"Heç kəs bizə "tərbiyəli ol!" deməyib" - Misir Mərdanov
Bu gün Gəncədə 11-ci sinif şagirdinin bıçaqlanması Azərbaycanda məktəblilər arasında törədilən ilk cinayət hadisəsi deyil. Buna qədər xırda xuliqanlıqdan tutmuş ölümlə bitən bıçaqlanmaya qədər neçə-neçə oxşar hadisə baş verib və bu, valideynləri narahat etməyə bilməz.
Sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov "Yeni Sabah"a açıqlamasında orta təhsil müəssisələrinin de-kriminallaşmasında ata və ana rolunu vacib sayıb:
"Valideynlər uşaqlarının tərbiyəsi ilə məşğul olmalıdırlar. Çünki uşaqlar məktəbdə günün bir neçə saatını olur, vaxtın əksəriyyətini isə evdə keçirirlər. Buna görə məsuliyyət birinci olaraq valideynlərin, daha sonra müəllimlərin öhdəsinə düşür.
Şagirdin tərbiyəsi və nizam-intizamında ata-ana mühüm rol oynayır. Onlar öz davranış və münasibətləri ilə uşağa nümunə olurlar. Bütün bunlar elə tənzimlənməlidir ki, şagirdlər arasında hər hansı xoşagəlməz hal baş verməsin.
Uşaqlıq dövrümüzdə heç kəs bizə "tərbiyəli ol" deməyib. Biz ətrafımıza, ilk növbədə, valideynimizin davranışlarına uyğun böyüyüb boya-başa çatmışıq.
Fikrimcə, bütün bu nüanslar çox önəmlidir. Sözügedən məsələdə əsas güc və ağırlıq birinci ananın, daha sonra atanın üzərindədir".
M. Mərdanov qeyd edib ki, məktəb psixoloqları və telekanallar bu halların qarşısını almaq üçün bir sıra ciddi addım atmalıdır:
"Əvvəllər sosial şəbəkələr geniş yayılmadığından belə hadisələr ard-arda baş vermirdi. İndi daha çox nəzərə çarpır. Ancaq son zamanlar analoji hadisələrin sayında artım hiss olunur və qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır. Valideynlər, müəllimlər, xüsusən, məktəblərdə fəaliyyət göstərən psixoloqlardan çox şey asılıdır.
Bundan əlavə, telekanalların da üzərinə çox ciddi vəzifələr düşür. Efirlərdə sözügedən istiqamətdə tərbiyə yönümlü tədbirlər, verilişlər hazırlanıb yayımlanmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 945 Tarix: 23 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAtəşgahdan kino ekranlarına: Azərbaycan-Hindistan mədəni əlaqələrinin izi
Xəzərin sahilində, Bakının yaxınlığında yerləşən Atəşgahın divarlarında Hindistandan gəlmiş insanların yazıları qorunub saxlanılır. Bu qədim abidə təkcə Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunəsi deyil, həm də müxtəlif xalqlar arasında əsrlər boyu mövcud olmuş ticarət və mədəni əlaqələrin canl
11:28 196 CNN: Vaşinqton-Kiyev fikir ayrılıqları Moskvanın xeyrinə nəticələnə bilər
Yeni Avrasiya Strategiyaları Mərkəzinin beynəlxalq tərəfdaşlıq rəhbəri Con Lofun sözlərinə görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına davamlı hücumları ABŞ Prezidenti Donald Tramp üçün "öküzə qırmızı parça göstərmək kimidir". xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın analitiklər
10:32 177 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət
13:52 168 "Sülh sazişi tək kağız üzərində olmamalıdır"
"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"
16:18 104 Bu ərazilərdə işıq olmayacaq
Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmas
10:00 187 300-400 manat ödəməklə ev almaq mümkündürmü? Ekspertdən açıqlama
TikTok və digər sosial şəbəkələrdə cəmi 300-400 manat ödəməklə, hətta yalnız şəxsiyyət vəsiqəsi ilə ev sahibi olmağın mümkünlüyü barədə elanlara tez-tez rast gəlinir. Lakin bu təkliflərlə maraqlanan vətəndaşlara bəzən daha yüksək qiymətlər və əlavə şərtlər təqdim olunur. Bəs həqiqətən də bu gün elanlard
12:12 208 İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi
14:49 175 Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi
Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl
25.10.2026 388 Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?
21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan
12:46 219