Bakı və Abşerondakı bu binalara çıxarışlar verilməyəcək
Bakı şəhərində və Abşeron rayonunda mənzilləri çıxarışla təmin olunmayan bir çox yaşayış binaları mövcuddur. Onların arasında inşası tamamlanan və hətta istismara verilən binalar da var. İstismara verilən mənzil sahibləri isə illərdir çıxarışlarını ala bilmirlər.
BiG.AZ xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, çıxarış verilməyən binaların müəyyən problemləri mövcuddur.
Onun sözlərinə görə, bu problemlərin hələ də həll olunmaması çıxarışla bağlı məsələni uzadır.
Ekspert bildirib ki, əsas problemlərdən biri təhlükəsizliklə bağlıdır:
"Hansı ki, həmin binalar dövlət tərəfindən istismara qəbul edilməyib. Çünki həmin binaların davamlılığı Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri ilə təmin olunmayıb. Ona görə də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu binaların çıxarışla təmin olunması mümkün olmayacaq".
R.Qasımzadə vurğulayıb ki, digər problemlərdən biri binaların inşa edildiyi torpaqlarla bağlıdır:
"Həmçinin Mənzil-Tikinti Kooperativləri (MTK) və ya məhdud məsuliyyətli cəmiyyət (MMC) tərəfindən binanın özəlləşdirilməməsidir. Yəni dövlət torpaqlarında tikilən binanın alt torpaq sahələrinin özəlləşdirilməməsi çıxarış verilməsini qeyri-mümkün hala gətirir. Təəssüf ki, bəzi tikinti şirkətləri məlumat vermədən dövlət torpaq sahələrində bina inşa edir. Hətta bununla bağlı bir sıra məhkəmə işləri də var. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin MTK-lar məhkəməyə verilib və torpaq sahəsinin özəlləşdirilməsi tələb olunub. Bundan başqa, əksər binalarda hüquqi məsələlərdən yaranan problemlər də az deyil. Xüsusilə də Baş Prokurorluq tərəfindən araşdırılan binalarda bir mənzilin bir neçə nəfərə satışının həyata keçirilməsi aşkarlanıb. Ona görə də həmin binalar hələlik çıxarışla təmin olunmayıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1353 Tarix: 12 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən -a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoj
26.10.2026 221 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur
26.10.2026 234 Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi
"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı
26.10.2026 231 İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?
Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?
26.10.2026 254 Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma
Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf
26.10.2026 161 "El Pizza" bağlandı
Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma
26.10.2026 252 Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib. Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasınd
26.10.2026 224 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql
26.10.2026 248 Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin
26.10.2026 205