Atasının bu sözləri Türkanı efirdə AĞLATDI: "Onların xətrinə dəymişəm" - VİDEO

Atasının bu sözləri Türkanı efirdə AĞLATDI: "Onların xətrinə dəymişəm" - VİDEOMüğənni Türkan Vəlizadənin atası Sələddin bəy ilk dəfə efirə çıxıb.

Bizim.Media xəbər verir ki, "İncə səhər" verilişinə müsahibə verən sənətçinin valideyni bildirib ki, artıq beş ildir Türkan ona işləməyə icazə vermir.

"Türkan uşaq olanda çox dəcəl olub. O, öz işi ilə məşğuldur. Onun haqda başqa heç nə deyə bilmərəm. O, mənə gözəl övlad olub. Düzdür, Türkan mənə artıq 5 ildir ki, işləməyə icazə vermir. Əməliyyat olundum və mənə söylədi ki, "hər zaman işləyib bizi dolandırmısan. İndi işləmə!" Dedi ki, "bundan sonra sizə biz üç qız övladı baxmalıyıq". Ona söylədim ki, qoy, mən də işləyib, sizə kömək olum, amma Türkan buna icazə vermədi. Türkan heç zaman istəməyib ki, biz əziyyət çəkək. O istəyir ki, əziyyətli günlərimiz arxada qalsın, bu qalan günləri isə yaxşı keçirdək.

Türkan çox zəhmətkeçdir. Onun çox böyük zəhmətləri var bizim üzərimizdə. Hər zaman deyirəm ki, Türkan mənə qız yox oğuldur. O harasa gedəndə gəlir biz valideynləri ilə məsləhətləşir. Məsləhət olanda get, olmayanda getmə deyirəm. Türkan hər səhər evdən çıxıb işlərinin arxasıyca gedəndə onun üçün dualar oxuyuram. Ata xeyr-duası çox önəmlidir.

Səhər tezdən oyananda Allaha yalvarıb deyirəm ki, qızlarımın ruzisini ver, onları qoru. Türkan evə gecə saat 01:00-da da 04:00-da da gəlsə belə həyat yoldaşımla oturub onun yolunu gözləyirik. Onun önündə yeməyini düzürük ki, o yorğundur gec saatlarında məclisdən evə gəlir. Türkan yaxşı övladdır", - deyə müğənninin atası vurğulayıb.

Atası Sələddin bəyin kövrək və etiraflarla dolu süjetini izlədikdən sonra T.Vəlizadə valideynlərinin xətrinə dəydiyi üçün onlardan efir vasitəsilə üzr istəyib:

"Valideynlərimin xətrinə çox dəymişəm. Çünki işimlə bağlı uzaqlarda olmuşam. Onları yuxusuz qoymuşam. Buna görə də valideynlərimdən üzr istəyirəm (ağlayır). Mənim atamı və anamı əvəz edən heç bir kişi olmaz. Çünki mənim ilk və son sevgim də atamdır. Bu hər zaman belə olaraq qalacaq (ağlayır).


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1840   Tarix: 15 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elşad Xosenin ÖLÜM XƏBƏRİ YAYILDI - AÇIQLAMA

Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb. Məsələ ilə bağlı Axşam.az-a danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib. "Elşadın yaxınları ilə danışmışam. Hər şey qaydasındadır, sağ-salamatdır. Ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlam

01.08.2026 687
.

Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO- Heyranedici gözəllik

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovanın yeni görünüşü çox bəyənilib. xəbər verir ki, müğənnin sosial mediada yeni görüntüləri yayımlanıb. Onun görünüşü və dəyişimi diqqət çəkib. İlqarənin görüntüsü izləyicilərin marağına səbəb olub. Sözügedən paylaşımı təqdim edirik:

26.07.2026 520
.

Şakira Mbappeni klipində oynamasına necə razı saldı?

Kolumbiyalı dünya ulduzu Şakira 2026-cı il Dünya çempionatının rəsmi himni olan "Dai Dai" mahnısı ilə yenidən turnirin simalarından birinə çevrilib. xarici mediaya istinadən xəbər verir ki, mahnının klipində Lionel Messi, Erlinq Holand, Harri Keyn, Luis Dias, Camal Musiala, Kilian Mbappe kim

26.07.2026 448
.

Gülbən Ergənin "Instagram" gəliri gündəm oldu

Türkiyəli müğənni Gülbən Ergən sosial şəbəkədə aktivləşdirdiyi ödənişli abunə sistemi ilə diqqət çəkib. BİG.AZ -a istinadən xəbər verir ki, sənətçi bir müddət əvvəl "Instagram" hesabında aylıq 79,99 Türkiyə lirəsi (təxminən 2 manat 86 qəpik) məbləğində ödənişli abunə funksiyasını istifadəy

02.08.2026 264
.

Elnur Məmmədovun Muhammədi

Müğənni Elnur Məmmədov oğlu Muhammədlə görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, ifaçı övladı ilə birlikdə çəkdirdiyi videonu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Elnur paylaşımına qısa olaraq "Sevgi" sözünü yazıb. Qeyd edək ki, sənətçinin İnam adlı daha bir övladı var

05.08.2026 358
.

Çak Rassel 74 yaşında vəfat etdi

ABŞ-li rejissor, ssenarist və prodüser Çak Rassel 74 yaşında vəfat edib. xəbər verir ki, bu barədə mərhumun qohumları TMZ nəşrinə bildiriblər. Kinematoqrafçının ölüm səbəbi hələlik məlum deyil. Qeyd edək ki, rejissor 1952-ci il mayın 9-da ABŞ-nin İllinoys ştatında anadan olub. Rassel rejissorluq karyerasın

25.07.2026 280
.

Ben Afflek yarışmada 1 milyon dollar qazandı

Hollivud aktyoru Ben Afflek "Kim Milyoner Olmaq İstəyir?" yarışmasında böyük mükafata sahib olub. Axşam.az xəbər verir ki, 53 yaşlı aktyor ABŞ-də yayımlanan və aparıcılığını Cimmi Kimmelin etdiyi yarışmaya qonaq qismində qatılıb. Ben Afflek "Jeopardy!" yarışmasının qalibi Ceymi Dinql

01.08.2026 237
.

Ayrılmaları ilə bağlı suala etiraz etdi

Türkiyəli aktyor Kubilay Aka sevgilisi Hafsanur Sancaktutan ilə ayrılması barədə yayılan iddialara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktyor münasibətlərinin davam etdiyini açıqlayıb. "Əlaqəmiz davam edir, heç bir problem yoxdur. Münasibətlər sosial mediada yaşanmır", - deyə Kubila

19.07.2026 380
.

Aysel Teymurzadənin yeni görüntüsü AĞILLARI BAŞDAN ALDI - FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Aysel dərin yarıqlı ağ libasda göz oxşayıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımın

26.07.2026 641
.

TOP MP3