Qərbi Azərbaycan Xronikası: Dədə Qorqudun ad verdiyi kəndin adətləri
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər rayonunun Babacan kəndi haqqında xüsusi buraxılış hazırlanıb.
"Report" xəbər verir ki, verilişdə Babacan kəndinin etnoqrafiyası, toponimi, tarixi, əhalisi, relyefi, iqtisadi, mədəni həyatı, Novruz adət-ənənələri, saz-söz yaradıcılığı və aşıq sənətindən geniş söhbət açılıb.
Bildirilib ki, İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа tаm аdı Bаbаcаn dərəsi, 1728-ci ilə аid mənbədə isə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnıb. Dərə mülkədаr Bаbаcаnа аid оlub. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılıb.
Qeyd olunub ki, qədim Babacan əhalisi taun və ya hansısa epidemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağı ərazisinə köçüblər. Ehtimala görə, epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər sonra kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə-qayın olan bu ailələr Töstü və Şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib. Təsadüfi deyil ki, indi də şişqayalılar arasında həm Töstü, həm də Şəbəndə nəslindən olanlar var.
Diqqətə çatdırılıb ki, kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 42 km məsаfədə yerləşir və bir tərəfi Göyçə gölü, iki tərəfi sıx meşəlik, arxa tərəfi isə dağlarla əhatə olunub. 1991-ci ildə isə kəndin adını ermənilər dəyişdirərək Tsаrаtаğ qoyublar. Babacan kəndi Göyçə gölünün ətrafındakı ərazidə yerləşir. Kəndlə gölün arası təxminən 800-1000 metrdir. Babacan kəndi bir tərəfdən isə dağlarla əhatə olunub.
Sonda kəndin adının həm də Qızılkənd adlandırılmasına, bu oğuz yurdunda aşıq sənətinin bu gündə yaşadılmasının səbəblərinə və digər məsələlərə aydınlıq gətirilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 535 Tarix: 14 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski ABŞ-nin müharibə nazirini "Patriot" raketlərinin tədarükünü gecikdirməkdə günahlandırdı
"Ukrayna təxminən bir aydır ABŞ-nin müharibə naziri Pit Heqsetin "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərlə bağlı imzasını gözləyir". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Artıq təxminən bir aydır cənab Heqseti
26.10.2026 185 Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi
Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə
26.10.2026 134 Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video
Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu
26.10.2026 114 Hüceyrələrimizdə gizlənən "zombi" problemi
İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə
26.10.2026 244 Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26.10.2026 409 İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?
Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?
26.10.2026 254 "Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı
"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub
26.10.2026 204 "El Pizza" bağlandı
Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma
26.10.2026 252 Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI
Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl
26.10.2026 224