"Lukoyl" yanacaqdoldurma məntəqələri müştəriləri aldadır" - Şikayətçidən ŞOK İDDİA - FOTO

"Lukoyl" yanacaqdoldurma məntəqələri müştəriləri aldadır" - Şikayətçidən ŞOK İDDİA - FOTOSosial şəbəkələrdə "Lukoyl" yanacaqdoldurma məntəqəsinin müştəriləri aldatması ilə bağlı iddialar səsləndirilir.

Sonxeber.az xəbər verir ki, Elmira Axundova adlı xanım "Lukoyl" yanacaqdoldurma məntəqəsində başına gələnləri azıb.

O qeyd edib ki, "Lukoyl" yanacaqdoldurma məntəqəsindən şikayətinin olduğunu bildirib.

3 dekabr tarixində saat 19:40 radələrində Əhmədli metrostansiyası yaxınlığında yerləşən "Lukoyl" yanacaqdoldurma məntəqəsində 10 AZN məbləğində 92 benzin vurulmasını bildirmişəm:

"Lukoyl" yanacaqdoldurma məntəqəsində daxil olduqda 28 L benzinim var idi. Benzin vurulduqdan sonra 38 L olacağını gözləyərkən, cəmi 32 L benzinə qalxdığına şahid oldum. Qeyd edim ki, avtomobilimin heç bir texniki problemi mövcud deyildir və digər yanacaq doldurma məntəqələrində benzin vurduqda, bu problemlə qarşılaşmamışam. "Lukoyl" yanacaqdoldurma məntəqəsində dəfələrlə eyni problemlə qarşılaşmışıq. Hər dəfə 2-3 manat əskik benzin vurulur. Bu dəfə artıq çox oldu. Şikayət etdikdən sonra mənə hardansa 10 manatlıq qəbz təqdim etdilər. Hələ işçilərindən biri mənimlə kobud danışaraq "az, azz yalan danışırsan" deyərək məni təhqir etməyə başladı.

Etdikləri hərəkətə görə, səlahiyyətli nümayəndə ilə danışıb, şikayətimi bildirmək istədiyimi dedikdə, özünü təqdim etməkdən çəkinən bir işçi mənə yalnışlıq olmadığını, 10 manatlıq benzin vurulduğunu bildirdi. Daha sonra gua kamera görüntlərinə baxmağa başladı. Həmin kamera görüntüsündə sadəcə uzaqdan avtomobilimin gəlib benzin doldurub dayanmağı əks olunur. O görüntülərdə işçinin neçə manat benzin yükləməsi əks olunmamışdı.

Mən bu şəxsdən özünü tam olaraq təqdim etməyini tələb etdim. O, mənə növbə rəisi olduğunu və adının Fariz olmasını söylədi. Uzun cəhdlərdən sonra Fariz adlı bu şəxs telefonda kiməsə zəng edib, kimləsə danışıb, şikayət edəcəyimi bildirdi. Danışdığı şəxs nə dedisə Fariz ona düzgün olduqlarını sölədi. Daha sonra Fariz mənə ürəyin hara istəyir ora şikayət elə dedi. Zəngdən sonra ozünü təqdim etməyə ürəkləndi, adının Fariz Abdullayev olduğunu qeyd etdi. Amma mənə "az, yalan danışma deyib, təxmini 10 dəqiqədən sonra hardansa 10 manatlıq qəbz verən işçinin adını bilmədim. Oradakı kobud rəftara və qanunsuz hərəkətlərinə görə özlərinin təqdim etdiyi qaynar xətt nömrəsinə (012-497-41-90) və 102 polis xidmətinə şikayətimi bildirdim. Həmin nömrə şikayətimi qeydə aldığını sölədi. Yerindəcə polisə ərizə də yazdım. İşin sonunu nə ilə nəticələnəcəyini gözləyirəm. İllərdir ki, bir çox dost-tanışdan "Lukoyl" yanacaqdoldurma məntəqəsindən şikayətlər eşidirə. Əminəm ki, sizlərində arasında bu hal ilə rastlaşanlar az deyildir".

Qeyd edək ki, E.Axundovanın yazdığı şikaətin altından bir neçə şəxs də "Lukoyl" yanacaqdoldurma məntəqəsi tərəfindən aldıldığını bildirib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
"Lukoyl" yanacaqdoldurma məntəqələri müştəriləri aldadır" - Şikayətçidən ŞOK İDDİA - FOTO"Lukoyl" yanacaqdoldurma məntəqələri müştəriləri aldadır" - Şikayətçidən ŞOK İDDİA - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1240   Tarix: 25 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.