Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 6-sı gündüzədək ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, bir sıra rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi və qar yağacağı proqnozlaşdırılır.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
"Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!", - müraciətdə qeyd olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1665 Tarix: 04 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkim xəstəni dinləyir, yoxsa analizləri? - Müasir tibbin dəyişən MƏNZƏRƏSİ
Əvvəllər xəstələrin müraciət edəndə həkim onları dinləyir, söhbətləşir, çoxlu sallar verirdi. Bədənin müxtəlif nayihələrinə toxunmaqla qərar verirdi. Amma indi xəstə həkimin otağına girən kimi ona uzun bir siyahı verilir ki, "get bunlardan analiz ver, müayinələrdən keç, sonra gəl". Beləcə həki
29.05.2026 265 Sevgini xilas edən 2 "zəruri" yalan - Psixoloq açıqladı
Araşdırmalar göstərir ki, bəzi qeyri-səmimilik formaları və müəyyən yalan növləri münasibətlərdə mühüm rol oynaya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqalədə bildirib. "İnsan münasibətləri nadir hallarda mütləq qaydalara tab
29.05.2026 266 Evdən çıxarkən şəkil çəkmək vərdişi niyə faydalıdır? - Vaxt, pul və stressə qənaət
Evdən çıxmazdan əvvəl evin telefonla fotoşəklini çəkmək sadə bir vərdiş kimi görünsə də, gündəlik həyatda bir sıra praktik faydalar verə bilər. Qaynarinfo-nun "Better Homes & Gardens" portalına istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu üsul insanlara evdən çıxarkən dah
29.05.2026 255 Bakıda "mall"un dam örtüyü uçdu - Video
Ötən gecə güclü külək Bakıda bir sıra fəsadlar törədib. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Bakıxanov Mall" ticarət mərkəzinin dam örtüyü uçub. Damdan qopan böyük dəmir parçaları yola və park edilmiş avtomobilləri
10:09 156 Özünəinamlı insanların onları başqalarından daha güclü edən 8 vərdişi
Ən özünə inamlı insanlar adətən istənilən uğursuzluqlarla mübarizə aparmaq üçün daxili gücü möhkəmləndirən vərdişlərə əməl edirlər. Qaynarinfo xəbər verir ki, "YourTango" portalı bu cür insanların özünə inam qazanmalarına və ətrafdakılardan daha güclü olmalarına kömək edən 8 vərdiş barədə məluma
29.05.2026 254 Ana ölümü şəhərdə artıb, kənddə azalıb - Hesabat
2025-ci ildə Azərbaycanda 26 ana ölümü baş verib. Trend xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub. Statistikaya görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 100 00 nəfər diri doğulana hesabı ilə ana ölümü şəhər yerlərind
29.05.2026 257 Nə evində yaşaya, nə də sata bilir (VİDEO)
Əraziyə yeni asfalt örtüyü çəkildikdən sonra yol kənarında yerləşən həyətlər asfalt səviyyəsindən xeyli aşağıda qalıb. Görüntülər paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1,korpus 9 ünvanındandır. Buradakı 275 nömrəli evin sahibi Fəridə Xəlilova deyir ki, yol çəkildikdən sonra bütün yağı
10:28 149 Bu gölün ətrafındakı torpaqlar qızılla örtülüb
2015-ci ildə çəkilmiş peyk görüntüsündə Qanadakı Bosumtvi gölünü əhatə edən qızılı zolaqlar görünür. Yerli aşanti xalqı tərəfindən müqəddəs hesab olunan bu göl və onun ətrafının təxminən 1 milyon il əvvəl nəhəng meteoritin Yerə düşməsi nəticəsində formalaşdığı bildirilir. Qaynarinfo xəbər verir ki, Bosumtv
29.05.2026 253 "Qızımın səsi var, amma o siyasəti seçdi"
Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi övladı Sılanın musiqi istedadı olsa da, bu sahədə fəaliyyət göstərmədiyini bildirib:. "Qızım Sılanın səsi var, amma oxumur. Bakı Slavyan Universitetində təhsil alır
29.05.2026 435