Model Razini döymüş keçmiş sevgilisinin ittihamı ağırlaşdırıldı
Bakıda model sevgilisi Raziyyat Əliyevanı (Razi) döyməklə gündəmə gələn iş adamı, hazırda həbsdə olan Ziya Hüseynzadənin ittihamı ağırlaşdırılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Z.Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin ümumilikdə 7 maddəsi üzrə ittiham elan edilib.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesində Z.Hüseynzadə məcəllənin 127.2.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma-xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə), 133.2.6 (Əzab vermə-işgəncə ilə törədildikdə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 177.3.2 (Oğurluq-külli miqdarda ziyan vurmaqla), 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə), 186.2.1 (Əmlakı qəsdən məhv etmə-zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla) və 221.1-ci (Xuliqanlıq) maddələri ilə təqsirləndiriləcək.
Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Bunlar Raziyyat Əliyeva ilə yanaşı, onun anası və daha bir qadındır.
İttihamda qeyd edilib ki, Z.Hüseynzadə R.Əliyeva ilə münasibətlərinin pozulmasından sonra onu dəfələrlə döyərək xəsarətlər yetirib. Yaşadığı evdə başını ardıcıl olaraq döşəməyə çırparaq işgəncə verib. Həmçinin yaşadığı 13-cü mərtəbədəki mənzilin pəncərəsinin qarşısına gətirərək onu yerə atmaqla hədələyib.
Bundan başqa Ziya Hüseynzadə Raziyyat Əliyevaya məxsus olan 185 000 manat dəyərindəki "Mercedes" markalı avtomobili təhvil verməsini hədə-qorxu ilə tələb edib. R.Əliyevanın Türkiyəyə getməsindən sonra isə həmin avtomobilin yerini müəyyən edərək evakuatorla yaşadığı bağ evinə aparıb. Burada avtomobili zədələyərək 94 000 manatlıq ziyan vurub.
Qeyd edək ki, bir müddət öncə "Miss Azerbaijan" müsabiqəsinin qalibi, bloger Raziyyat Əliyeva döyülmə və sosial şəbəkələrdə naməlum şəxslərin onunla bağlı videolar paylaşması ilə əlaqədar polisə müraciət edib. Bu videolarda Ziya adlı şəxs onu xəyanət etməkdə ittiham edib. R.Əliyeva videolarla bağlı ictimaiyyətə və polisə müraciət edərək şiddətə məruz qaldığını bildirib.
Aparılan araşdırmalardan sonra Z.Hüseynzadə barəsində cinayət işi başlanılıb və o həbs edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 827 Tarix: 10 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur
26.10.2026 234 Məşhur aşpazın toyu təxirə düşdü - Nişanlısı xəyanəti bağışlamadı
Türkiyənin məşhur "MasterChef" proqramının münsiflərindən olan Somer Sivrioğlu şəxsi həyatı ilə yenidən maqazin gündəminə gəlib. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aşpazın nişanlısı Didem Belenlə münasibətləri qalmaqallı şəkildə başa çatıb. Evlənməyə hazırlaşan cütlüyün ayrılmasında
26.10.2026 296 Heyvanlarda yayılan virus ilk dəfə insanda aşkarlandı
Fransada əsasən mal-qarada rast gəlinən Şamonda virusuna ilk dəfə insanda yoluxma halı qeydə alınıb. Hadisə elmi baxımdan qeyri-adi hesab edilsə də, səhiyyə qurumları hazırda virusun geniş yayılması riskinin aşağı olduğunu bildirirlər. BİG.AZ xəbər verir ki, "Reuters" agentliyinin məlumatın
26.10.2026 248 Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI
Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl
26.10.2026 224 Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI
Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu
26.10.2026 273 Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib. Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasınd
26.10.2026 224 BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda
Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub
26.10.2026 238 Sabah Saatlıda qaz olmayacaq
Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca
26.10.2026 191 "Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26.10.2026 297