Ermənistanda Hikmət Mirzəyev qorxusu - Bakı nəyə hazırlaşır?
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, 44 günlük Vətən müharibəsində əfsanəyə çevrilən general-leytenant Hikmət Mirzəyevin Prezident İlham Əliyev tərəfindən müdafiə nazirin müavini təyin edilməsi Ermənistanda qorxuya səbəb olub.
Ermənilərin qorxularının xüsusi təyinatlı qüvvələrimizin bütövlükdə Ermənistan üzərində yaratdığı xofdan qaynaqlandığı bəllidir.
Bunun fonunda XTQ komandanı general Hikmət Mirzəyevin müdafiə nazirinin müavini kimi Quru Qoşunlara da komandanlıq edəcəyi Ermənistanda Azərbaycanın "profilaktik zərbələrin endirilməsi" taktikasını aktuallaşdıracağına dair narahatlıq yaradıb.
Ermənistan hakimiyyətinə yaxınlığı ilə tanınan erməni şərhçi Vahram Atanesyan yazır ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində "təhlükə yaranacağı təqdirdə profilaktiv zərbələr endiriləcəyini" açıq şəkildə bəyan etdi.
"Bunun fonunda əsas diqqətçəkən məqam Hikmət Mirzəyevin təyinatından bir gün sonra Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin hərbi təlimlərinə dair görüntülərin yayılması idi. Təlimin məqsədi "şərti düşmənin müdafiə xəttini yarmaq və komanda məntəqəsini məhv etmək"dir. Bütün bunlar Azərbaycanın Əliyevin dediyi "profilaktiv zərbələrə" hazırlıq gördüyündən xəbər verir.
Proseslər göstərir ki, Azərbaycan və Ermənistan arasında irimiqyaslı müharibə olmayacaq, əvəzində sərhəd boyunca və ayrı-ayrı ərazilərdə gərginlik həmişə qalacaq. Bu ərazilərdən biri də Tavuş-Qazax sərhədidir. İlham Əliyev Qazax istiqamətində sərhədin delimitasiyasından danışdı və 4 kəndin qaytarılmasının (Qazaxın anklav olmayan 4 kəndi-red) vacibliyini vurğuladı. İstisna deyil ki, bu məsələdə razılaşma olmasa, rəsmi Bakı lazım olan bütün addımları atacaq", - Atanesyan yazır.
Bu fikirlərin erməni şərhçinin iddiasında başqa bir şey olmadığı bəllidir. İstisna deyil ki, Atanesyan yaxın olduğu Paşinyan hakimiyyətinin tezisləri əsasında danışır. Lakin burada əsas diqqətçəkən məqam xüsusi təyinatlılarımızın ermənilərin üzərində yaratdığı kabusdur. Onlar hələ uzun illər Hikmət Mirzəyevin adını unutmayacaq.
Qaynarinfo
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1434 Tarix: 16 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı
Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə
26.10.2026 65 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində
26.10.2026 250 Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?
21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan
26.10.2026 272 "Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26.10.2026 263 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql
26.10.2026 242 "Evlənmək üçün vaxtımız yoxdur"
Türkiyəli aktrisa Hazal Subaşı sevgilisi, müğənni Oğuzhan Koçla bağlı sualları cavablanıdırıb. Axşam.az xəbər verir ki, aktrisa evlilik planlarını işləri səbəbindən ertələdiklərini deyib:. "Evlənmək üçün vaxtımız yoxdur, məşğuluq. Vaxtı planlaşdırmaq vacibdir, axı bu, bir mərasimdir. O, çox çalışır
26.10.2026 176 Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI
Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl
26.10.2026 197 Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi
1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara
26.10.2026 1 Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!
Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər
26.10.2026 288