İranda matəm elan edildi - YENİLƏNİB

İranda matəm elan edildi - YENİLƏNİBİran hökuməti general Qasım Süleymaninin dəfn olunduğu Kirman şəhərindəki qəbiristanlıq yaxınlığında baş vermiş iki partlayışda həlak olanlar üçün yanvarın dördü ölkə daxilində matəm günü elan edib.

Son məlumatlara görə, partlayışlar nəticəsində azı 103 nəfər həlak olub, 188 nəfər yaralanıb.(oxu.az)

18:32

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb.

Bu barədə İran mətbuatı xəbər yayıb.

Qeyd olunub ki, son məlumata görə, yaralı sayı 170-dən çoxdur.(oxu.az)

17:00

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində qurbanların sayı 50-yə çatıb.

Məlumatı Kerman valiliyinin rəsmisi də təsdiq edib və əlavə edib ki, 70 nəfərdən çox yaralanan var.

Yerli hakimiyyət orqanları hadisəni terror aktı adlandırıblar.

16:32

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində azı 20 nəfər həyatını itirib.
Bu barədə Kirman Fövqəladə Hallar İdarəsinin rəisi məlumat verib.

O əlavə edib ki, baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb.(oxu.az)

16:18

İranın Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda partlayış baş verib.

Xəbəri İran mətbuatı yayıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Məlumat üçün əlavə edək ki, insanlar bu gün Qasım Süleymaninin ABŞ-nin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldür(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1020   Tarix: 03 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İntensiv yağıntı müşahidə edilir - Fatiki hava

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 21:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Şuşa, Xankəndi, Füzuli

29.05.2026 272
.

Azərbaycan neftinin qiyməti düşdü

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2.56 ABŞ dolları və ya 2.55% azalaraq 98.01 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 100.57 ABŞ dolları olub

11:45 21
.

Həkim xəstəni dinləyir, yoxsa analizləri? - Müasir tibbin dəyişən MƏNZƏRƏSİ

Əvvəllər xəstələrin müraciət edəndə həkim onları dinləyir, söhbətləşir, çoxlu sallar verirdi. Bədənin müxtəlif nayihələrinə toxunmaqla qərar verirdi. Amma indi xəstə həkimin otağına girən kimi ona uzun bir siyahı verilir ki, "get bunlardan analiz ver, müayinələrdən keç, sonra gəl". Beləcə həki

29.05.2026 265
.

İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Sizi Gürcüstan Hökuməti və gürcü xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. 28 Ma

28.05.2026 309
.

Bakıya və Abşeron yarımadasına dolu düşməsi ehtimalı var - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu prosesinin olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 29-u saat 22:50-yə olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dol

29.05.2026 310
.

Fransa Avropanın Ukrayna üzrə danışıqlarda tərəf kimi iştirakını istəyir

Avropa Ukrayna ilə bağlı mümkün sülh danışıqlarında vasitəçi deyil, tamhüquqlu tərəf kimi iştirak etmək niyyətindədir. APA xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavrö brifinqdə bildirib. "Avropa yalnız vasitəçi deyil, danışıqların tərəflərindən bir

28.05.2026 321
.

Bakıda "mall"un dam örtüyü uçdu - Video

Ötən gecə güclü külək Bakıda bir sıra fəsadlar törədib. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Bakıxanov Mall" ticarət mərkəzinin dam örtüyü uçub. Damdan qopan böyük dəmir parçaları yola və park edilmiş avtomobilləri

10:09 156
.

CENTCOM: İranın dəniz blokadasından sonra 111 gəmi istiqamətini dəyişib

İranın dəniz blokadası başlayandan bəri 11 kommersiya gəmisi istiqamətini dəyişmək məcburiyyətində qalıb. APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb

28.05.2026 304
.

Xətaidə qəribə qəza - Maşın evin damına çırpıldı-Video

Paytaxtın Xətai rayonunda qəribə yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə İnqilab İsmayılov küçəsində qeydə alınıb. Məlumata görə, idarəetmədən çıxan minik avtomobili yol kənarındakı fərdi evin divara çırpılıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib. Həmi

29.05.2026 398
.

TOP MP3