9 ayın möcüzəsi

9 ayın möcüzəsiHər bir ana, bətnində körpəsini gəzdirərkən onun hamiləliyin müxtəlif periodlarında necə olması, hansı inkişaf mərhələsinə çatmasını çox düşünür. Ümumiyyətlə bətndaxili dövrdə 3 trimestr ayırd edilir. Hər bir trimestrdə döldə

1-TRİMESTR

Hamiləliyin 1-2-ci həftəsi.

- Mayalanma baş verir.
- Mayalanmış yumurtahüceyrə 3 sutka uşaqlıq boşluğuna doğru irəliləyir.
- Uşaqlıq boşluğunda keçən növbəti 3 sutkadan sonra rüşeym implantasiya edir.
- Rüşeym xüsusi hormon-xorionqonadotropin (XQ) hazırlayır.
- Rüşeymdənkənar üzvlər-xorion, amnion, sarı cisim kisəsi inkişaf edir.

Hamiləliyin 3-4-cü həftəsi.

- Embrionun 21-ci günü formalaşmış ürək artıq döyünməyə başlayır.
- Yumurtahüceyrə və spermatozoidlərə başlanğıc verən hüceyrələr əmələ gəlir.
- Gələcək körpənin başı formalaşır.
- Qaraciyər, mədəaltı vəzinin rüşeymi əmələ gəlir.
- Yuxarı tənəffüs yolları-qırtlaq və traxeyanın mayası qoyulur.
- Əl və ayaqların mayası formalaşır.
- Beyin və onurğa sütunu formalaşır.
- Embrionda göz yarıqları əmələ gəlir.
- Embrion 4 mm ölçüdə olur və formasına görə qulaq seyvanına bənzəyir.
Hamiləliyin 5-6-cı həftəsi.
- Embrion 7-11 mm uzunluqdadır.
- Nazik bağırsaq, döş sümüyü və oynaqlar formalaşır.
- Gözlər, burun, alt və üst çənə əmələ gəlir.
- Timus-çəngələbənzər vəzi artıq vardır.
- Ürək artıq 4 hissədən ibarətdir.
- Əllərdə və ayaqlarda barmaqlar formalaşır.
- Baş beynin və sinir sisteminin intensiv inkişafı ilə əlaqədar olaraq reflektor aktivlik artır.
- Gözlər, qulaqlar görünməyə başlayır, ağciyər, mədə və qaraciyər formalaşır

9 ayın möcüzəsiHamiləliyin 7-8-ci həftəsi.

-Embrion 12.5 mm ölçüdədir, çəkisi isə cəmi 1 q-dır.
-Beyincik formalaşır və böyrəküstü vəzinin beyin maddəsinin mayası qoyulur.
-Tam formalaşmamasına baxmayaraq dölün bədəninin vacib hissələri təyin edilir.
-Gözlər, qulaqlar, əl və ayaqlar artıq yaxşı görünməyə başlayır.
-Dölün əzələ və skeletinin formalaşması davam edir.
-Beyin differensasiyaya uğrayır, sinir sistemi daha da mürəkkəbləşir
9 ayın möcüzəsiHamiləliyin 9-10-cu həftəsi.

- Əl və ayaq barmaqlarında artıq dırnaqlar da təyin edilir, əzələ və bağ aparatının inkişafı davam edir.
- Üzün quruluşu təkmilləşmişdir, gözlərin inkişafı sona çatmışdır.
- Beyin yarımkürələri artıq formalaşmışdır.
- Gözün buynuz qişasının formalaşması isə hələ də davam edir.
- Ana hiss etməsə də embrion artıq hərəkətə başlayıb, lakin beyincik hələ yetişmədiyindən bu hərəkətlər xaotikdir.

Hamiləliyin 11-12-ci həftəsi.

- Döl 13-15 mm uzunluqdadır.
- Ürək, qaraciyər, böyrək, immun və endokrin sistemin formalaşması hələ də davam edir.
- Körpədə udma aktı meydana gəlir, böyrəklər sidik əmələ gətirir və onu dölyanı mayeyə ifraz edir, sümük daxilində qan əmələ gəlir.
- Formalaşmış əzələlər dölün hərəkətinə təkan verir.
- Artıq bu dövrdə körpənin cinsiyyətini təyin etmək mümkündür.

9 ayın möcüzəsi2-TRİMESTR

Hamiləliyin 13-14-cü həftəsi.

- Ürək sutkada 23 litr qan vurur.
- Baş, əllər, ayaqlar formalaşmış vəziyyətdədir və kiçik insanı xatırladır.
- Dölün dərisi nazik və şəffafdır.
- Baş tüklənməyə başlayır.
- Döl daha da aktiv hərəkətlər icra edir.

9 ayın möcüzəsiHamiləliyin 15-16-cı həftəsi.

- Plasentanın formalaşması başa çatmışdır.
- Dölün dərisi çəhrayıdır, qulaqları yaxşı görünür.
- Dölün üzü və bədənin digər hissələri aydın şəkildə ayırd edilir.
- Döl gözlərini qırpa, ağzını aça və əllərini bükə bilir.
- Dölün bətndə aktiv hərəkəti davam edir

9 ayın möcüzəsiHamiləliyin 17-18-ci həftəsi.

