Sərxoş vəziyyətdə məktəbə daxil oldu - Həbs edildi

Sərxoş vəziyyətdə məktəbə daxil oldu - Həbs edildiQəbələ rayonunun Vəndam qəsəbəsində ictimai asayişi pozmuş şəxs həbs edilib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, qəsəbə sakini, 1990-cı il təvəllüdlü Pərvin Məmmədov xuliqanlıq əməli ilə bağlı inzibati məsuliyyətə cəlb edilib.

Belə ki, 34 yaşlı şəxs 3 gün əvvəl sərxoş halda Vəndamdakı çayxanalardan birinə daxil olaraq orada çay içən şəhid atası Ə.Z. ilə zarafat edib. Daha sonra o, şəhid atası ilə mübahisə etməyə, söyüş söyməyə başlayıb.

Qardaşı tərəfindən çayxanadan çıxarılan şəxs daha sonra hərəkətlərini idarə edə bilməyərək qəsəbənin mərkəzindəki məktəbə gedib. Sanitar qovşağa girmək üçün məktəb binasına daxil olan şəxs orada xuliqanlıq hərəkətlərinə davam edib. Məktəb direktoru və gözətçi tərəfindən qarşısı alınan şəxs uca səslə təhqiramiz ifadələr işlədib. Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayaraq Qəbələ Rayon Polis Şöbəsinə aparıblar.

Barəsində inzibati protokol tərtib edilən Pərvin Məmmədova Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 546   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şahin Bağırov general-polkovnik oldu - Sərəncam

Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:. "Gömrük xidməti general-polkovniki"

29.01.2026 235
.

Gülü Rəmişdən qalan nələri satıb? - Xalq artistinin xanımından sərt reaksiya

Mərhum gitaraçı, Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü Hüseynovanın ərindən qalan evi və avtomobili satdığı, müflis olduğu barədə periodik olaraq xəbərlər yayılır. BİG.AZ xəbər verir ki, saytı məlumatı dəqiqləşdirmək üçün Gülü Hüseynovanın özü ilə əlaqə saxlayıb. O, müxbirimizin sualın

29.01.2026 1
.

"Uşaq hüquqları" qanunu: əlavə layihəyə ehtiyac yox idi

"Hesab edirəm ki, "Uşaq hüquqları haqqında" əlavə qanun layihəsi hazırlamağa ehtiyac yoxdur. Mövcud qanun layihəsinə əlavə və düzəlişlər olunmaqla sənəd yenilənə bilərdi. Bununla bağlı ictimaiyyətə geniş məlumat verilməyib". Bunu BİG.AZ-a açıqlamasında hüquqşünas Ramil Süleyman bildirib

29.01.2026 234
.

Həddindən artıq süni intellektə aludəçilik baş məşqçiyə baha başa gəldi

Rusiyanın Premyer Liqa komandası "Soçi" ilə yollarını ayıran ispaniyalı məşqçi Robert Moreno ilə bağlı diqqət çəkən bir iddia ortaya atılıb. -ın xarici mediaya istinadla məlumatına görə, "Soçi" futbol klubunun idman direktoru Andrey Orlov baş məşqçi Roberto Morenonun bəzi qərarlarınd

29.01.2026 155
.

Pulu evdə saxlamaqdansa, bank depozitində yerləşdirmək sərfəlidir

"Pulu evdə saxlamaqdansa, iqtisadçılar bank sistemindən istifadə etməyi tövsiyə edirlər. Depozit hesabları həm daha sərfəli ola bilər, həm də hökumət tərəfindən sığortalanır. Hər bank üzrə 12% gəlirli depozitlər mövcuddur və hər 100 manata qədər vəsait dövlət tərəfindən sığortalıdır. Yəni bankl

29.01.2026 299
.

Rusiya Ukraynanın bir sıra şəhərlərini bombalayıb

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə hərbi və diplomatik gərginlik son günlər daha da artıb. Cəbhə xəttinin müxtəlif istiqamətlərində intensiv döyüşlər davam edir, tərəflər bir-birini hava zərbələri və pilotsuz uçuş aparatları ilə hədəf almaqda ittiham edir. BİG.AZ NBC News-a istinadən xəbə

29.01.2026 229
.

WhatsApp istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...

"WhatsApp" mesenceri bir neçə ödənişli abunəlik üzərində işləyir. Bu, Android üçün tətbiqin beta versiyasının yeniləmələrindən məlum olub. "Google Play" Beta proqramının iştirakçıları üçün əlçatan olan 2.26.4.8 nömrəli yeni yığımda eksklüziv funksiyalara malik əlavə tarifin hazırlanmasın

29.01.2026 2
.

Duru yağ BAHALAŞDI

Azərbaycanda duru yağlar bahalaşıb. Qiymət artımı daha çox Türkiyə istehsalı olan yağlardan müşahidə edilir. xəbər verir ki, sakinlərin sözlərinə görə, əvvəl 5-6 manata aldıqları məhsul indi 8 manatdır. Azərbaycanda satılan duru yağların 10-15 faizi yerli xammaldan hazırlanır. Ekspert Natiq Cəfərli bildiri

29.01.2026 155
.

Əməkdar artist 8 martda konsert verəcək

Azərbaycan estradasının sevilən ulduzu, Əməkdar artist Könül Kərimova solo konsert verəcək. xəbər veri ki, musiqili gecə Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev sarayında baş ttutacaqq. Xüsusi gecədə tamaşaçıları canlı ifalar və illərdi sevilən hitlər gözləyir

29.01.2026 178
.

TOP MP3