Bakıda qeydiyyata düşmək asandır? - VİDEO
Bakıda daimi qeydiyyatı olmayanların pul müqabilində öz evində qeydiyyata salınması ilə bağlı sosial şəbəkədə elan yayılıb.
Bunu təklif edən xanım qeydiyyatın daimi olduğunu vəd edib və artıq 50 nəfəri şəxsi mənzilinə qeydiyyata saldığını bildirib.
Bəs görəsən, bu məsələ qanunvericilikdə necə tənzimlənir? Bir evə qeydiyyata düşməklə bağlı hansısa məhdudiyyət varmı?
Vəkil Hikmət Əliyev məsələ ilə bağlı bildirib ki, mülkiyyətçi öz yaşayış sahəsinə istənilən sayda şəxsi qeydiyyata sala bilər. Lakin sosial şəbəkələrdə bununla bağlı reklam yaymaqla tanımadığı şəxsləri pul müqabilində qeydiyyata salmaq, məsələdən biznes olaraq istifadə etmək düzgün deyil:
"Buna baxmayaraq, bu məsələ qanunvericiliklə tənzimlənmir. Bu tip qanunsuz fəaliyyətlə məşğul olan, gəlir əldə edən şəxslərin məsuliyyəti müəyyən olunmamışdır. Bu hal qanunvericilikdə olan boşluq kimi də qiymətləndirilə bilər. Qeydiyyata düşmək üçün pul verən şəxslər bir müddət sonra problemlərlə üzləşə bilərlər. Çünki mülkiyyətçi onları pul müqabilində qeydiyyata salır və bir müddət sonra isə məhkəmədə iddia qaldırmaqla həmin şəxsləri qeydiyyatdan çıxara bilər. Nəticədə qeydiyyata düşmək üçün ödəniş edən şəxslərin pulları batmış olar".
Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev isə bildirib ki, artıq sözügedən məsələ ilə bağlı araşdırma aparılır.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 738 Tarix: 06 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBuzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma
Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf
26.10.2026 161 Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ
Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz
26.10.2026 258 İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi
26.10.2026 270 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət
26.10.2026 225 Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin
26.10.2026 205 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi
Prezident İlham Əliyev Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbə
26.10.2026 273 Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən -a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoj
26.10.2026 221 "El Pizza" bağlandı
Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma
26.10.2026 252 "Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26.10.2026 297