Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva 22 ildən sonra barışıb
Xalq artisti Faiq Ağayev həmkarı, Xalq artisti Zülfiyyə Xanbabayeva ilə 22 il davam edən küsülülüyə son qoyduqlarını açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə müğənni "10-da görüşək" verilişində danışıb. F.Ağayev Z.Xanbabayeva ilə barışdığını belə xatırlayır:
"6 ay əvvəl konsertlərin birində Zülfiyyə Xanbabayeva ilə barışdıq. 22 ildən sonra münasibətlərimiz düzəldi. O vaxt bir xəbər yayılmışdı ki, Dəniz adlı bir abituriyent İngiltərədə universitetlərdən birinə daxil olub. Elə gözəl imtahan verib ki, ondan təhsil pulu almayıblar. Əksinə bildiriblər ki, biz sizə təqaüd verəcəyik. Qızın adı Dəniz idi. Mən də bilirdim ki, Zülfiyyənin qızının adı da Dənizdir. Fikirləşdim ki, Dəniz də o yaşda olar. Zülfiyyə ilə yanbayan oturmuşdum, ona sual verdim ki, "O, sənin qızındır? Fəxr edirəm onunla".
Soruşdu ki, "Nə?" Əhvalatı danışdım ona. Zülfiyyə dedi ki, "Yox, o, mənim qızım deyil. Dəniz hələ 9-cu sinifdə oxuyur". Cavab verdim ki, "Dənizin də belə gözəl bəxti olsun. O da xarici ölkəyə getsin, orada universitetə daxil olsun".
Ondan sonra Zülfiyyə ilə tədbirlərdə görüşüb, salamlaşırıq. Həyatın bilməyən tərəfləri var. Kimdənsə müvəqqəti, kimdənsə birdəfəlik uzaqlaşırıq. Bizim Zülfiyyə ilə yəqin uzaqlaşmağımız müvəqqəti idi. Düzdür bu uzaqlaşma 22 il çəkdi, amma istər-istəməz insanın ürəyində ləkə qalır. Arada olan anlaşılmazlıq itən kimi ağırlıq da və ləkə də gedir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏn çox gəlir gətirən aktyor oldu
Britaniyalı aktyor Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyorları siyahısında birinci pilləyə yüksəlib. Axşam.az xəbər verir ki, aktyorun rol aldığı filmlərin ümumi dünya üzrə gəliri 15,48 milyard dolları keçib. Bununla Holland Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyub. Aktyorun il
19.09.2026 227 Rusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19.09.2026 285 Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To
24.09.2026 795 Aysel Teymurzadə belə dincəlir - FOTOLAR
"Avroviziya" təmsilçilərimizdən olan müğənni Aysel Teymurzadə istirahətə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi tətilini Yunanıstanda keçirdiyini bildirib. A.Teymurzadə istirahət zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb
27.09.2026 1391 Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27.09.2026 429 10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27.09.2026 513 9 illik evlilikləri bitir
Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb
13.09.2026 354 Ülviranın modelə bənzəyən qızı gözəlliyi ilə HEYRAN EDİR - YENİ FOTO
Tanınmış aparıcı Ülvira Qarayevanın qızı Zeynəb sosial mediada paylaşım edib. xəbər verir ki, o "instagram" hesabında yeni fotolarını paylaşıb. Onun paylaşımına çoxsaylı tərif gəlib. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır. Sözügedən fotoları təqdim edirik
20.09.2026 493 "Yeraltı"nın yayım tarixi bəlli oldu
Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin
13.09.2026 580