dəfələrlə ikiüzlü siyasət aparmasının şahidi olmuşuq. Dünyada separatizmin təzahürlərini pislədiyini deyən Borrel, 2023- cü ildə Azərbaycan Qarabağda separatçılara qarşı antiterror tədbirləri həyata keçirən vaxt, erməni lobbisinin diqtəsinə uyğun olaraq erməni separatizminə dəstək nümayiş etdirmişdir.
Heç bir dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycanla təhdid dili ilə danışa bilməz. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət ədalətə və sülhə xidmət edir və beynəlxalq hüquqa əsaslanır.
Azərbaycan artıq Qarabağ problemini özü həll edib və beynəlxalq aləmdə heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ehtiyacı yoxdur. Ümumiyyətlə AŞPA-nın Azərbaycana qarşı gəbul etdiyi qərarlar ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 26 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı

10:28 253
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

15:41 117
.

Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?

"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını

14:52 129
.

Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir

Qədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regiond

14:45 135
.

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il

25.10.2026 344
.

Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər

Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə

11:34 191
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

16:06 98
.

Kirayə tələsi: Gənclər ev almaq üçün niyə pul yığa bilmir?

"Bakıda mənzil bazarının mövcud vəziyyətini qiymətləndirərkən əsas diqqət yetirilməli məsələlərdən biri kirayə qiymətlərinin əhalinin gəlirləri ilə nə dərəcədə uzlaşmasıdır. Mənzil insanın yalnız yaşayış ehtiyacını qarşılayan vasitə deyil, eyni zamanda sosial təminatın, maliyyə sabitliyinin və gələcə

11:04 216
.

CNN: Vaşinqton-Kiyev fikir ayrılıqları Moskvanın xeyrinə nəticələnə bilər

Yeni Avrasiya Strategiyaları Mərkəzinin beynəlxalq tərəfdaşlıq rəhbəri Con Lofun sözlərinə görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına davamlı hücumları ABŞ Prezidenti Donald Tramp üçün "öküzə qırmızı parça göstərmək kimidir". xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın analitiklər

10:32 174
.