- Bütün orqanlar formalaşıb və böyüməyə davam edirlər.
- İmmun sistemin formalaşması başa çatmışdır, interferon və immunoqlobulinlər sintez edilir.
- Dölün dərisində qoruyucu təbəqə əmələ gəlmişdir.
- Falanqalarda naxışlar formalaşır və sonralar barmaq izlərinin fərdiliyini təmin edir.

- Tənəffüs hərəkətləri meydana gəlsə də, onlar ağciyər tənəffüsü üçün yetərli deyillər.
- Bu vaxtdan etibarən ana dölün tərpənişini hiss edir.
- Dölün uzunluğu 20.5 sm, çəkisi isə 200q-dır

9 ayın möcüzəsiHamiləliyin 19-20-ci həftəsi.

- Başın və bədənin müəyyən nahiyələrində tüklər vardır. Bu tüklər lanuqo adlanır.
- Döl barmaqlarını əmir və daha da hərəkətlidir.
- Daimi dişlərin mayası qoyulur.
- Bu mərhələdə baş beynin sürətli inkişafı gedir.
- Stetoskop vasitəsilə ürəkdöyünmələr yaxşı eşidilir.
- Böyrəklərin işləməsi davam edir.
- Dölün çəkisi 230-290 q-dır, lakin bu müddətdə körpənin dünyaya gəlməsi baş verərsə, onun yaşama ehtimalı çox azdır.

9 ayın möcüzəsiHamiləliyin 21-22-ci həftəsi.

- Qulaq sümükləri formalaşır və səskeçirmə qabiliyyəti meydana çıxır.
- Körpə ananın nəfəsini, səsini və ürəkdöyünməsini eşidir.
- Bu period, dölün çəkisinin artmasının ən intensiv dövrü hesab olunur.
- Ağciyərlər o səviyyədə formalaşır ki, artıq döl bətnxarici mühitdə, intensiv terapiya nəzarəti altında yaşaya bilər.
- Dölün uzunluğu 30 sm, çəkisi 350-400 q-dır

9 ayın möcüzəsi3-TRİMESTR.

Hamiləliyin 23-24-cü həftəsi.

- Bağırsaqlarda ilk nəcis-mekoniy əmələ gəlib.
- Döl nəinki xarici, o cümlədən uşaqlıqdaxili səslərə də həssasdır.
- Reflektor hərəkətlər aktivləşir, bədənin ümumi hərəkəti isə güclənir.
- Ağciyərlərdə surfaktant hazırlanır, alveolları bürüyür.
- Döl artıq yata və oyana bilir.
- Dəri qırmızılaşır, qırışıqlarla və tüklərlə zənginləşir.
- Bu dövrdə doğulan hər 10 körpədən 8-i intensiv terapiya nəzarəti altında yaşama qabiliyyətinə malik

9 ayın möcüzəsiHamiləliyin 25-26-cı həftəsi.
- Dölün hipofizi artıq adrenokortikotrop hormonu sintez edir.
- Dərialtında piy toxuması toplanmağa davam edir.
- Ağız və dodaqlar daha da həssas olurlar.
- Gözlər yarımaçıq vəziyyət alır və işığı qəbul edə bilir.
- Dölün çəkisi 700-750 q-dır.
- Bu dövrdə doğulan hər 10 körpədən 9-u yaşayır

9 ayın möcüzəsiHamiləliyin 27-28-ci həftəsi.

- Ağciyərlər artıq adi hava ilə tənəffüs edə bilərlər.
- Körpə gözlərini yumub-açır, barmaqlarını əmir, xarici səslərə cavab reaksiyası verir, hətta gülümsəyir və ağlayır.
- MSS-i tərəfindən ritmik tənəffüs və bədən temperaturunun tənzimi nəzarət altında olur.
- Dölün boyu 35 sm, çəkisi 1000 q-dır.
- Bu dövrdə doğulan uşaqların demək olar ki hamısı yaşama qabiliyyətli olurlar

Hamiləliyin 35-36-cı həftəsi.

- Qulaq seyvanları bükülmüş vəziyyət alır.
- Ağciyərlər formalaşır.
- Tutma refleksi meydana çıxır.
- Körpə işıq mənbəyinə reaksiya verir.
- Doğulan uşaqlar yaşama qabiliyyətli olurlar, çəkiləri 2100-2700 q, boyu isə 44-45 sm-dir
9 ayın möcüzəsiHamiləliyin 37-38-ci həftəsi.

- Uşağın tam boy ölçüləri 45-50 sm-dir.
- Çəki normada 2.7-4 kq-dır.
- Doğulma anına qədər körpədə yaşama üçün əhəmiyyət kəsb edən 70-dən çox avtomatik reflektor hərəkətlər aşkar edilir.
- Dərialtı piy qatının miqdarı lazımi qədərdir və o, istiliyi saxlamağa qadirdir.
- Döl artıq kifayət qədər formalaşmışdır.

Hamiləliyin 39-40-cı həftəsi.

- Hamiləlik sona çatır və körpə dünyaya göz açır.
9 ayın möcüzəsi


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 24201   Tarix: 21 yanvar 2009  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16.12.2025 389
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14.12.2025 563
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 315
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1957
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 260
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 252
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 307
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 284
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14.12.2025 469
.

TOP MP3