Tağı Əhmədovdan xəbər var
"Tağı müəllim sıradan sadə adamdır. Onu səhhəti ilə bağlı xəbərlərin yayılmasını istəmirəm". AzVision.az xəbər verir ki, bunu Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli deyib. O bildirib ki, sabiq rəisin səhhəti yaxşıdır, heç kim narahat olmasın.
"Jurnalistlərə hörmətim var. Ancaq nəzərə alın ki, Tağı müəllim sadə adamdır. Onun səhhəti ilə bağlı xəbərlərin yayılmasını istəmirəm. Belə şeylərin yazılmasını jurnalistlərə yaraşdırmıram".
Qeyd edək ki, bir müddət əvvəl mediada T.Əhmədovun səhhətinin pis olması xəbəri yayılmışdı. Həkimlər ona onurğa-beyin iltihabı diaqnozu qoyublar. O özü jurnalistlərə açıqlamalarında uzun müddət şəkər xəstəliyindən əziyyət çəkdiyini, yeriyə bilmədiyini demişdi.
T.Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994 illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib.
1998-ci ildə Bakı Metropoliteninin rəisi təyin edilib. 16 il bu vəzifədə çalışan T.Əhmədov 27 fevral 2014 tarixində işdən çıxarılıb.
Bakı Metropolitenindəki rəhbər vəzifəni itirəndən sonra Tağı Əhmədov uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri vəzifəsini icra edib.
YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında bu vəzifədən də azad edilib. Əvəzində YAP onu partiyanın Veteranlar Şurasına üzv seçib
Texnika elmləri namizədi alimlik dərəcəsi olan Tağı Əhmədov 2 dərslik və 5 dərs vəsaiti, 6 metodik vəsaitin müəllifidir.
O, "Əməkdar mühəndis" fəxri adı, "Şöhrət" ordeni ilə təltif olunub. Bundan başqa ona "Fəxri dəmiryolçu", "Bakı meropoliteni veteranı" döş nişanları da verilib.
2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub
O, Tağı Sadiq imzası ilə şeirlər yazıb. T. Əhmədovun "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərinə mahnılar yazılıb, kliplər çəkilib. "Boş şeydi məhəbbət", "Göz yaşına dözmək olmur" adlı şeirlərə meyxanalar da bəstələnib.
Tağı Əhmədov evlidir, 2 övlad atasıdır: böyük oğlu məhkəmə, kiçik oğlu Xarici İşlər Nazirliyi sisetemində çalışır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1117 Tarix: 16 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi
"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı
26.10.2026 227 Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi
1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara
26.10.2026 1 Heyvanlarda yayılan virus ilk dəfə insanda aşkarlandı
Fransada əsasən mal-qarada rast gəlinən Şamonda virusuna ilk dəfə insanda yoluxma halı qeydə alınıb. Hadisə elmi baxımdan qeyri-adi hesab edilsə də, səhiyyə qurumları hazırda virusun geniş yayılması riskinin aşağı olduğunu bildirirlər. BİG.AZ xəbər verir ki, "Reuters" agentliyinin məlumatın
26.10.2026 241 "Ev almaq əlçatmaz olub"
Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn
26.10.2026 179 BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda
Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub
26.10.2026 235 Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?
"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını
26.10.2026 235 "Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı
"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub
26.10.2026 159 Hüceyrələrimizdə gizlənən "zombi" problemi
İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə
26.10.2026 232 Sabah Saatlıda qaz olmayacaq
Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca
26.10.2026 156