O məşhur mahnı necə yarandı? – Güllələnmiş məhbusun son pıçıltıları

O məşhur mahnı necə yarandı? – Güllələnmiş məhbusun son pıçıltılarıSevilərək dinlənilən, sərhəd tanımadan türk dünyasında yayılan "Aldırma gönül, aldırma" türküsünün maraqlı yaranma tarixçəsi var. Bu yanıqlı mahnının sözlərini müəllif həbsdə olanda yazıb.

Lent.az mahnının yaranma tarixçəsindən bəhs edir.

Türkiyəli yazıçı və şair Sabahattin Ali (Azərbaycanlı oxucular onu "Xəz paltolu Madonna", "Kuyucaklı Yusuf", "İçimizdəki şeytan" kimi əsərləri ilə tanıyırlar) 1947-ci ildə kommunist düşüncələrinə, siyasi baxışlarına görə Qara dənizin sahilində yerləşən Sinop qalasında həbsdə yatırdı. Şair həbsxana divarlarını yuyan dənizin dalğalarının səsini eşidir, qoxusunu alır, amma görə bilmirdi. Ona görə də qaldığı hücrənin kiçik nəfəsliyindən göy üzünü seyr edə-edə oxuyurdu:

Görmesen bile denizi
Yukarıya çevir gözü
Deniz gibidir gök yüzü
Aldırma gönül aldırma

Başın öne eğilmesin
Aldırma gönül aldırma
Ağladığın duyulmasın
Aldırma gönül aldırma

Dışarıda deli dalgalar
Gelip duvarları yalar
Seni bu sesler oyalar
Aldırma gönül aldırma

Sabahattin Ali iki dəfə həbsdə olub. "Aldırma gönül" desə də ruhu azadlığa can atan şair həbsdən qaçır, Kırklareli diyarından Bolqarıstana keçmək istərkən sərhəddə güllələnir və 41 yaşında həyata vida edir.

Şair özü həbsdə olsa da, şeiri onun sağlığında azadlığa çıxa bilmişdi. Kommunist gənclər bu şeiri müxtəlif melodiyalarla azadlıq manifesti kimi oxuyurdular.

Şairin ölümü ilə "Aldırma gönül" bir başqa məna daşımağa başlamışdı.1950-ci illərin sonunda gənc türküçü Edip Akbayram bu sözlərə musiqi bəstələyir, "Aldırma gönül" dildən-dilə yayılır. Nakam şairin yanıqlı şeiri siyasətin qurbanı olmuş bir ziyalının adını xalqın könlünə həkk edir.

Özü mavi göylərə, dənizlərə, sadəcə insan kimi azad yaşamağa doymadan ölsə də, həsrət qoxuyan mahnısı 70 ildən çoxdur sevilir, eldən-elə qanad çırpır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1174   Tarix: 25 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25.09.2026 328
.

2 aktrisa saxlanıldı

Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar. Axşam.az xəbər verir ki, hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onları "Sülh üçün Yəhudi Səsi" hərəkatının icazəsi

26.09.2026 204
.

Ülviranın modelə bənzəyən qızı gözəlliyi ilə HEYRAN EDİR - YENİ FOTO

Tanınmış aparıcı Ülvira Qarayevanın qızı Zeynəb sosial mediada paylaşım edib. xəbər verir ki, o "instagram" hesabında yeni fotolarını paylaşıb. Onun paylaşımına çoxsaylı tərif gəlib. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır. Sözügedən fotoları təqdim edirik

20.09.2026 490
.

Almaxanımın həyat yoldaşı ilə SƏMİMİ ANLARI - VİDEO

Müğənni Almaxanım Əhmədovanın həyat yoldaşı ilə videosu marağa səbəb olub. xəbər verir ki, xanəndə avtobildə hərəkətdə olarkən birgə anlarını yayımlayıb. Sənətçinin səmimi ailə görüntüsünə çox sayda bəyənmələr gəlib və şərhlər yazılıb. Qeyd edək ki, Almaxanım Murad adlı bəylə ailəlidir

27.09.2026 248
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29.09.2026 358
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30.09.2026 192
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13.09.2026 580
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18.09.2026 462
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20.09.2026 273
.