Təqaüdçülərə ŞAD XƏBƏR: Yanvarın 1-dən etibarən…

Təqaüdçülərə ŞAD XƏBƏR: Yanvarın 1-dən etibarən…Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Qanunu imzalayıb. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək qanuna görə, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qanundan irəli gələn məsələlərlə bağlı Medianews.az-a bildirib ki, 2024-cü ilin dövlət büdcəsi gələn ilin də sosial paketin dərinləşəcəyini göstərir.

Millət vəkilinin sözlərinə görə, büdcə xərclərin 45, cari xərclərin 70 faizi sosialyönümlü olacaq: "Bu o deməkdir ki, sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində artımlar olacaq. Ehtiyac meyarının və yaşayış minimumunun artırılması ilə bağlı qərarın verilməsi həm də sosial yardımla təmin olunan vətəndaşların büdcədən daha çox vəsait almasına gətirib çıxaracaq. Ehtiyac meyarının məbləği 270 manata çatdırılıb. Bu o deməkdir ki, 5 nəfərlik ailədə hazırda sosial yardım alan vətəndaşlarımıza aylıq ödənilən vəsaitin həcmində təxminən 60 manat artım qeydə alınacaq. Əgər həmin ailələr ünvanlı sosial yardım proqramı çərçivəsində ailə olaraq 450 manat orta hesabla vəsait alırdılarsa, həmin vəsait, yardım məbləği 510 manata qədər yüksələcək".

İqtisadçı deputat deyib ki, yanvarın 1-dən etibarən pensiyanın indeksasiya olunması və artırılması həyata keçiriləcək: "Artıq 2024-ci ilin yanvarın 1-dən etibarən pensiyanın indeksasiya olunması və artırılması həyata keçiriləcək. Bu xərclər dövlət büdcəsində artıq nəzərə alınıb. Bütövlükdə sosial istiqamətlərlə yanaşı, həm də Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərdə də artımlar olacaq. 4 milyardan artıq vəsait bu istiqamətə yönəldiləcək. Təhlükəsizliyimizin gücləndirilməsi ilə bağlı 6,2 milyard manat vəsaitin ayrılması nəzərə tutulur. Ona görə də 2024-ci ilin büdcəsi Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesin sürətləndirmək, social təminat sisteminin daha da gücləndirməsi, təhlükəsizliyimizin möhkəmləndirilməsi kimi prioritet məsələlərin həllinə dəstək olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2360   Tarix: 31 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq"

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimiz

11:09 70
.

"Azərbaycan hər zaman çoxmədəniyyətli ölkə olub"

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlha

10:58 90
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

10:40 132
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən -a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoj

26.10.2026 337
.

Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib

Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını

11:11 66
.

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış

11:59 0
.

Prezident Forumda iştirak edir - Video

Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib

10:10 117
.

MTK-dan ev aldı, 30-cu ayda başqasına satıldığını öyrəndi - Nə mənzil var, nə də pul

Daxili kreditlə Mənzil-Tikinti Kooperativindən (MTK) ev alan vətəndaş evsiz qalıb. xəbər verir ki, bu barədə sakin özü paylaşım edib. Şikayətçinin sözlərinə görə Abşeronda yerləşən MTK-lardan birindən mənzil alıb, 50% ilkin ödənişi verib. Otuzuncu aya çatdıqda ödəniş 15-20 gün kecikib. Məsələ ilə bağl

26.10.2026 357
.

İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır

"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında İnsan resursları üzr

11:51 0
.