İrem Dericinin Bakıda konsertini təşkil etdi, pulları ödəmədi - İranlı iş adamı dələduzluqda ittiham olunur
İranlı iş adamı Azərbaycanda dələduzluqda ittiham olunur.
"Azərbaycan Litva Dostluq Evi"ndən Lent.az-a daxil olan şikayətə görə, 2023-ci ilin aprel ayında "Tar Events Baku" MMC-nin direktoru Derablou Mohammadhossein Younes adıçəkilən şirkətə müraciət edərək Azərbaycanda təşkil edəcəkləri konsertlərlə bağlı əməkdaşlıq təklif edib. "Azərbaycan Litva Dostluq Evi"nin xidmətlərindən yararlanmaq istəyən iranlı iş adamı 2023-cü ilin may ayında onlarla müqavilə bağlayıb.
İran vətəndaşı Derablou Mohammadhossein Younes bildirib ki, Azərbaycanda tez-tez konsertlər təşkil etmək niyyətindədirlər və buna görə onlara aviabiletlər alınmalıdır. İlk konsert proqramı ötən ilin oktyabrında baş tutub. Onların birgə əməkdaşlığı ilə Türkiyənin məhşur müğənnisi İrem Derici Bakı səhnəsində çıxış edib.
"Müqavilə şərtlərinə əsasən hər konsert proqramı başa çatdıqdan sonra iranlı iş adamı dərhal göstərilən xidmətlərin pulunu ödəməli idi. Lakin Derablou Mohammadhossein Younes pulu ödəmədi və müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışdı. Sonradan isə onunla ümümiyyətlə əlaqə saxlamaq mümkün olmadı. Telefonlara cavab vermədi və qaçıb gizləndi. Çox çətinliklə onun İran nömrəsini tapdıq və əlaqə saxladıq. O bizə dedi ki, nə zaman istəsə o vaxt da pulu ödəyəcək. Derablou Mohammadhossein Younes bizə qarşı dələduzluq edib və şirkətimizə 11 600 (on bir min altı yüz) manat məbləğində ziyan vurub. KİV vasitəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirmək istəyirik ki, dələduzluq əməlləri ilə məşğul olan İran vətəndaşı barəsində Azərbaycan qanunvericiliyi əsasında tədbir görülsün. Hamı bilsin ki, bu kimi şirkətlərə inanmaq olmaz".
Lent.az məsələyə münasibət öyrənmək üçün iranlı iş adamı ilə əlaqə saxlasa da Derablou Mohammadhossein Younes şikayətə münasibət bildirməkdən imtina edib.
Şikayətçi tərəf müqavilənin surətini də Lent.az-a təqdim edib:



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1027 Tarix: 23 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA
İnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inam
12:49 356 Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər
Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə
11:34 202 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət
13:52 168 Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ
Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz
15:07 158 Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI
Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl
18:15 1 Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?
Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur
14:40 182 Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub
Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il
25.10.2026 347 Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
16:06 163 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql
13:54 182