Amerikalı ekspert: "Makron öz maraqlarını güdmək üçün Azərbaycana qarşı yanlış strategiya seçib"
ABŞ-dən olan jurnalist, təhlükəsizlik məsələləri üzrə analitik, hüquqşünas İrina Zukerman Fransa Prezidenti Emmanuel Makronun öz maraqlarını güdmək üçün Azərbaycana qarşı yanlış strategiya seçdiyini bildirib.
İrina Zukerman "Report"a açıqlamasında deyib ki, Azərbaycan və Fransanın diplomatik münasibətləri açıq şəkildə aşağı salmağa çalışdığına dair heç bir dəlil olmasa da, Fransanın iki diplomatının "arzuolunmaz şəxs" elan edilməsi Bakı və Paris arasında təhlükəsizlik sahəsində əməkdaşlığın pisləşməsinə işarədir:
"Bu addım həm də Fransanın getdikcə daha çox dost olmayan dövlət kimi qəbul edilməsindən xəbər verir. Sözügedən hadisə Fransa üçün ictimai biabırçılıqdır. Üstəlik, onun növbəti ermənipərəst fəaliyyəti barədə xəbərdarlıqdır. Halbuki Azərbaycan fransız diplomatları "persona non grata" elan etməklə diplomatik pərdə altında fəaliyyət göstərən kəşfiyyatçıların Azərbaycanın maraqlarına zidd casusluq fəaliyyətinə etirazını bildirib".
İ.Zukerman vurğulayıb ki, bu iki şəxsin üzə çıxarılması strateji mesajdır:
"Özü də bu epizod Fransa və Azərbaycan arasında gərginliyin artdığı, Fransa Prezidenti Emmanuel Makronun siyasi baxımdan Ermənistanın tərəfini tutduğu, regional inteqrasiyanı pozan və Avropa təsisatlarında anti-Bakı xətti tutduğu bir vaxta təsadüf edir. Bu, Azərbaycanın aqressiv siyasi izləməyə və müdaxiləyə qarşı qırmızı xətt çəkməsi ilə münasibətlərin pisləşməsinin əlamətidir".
Siyasi şərhçi qeyd edib ki, müəyyən bir vaxta kimi Fransa hər iki tərəfdə oynaya bilib:
"Belə ki, bir tərəfdən öz tarixi ermənipərəst xəttini davam etdirdi, digər tərəfdən Bakı ilə Aİ çərçivəsində çoxtərəfli razılaşmaların bir hissəsi kimi bir çox əməkdaşlıq formalarını ehtiva edən əlaqələrin faydalarından istifadə etdi. Böyük erməni diasporunun güclü təsiri və Cənubi Qafqazda güc oyunu potensialına görə Fransanın mövqeyini dəyişməsi üçün heç bir səbəb görməyib. Üstəlik, bəzi gərginliklər Bakı ilə bağlı hər hansı konkret məsələdən ziyadə Fransanın Türkiyə ilə yaşadığı gərginliyin daha geniş kontekstindən qaynaqlanır. Yəni Makron Bakıya sadəcə Ankara siyasətinin davamı kimi yanaşaraq və bu məsələləri Azərbaycanın gündəminə daşıyaraq öz maraqlarını güdmək üçün yanlış strategiya seçib. Daha ağıllı mövqe Azərbaycanı Türkiyəyə yaxınlaşdırmaqdansa, onunla müsbət əlaqələr qurmaq olardı".
İ.Zukerman söyləyib ki, növbəti addımlar Fransanın bu hadisədən düzgün dərs çıxararaq Bakı ilə münasibətləri yaxşılaşdırmaq üçün səy göstərib-göstərməməsindən asılıdır:
"Görək, Fransa bunumu edəcək, yoxsa sadəcə gələcəkdə yaxalanmamağamı diqqət yetirəcək. Hər halda münasibətlərin yenidən tənzimlənməsi bütün tərəflər üçün arzuolunan olardı. Fransa beynəlxalq arenada artan rol oynayan və bir çox sahələrdə əməkdaşlıq üçün tərəfdaş ola biləcək aparıcı Cənubi Qafqaz dövlətinə qarşı birmənalı şəkildə qərəzli görünməsə, onun regionda daha böyük və daha müsbət rol oynaya biləcəyi müzakirə edilə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 730 Tarix: 30 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq"
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimiz
11:09 70 "Azərbaycan hər zaman çoxmədəniyyətli ölkə olub"
"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlha
10:58 90 Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar
Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar
10:40 132 Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən -a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoj
26.10.2026 337 Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib
Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını
11:11 66 Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...
Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış
11:59 0 Prezident Forumda iştirak edir - Video
Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib
10:10 117 MTK-dan ev aldı, 30-cu ayda başqasına satıldığını öyrəndi - Nə mənzil var, nə də pul
Daxili kreditlə Mənzil-Tikinti Kooperativindən (MTK) ev alan vətəndaş evsiz qalıb. xəbər verir ki, bu barədə sakin özü paylaşım edib. Şikayətçinin sözlərinə görə Abşeronda yerləşən MTK-lardan birindən mənzil alıb, 50% ilkin ödənişi verib. Otuzuncu aya çatdıqda ödəniş 15-20 gün kecikib. Məsələ ilə bağl
26.10.2026 357 İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır
"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında İnsan resursları üzr
11:51 0