"YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?

"YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?Azpolitika xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.

Qeyd edək ki, həyatını itirən gənc, Gəncə Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğludur və o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinorejissorluq" fakültəsindən məzun olduqdan sonra hərbi xidmətə yollanıbmış.

Bir ailəni oğulsuz qoyan bu faciə son zamanlar müvafiq dövlət qurumları - hərbi komissarlıqlar və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən "hərbi xidmətə yararlı" rəyi verilən gənclərimizin əslində bəzən faktiki olaraq hərbi xidmətə yararsız olduğuna dair şikayətləri yenidən aktuallaşdırır.

Bəzi mənbələrin cəmi 4 ayın əsgəri olduğunu iddia etdiyi Əli Cəfərovun ağır pnevmaniyadan dünyasını dəyişdiyi bildirilir. Əlbəttə, Hərbi Prokurorluğun araşdırmasından sonra yəqin ki, gəncin gerçək ölüm səbəbləri, bu xəstəliyə nə vaxt, hansı şəraitdə tutulması, hərbi çağırış zamanı komissiya tərəfindən nə dərəcədə obyektiv və keyfiyyətli şəkildə yoxlandığı, hərbi xidmətdə vaxtında tibbi müdaxilənin edilib-edilmədiyi məlum olacaq. Lakin hər halda, doğrudan da sağlam, hərbi xidmətə tam yararlı bir gəncin hansısa xəstəlikdən dünyasını dəyişməsi həmin gəncin çağırış zamanı düzgün tibbi yoxlanışı barədə şübhələr yaradır…
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Məlum olduğu kimi, zamanında məlum "əyri yollarla" "yararsız" rəyi alıb hərbi xidmətdən yayınanlar xeyli vaxtdır yenidən çağırışa cəlb olunur və onların bir çoxuna qoyulan diaqnozun saxta olduğu üzə çıxarılır. Belələri hərbi xidmətə göndərilir və bu təbii ki, olduqca müsbət haldır. Lakin bununla paralel olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının faktiki xidmətə yararsız gənclərə "yararlı" rəyi verməsinə dair də xeyli şikayətlər var. Eləcə də bir çox valideynlər övladlarının hərbi xidmətə gedəndən sonra zamanında düzgün diaqnoz qoyulmadığı üçün xidmətdə əziyyət çəkmələrindən, sağlamlıqlarına ikiqat zərbə vurulmasından, aylarla hərbi hospitallarda qalmalarından şikayət edirlər. Eləcə də bir çox hallarda belə çağırışçıların hospitallar tərəfindən qoyulan diaqnoz və təkrar müayinələrdən sonra hərbi xidmətə yararsız kimi tərxis olunduğuna dair məlumatlar var. Niyə? Çünki zamanında düzgün dizqnoz qoyulmayıb, başdansovdu müayinə aparılıb, ya da "planı doldurmaq" xatirinə səhhətində ciddi problem olan çağırışçı "yararlı" adı ilə orduya yola salınıb. Bir sözlə, əvvəllər daha çox "hərbi xidmətə yararsız" diaqnozu saxta çıxırdısa, indi əksinə, "yararlı" diaqnozu saxta çıxır. Hərbi hospitallarda xeyli sayda bu cür əsgərlərin olduğuna dair məlumatlar var.

Obyektivlik naminə o da qeyd olunmalıdır ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi bu cür halların üzə çıxarılması və belə çağırışçıların təkrar müayinəyə göndərilərək, düzgün diaqnoz qoyulmasına çalışır. Lakin buna baxmayaraq, belə halların sayının olduqca çox olduğu və onların hamısının araşdırılmasının əlavə yük yaratdığı bildirilir.

Bu problemin yaşanmasının səbəblərindən biri hərbi çağırışla bağlı qanunvericilikdir. Məlum olduğu kimi, hərbi çağırışla bağlı xəstəliklər cədvəli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən tənzimlənir və "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də əks olunur, bu cədvəl hər bir xəstəliyin hərbi xidmətə yararlılıq dərəcəsini (A, B, C, Ç, D kateqoriyaları) müəyyən edir, müddətli xidmətə tam yararsızdan (D) tutmuş, məhdud yararlılığa (C) qədər fərqləndirir, beləliklə, hansı xəstəliyin çağırışçını hərbi xidmətdən azad etdiyini və ya hansı xidmət növünə yönləndirdiyini göstərir. Ola bilsin ki, bu cədvəli yenidən nəzərdən keçirməyə və müəyyən dəyişikliklər etməyə ehtiyac var. Digər məsələ, tibbi müayinənin nə dərəcədə obyektiv, keyfiyyətli aparılması və bu cədvəldə göstərilən maddələrə uyğunlaşdırılmasıdır. Təəssüf ki, bu mərhələdə ciddi nöqsanlar qeydə alınır. Məsələ ondadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası yalnız "TƏBİB"-in tabeliyindəki xəstəxanaların rəyini tanıyır. Bu halda Səhiyyə Nazirliyinin tabeliyindəki ixtisaslaşmış xəstəxanalar kənarda qalır. Bu isə müayinənin və diaqnozun keyfiyyəti il bağlı haqlı şübhələr yaradır.

Bir sözlə, gənclərin hərbi xidmətə çağırılması zamanı aparılan tibbi müayinələrlə bağlı cavabını gözləyən xeyli suallar var. Bu sahədə lazımi, keyfiyyətli xidmət təmin olunmayınca, təəssüf ki, bundan sonra da xəstəlikdən əsgər ölümünə dair acı xəbərlərə rast gələ bilərik.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 894   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır

"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej

20:30 0
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 0
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 0
.

Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir

Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər. -ın "Teleqraf" nəşrinə istinadən xəbərinə görə, ukraynalı rəsmilə

10:30 155
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil

Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər

18:20 0
.