Üç rayonda fərdi təsərrüfatlara qənim kəsilən dəstə ifşa olundu
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin sonlarında rayonun Padar qəsəbəsi və Atbulaq kəndi ərazisində yerləşən 2 fərdi təsərrüfatdan 6 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 4 000 manatdan artıq maddi ziyan vuran üç nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Araşdırmalarla onların Ağdam rayon sakini Əvəz Qurbanov, Bərdə rayon sakini Fariz İbrahimov və Tovuz rayon sakini Akif Quliyev olduqları müəyyən edilib.
Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adları çəkilən şəxslər ötən ilin noyabr ayı ərzində Ucar və Kürdəmir rayonları ərazisində analoji cinayət əməlini törədərək 3 fərdi təsərrüfatdan 6 xırdabuynuzlu və 3 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.
Üç rayon ərazisindən ümumilikdə 16 heyvan oğurlayan Əvəz Qurbanov, Fariz İbrahimov və Akif Quliyev heyvanları sonuncuya məxsus nəqliyyat vasitəsi ilə Bakı şəhəri apararaq F.İbrahimov işlətdiyi ət məhsullarının satışı məntəqəsində satıblar, əldə etdikləri pulları isə öz aralarında bölüblər.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ə.Qurbanov, F.İbrahimov və A.Quliyev bundan əvvəllər törətdikləri müxtəlif cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıblar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 645 Tarix: 13 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya almaq istəyənlərin DİQQƏTİNƏ: HƏR KƏS BUNU BİLMİR...
Minlərlə Azərbaycan vətəndaşı müxtəlif ölkələrdə rəsmi şəkildə çalışaraq sosial sığorta haqları ödəyir. Bəs həmin ölkələrdə qazanılan əmək stajı Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınırmı?. Mövzu ilə bağlı -a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssisi Asif İbrahimov bildirib ki
00:15 276 Şalva Papuaşvili: Elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir, bütün detallar araşdırılmalıdır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24 və 25-də baş vermiş genişmiqyaslı elektrik kəsintilərinin bütün detallarının araşdırılmasının vacib olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin elektrik kəsintilər
12:00 134 Ukrayna ABŞ lisenziyası ilə "Patriot" istehsalında Yaponiyanın dəstəyinə ümid edir
Ukrayna Yaponiyanın Özünümüdafiə Qüvvələri üçün ələkeçirici raketlər istehsal edən Yaponiyanın "Mitsubishi Heavy Industries Ltd." şirkətinin təcrübəsinə arxalanaraq, ABŞ lisenziyası ilə "Patriot" hava hücumundan müdafiə sistemlərinin istehsalında Yaponiyanın dəstəyinə ümid edir. "Report"
10:30 160 Azərbaycanda MƏŞHUR HƏBSXANA RƏİSİ vəfat etdi - FOTO
Uzun illər ədliyyə orqanlarında çalışmış Elxan Sadıqov vəfat edib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, təqaüddə olan ədliyyə polkovniki ötən gün 73 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Sadıqov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müxtəlif vəzifələrdə çalışıb. 20 il
25.07.2026 299 Donald Tramp zirehli jileti niyə geyinmədiyini AÇIQLADI
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp qoruyucu zirehli jiletin onu xarici görünüşcə daha kök göstərdiyini bildirərək, bu vəziyyətdən gileylənib. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulunda çıxış edib. "Bir ço
25.07.2026 236 Xətaidə evyaran üç nəfər SAXLANILDI
Bakı şəhəri, Xətai rayonunda evdən oğurluq edənlər saxlanılıblar. -ın əldə etdiyi məlumata görə, Xətai rayonunda yerləşən evlərin birindən 9 500 manat nağd pul və qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev, R.Qurbano
15:40 0 12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
Şəmkirdə 12 yaşlı qızın bacısı tərəfindən öldürülməsi ilə bağlı yeni təfərrüat məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, araşdırma zamanı məlum olub ki, yeniyetməyə üç bıçaq zərbəsi vurulub. 12 yaşlı Əfsanə Novruzovanıт bacısı, 16 yaşlı Səma Rəhimova aralarında yaranmış mübahisə zamanı onu kəsic
01:39 534 İlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR
Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiy
25.07.2026 218 Fond: Yüksək faizli qorunmayan əmanətlər birbaşa risk yaratmır
Yüksək faizli qorunmayan əmanətlər Əmanətlərin Sığortalanması Fondu üçün birbaşa risk yaratmır. "Report" xəbər verir ki, bunu Fondun Sığorta və risklərin idarə edilməsi departamentinin Maliyyə bazarlarının təhlili vərisklərin modelləşdirilməsi şöbəsinin müdiri Lalə Cəfərli Milli Mətbuat Gün
15:10 0