Qar bölgələrdə fəsadlara səbəb olub, işıqsız qalan ərazilər var - FOTO/VİDEO

Qar bölgələrdə fəsadlara səbəb olub, işıqsız qalan ərazilər var - FOTO/VİDEOÖlkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bəzi bölgələrdə fəsadlara səbəb olub.

"Report"un məlumatına görə, qərb bölgəsinin ucqar rayonlarının avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

Belə ki, Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayon ərazisindən keçən hissəsində Yol İdarəsinin əməkdaşları tərəfindən yola duzla qarışıq qum səpilir. Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımı adlanan hissəsində də təhlükəsizliyi təmin etmək üçün analoji işlər aparılır.

Şəmkir-Yeni Göyçə və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarında da aidiyyəti qurumların əməkdaşları tərəfindən avtomobillərin hərəkətində çətinliklərin olmaması istiqamətində işlər davam etdirilir.

Hava şəraiti səbəbindən yollarda yaranmış çətinliklər nəzərə alınaraq sürücülərin təhlükəsiz mənzil başlarına çatması üçün Dövlət Yol Polisinin əməkdaşları da ərazilərə cəlb olunub, lazımı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yağıntılı hava şəraiti nəticəsində hələ ki, qazın və elektrik enerjisinin verilməsində ciddi fəsadlar qeydə alınmayıb.

Lənkəran, Astara və Masallı rayonlarının 80 faizindən çoxunda, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

Buna səbəb 10 min kilovatlıq xətlərdəki açılmalardır.

Bununla yanaşı, iri gövdəli ağacların budaqları qopub, küknar və çinar ağacları kökündən çıxaraq aşıb. Nəticədə elektrik, rabitə və internet dirəkləri, xətləri sıradan çıxıb.

Əsas yollar texnikaların vasitəsilə qardan təmizlənsə də, digər küçələrdə aşan ağac və dirəklər yollarda hərəkəti dayandırıb.

Güclü qar və çovğun səbəbindən Cəlilabad şəhəri ərazisində və kəndlərdə avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Rayonun bəzi yerlərində qarın hündürlüyü 50 santimetri keçib.

Analoji hava şəraiti Biləsuvar rayonunda da müşahidə olunur. Belə ki, rayon mərkəzində və kəndlərdə avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Elektrik enerjisinin verlişində bəzi ərazilərdə fasilələr yaranıb.

Hazırda hər iki rayonda mütəmadi olaraq müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir. Bölgədə qar yağışı davam edir.

13:24

Güclü qar yağması və şaxta səbəbindən Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti əraziyə cəlb olunub və yolda qalan avtomobillərin hərəkəti bərpa edilib.

12:19

Şəkidə qar yolları iflic edib, avtomobillər yolda qalıblar.

"Report"un məlumatına görə, Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yollar buz bağlayıb.

Əsasən yük avtomobillərinin hərəkəti çətinləşib. Yolda qalan avtomobillər yolun hərəkət hissəsindən çıxarılıblar.

Əraziyə yol istismarı işçiləri və Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yolda nəqliyyatın hərəkəti məhdud şəkildə davam edir.

11:36

Salyanda 20-yə yaxın kənd işıqsız qalıb.

"Report"un məlumatına görə, rayonda yağan qar elektrik təsərrüfatında ciddi problemlər yaradıb.

Belə ki gecə saatlarından indiyədək rayonun Qarabağlı, Çaxırlı, Arxarası, Yenikənd, Həsənli, Şəkərli, Kürsəngi, l-ll Varlı, Peyk, Xocalı və ümumilikdə 20-yə yaxın kəndlərində elektrik enerjisinin verilişi dayanıb.

Minlərlə sakin qışın qarlı-çovğununda işıqsız qalıb. Bununla bərabər ötən axşam saat 21:00 radələrində şəhərin Ə.Kürçaylı, H. Əliyev, T.Xəlilbəyli, Y.Zərhərli, Ə.Zeynalov və digər küçələrin sakinləri də enerji verilişindən məhrum olub. Enerjinin bərpası ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçiblər.

Qeyd edək ki, hazırda fasiləsiz olaraq qar yağır. Qarın hündürlüyü 20 santimetrə çatıb.

Qar bölgələrdə fəsadlara səbəb olub, işıqsız qalan ərazilər var - FOTO/VİDEOQar bölgələrdə fəsadlara səbəb olub, işıqsız qalan ərazilər var - FOTO/VİDEOQar bölgələrdə fəsadlara səbəb olub, işıqsız qalan ərazilər var - FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 14 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zelenski ABŞ-nin müharibə nazirini "Patriot" raketlərinin tədarükünü gecikdirməkdə günahlandırdı

"Ukrayna təxminən bir aydır ABŞ-nin müharibə naziri Pit Heqsetin "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərlə bağlı imzasını gözləyir". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Artıq təxminən bir aydır cənab Heqseti

26.10.2026 185
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26.10.2026 134
.

Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video

Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu

26.10.2026 114
.

Hüceyrələrimizdə gizlənən "zombi" problemi

İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə

26.10.2026 244
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26.10.2026 409
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

26.10.2026 254
.

"Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı

"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub

26.10.2026 204
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

26.10.2026 252
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

26.10.2026 224
.