DİN: "Hava şəraiti ilə əlaqədar ölümlə nəticələnən hadisə qeydə alınmayıb"

DİN: "Hava şəraiti ilə əlaqədar ölümlə nəticələnən hadisə qeydə alınmayıb"Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları respublikanın bütün ərazilərində hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə əlavə heyətlə xidmətini davam etdirir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər səmərəli olub:

"Ölkə ərazisində hava şəraiti ilə əlaqədar ağır, yaxud ölümlə nəticələnən hadisə qeydə alınmayıb.

Son sutka ərzində DİN-in "102 Zəng Mərkəzi"nə vətəndaşlar tərəfindən hava şəraiti ilə bağlı 3 765 çağırış daxil olub və kömək istənilib. Hər bir çağırış operativ qaydada yerlərdə xidmət edən əməkdaşlara ötürülməklə vətəndaşlara zəruri köməkliklər göstərilib. Çağırışlar əsasən respublikamızın magistral yollarında, xüsusilə dağlıq ərazilərdə hərəkət edən şəxslərlə bağlı olub. Sağlamlıq vəziyyətində problem yaranan şəxslərin polisin xidməti avtomobilləri ilə yaşayış yerlərinə çatdırılması təmin edilib".

"Bir daha sürücülərdən xahiş edirik sürət həddini hava şəraitinə uyğun tənzim etsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir", - məlumatda deyilir.

Hazırda DİN əməkdaşlarının ölkə ərazisində fasiləsiz rejimdə xidməti davam edir.

11:14

Paytaxt yollarının son vəziyyəti açıqlanıb.

Bu barədə Daxili İşlər Nazilliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində və Rövşən Cəfərov küçəsi, "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

10:46

Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi qarlı hava ilə bağlı sürücülərə müraciət edib.

Oxu.Az xəbər verir ki, BDYPİ sürücülərdən meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.

09:36

Paytaxt yollarının son vəziyyəti açıqlanıb.

Bu barədə Daxili İşlər Nazilliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hazırda paytaxt yollarında sıxlıq müşahidə olunmur.
Qeyd edək ki, Bakıda ötən gündən etibarən qarlı hava şəraiti müşahidə olunur. Gecə saatlarında paytaxtın bəzi yollarında tıxac yaranmışdı.

09:18

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Müraciətdə deyilir:

"Əziz piyadalar:

- paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;

- yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçin;

- qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin;

- çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz;

- balaca və asta addımlar atın;

- pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və sürüşmədiyinə tam əmin olun;

- pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;

- yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən ehtiyatlı olun;

- bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 606   Tarix: 14 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zelenski ABŞ-nin müharibə nazirini "Patriot" raketlərinin tədarükünü gecikdirməkdə günahlandırdı

"Ukrayna təxminən bir aydır ABŞ-nin müharibə naziri Pit Heqsetin "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərlə bağlı imzasını gözləyir". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Artıq təxminən bir aydır cənab Heqseti

26.10.2026 185
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26.10.2026 134
.

Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video

Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu

26.10.2026 114
.

Hüceyrələrimizdə gizlənən "zombi" problemi

İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə

26.10.2026 244
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26.10.2026 409
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

26.10.2026 254
.

"Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı

"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub

26.10.2026 204
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

26.10.2026 252
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

26.10.2026 224
.