İdxalın artması ətin qiymətini tənzimləyəcəkmi? - ARAŞDIRMA

İdxalın artması ətin qiymətini tənzimləyəcəkmi? - ARAŞDIRMAÖlkəmizdə əhalinin istehlak etdiyi qida məhsulları sırasında ən üstün yerlərdən birini ət məhsulları tutur. Millət olaraq əti sevir, süfrələrimizi daim ət yeməkləri ilə bəzəyirik. Lakin ət qiymətlərindəki artım istehlakçıları məyus edir. İki ildir ki, ətin ucuzlaşmasını deyil, bahalaşmasını müşahidə edirik. Bir neçə il öncə kiloqramına 11 manat verdiyimiz əti bu gün 15-18 manata alırıq.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ötən həftə Dövlət Gömrük Komitəsinin ölkəyə ət idxalı ilə bağlı açıqladığı rəqəmlər ətsevərləri yenidən həyəcanlandırıb. Komitənin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkəyə 35 milyon dollarlıq ət gətirilib. Yəni Azərbaycan 34 min 860 ton ət idxal edib. Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 054 ton, dəyər baxımından isə yeddi milyon 385 min ABŞ dolları çoxdur. Bundan öncə mütəxəssislər bahalaşmanın səbəblərindən biri kimi ətə olan tələbatı göstərirdilər. Yəni tələb çox, istehsal az idi. Bəs ölkəyə ət idxalının artması qiymətləri stabilləşdirə, ətin bahalaşmasının qarşısını ala bilərmi?

İqtisadçı Fuad İbrahimov mövzu ilə bağlı bildirib ki, ətin bahalaşmasına təsir edən ilk amil yem bazarındakı qiymət artımıdır:

"Hazırda Azərbaycan kənd təsərrüfatı sektorunda çoxşaxəli siyasət həyata keçirir. Bu gün biz ət məhsullarını istehlak bazarına idxal ediriksə, deməli, hazırda üzümçülüyə, pambıqçılığa, taxılçılığa daha çox önəm veririk. Bunlar strateji məhsullar sırasına aiddir və ixrac potensialımızı yüksəldir. Ət məhsullarının xaricdən gətirilməsini neqativ hal kimi qəbul edənlər də var. Amma nəzərə almaq lazımdır ki, dünyada yem bazarında kifayət qədər bahalaşma var. Hazırda ölkədə yem bazarının artırılması, onun qiymətlərinin ucuz olmasını təmin etmək mümkün deyil. Buna görə də idxalı artırırıq".

Mütəxəssisin sözlərinə görə, hazırda sahibkarlara əti idxal etmək daha sərfəlidir, nəinki istehsal etmək:

"Nəzərə almaq lazımdır ki, heyvandarlıqla bağlı müəyyən məhsullar var ki, biz onları xaricdən idxal edirik. Buraya xüsusilə, dərman preparatları, peyvəndlər daxildir. Bir heyvanın ərsəyə gəlməsi, yem bazaları ilə təmin edilməsi, otlaq sahələrinin artırılması asan proses deyil. Bundan əlavə, həm əhalinin ət məhsullarını sevməsi, həm də turizm sektorunun inkişafı, ölkəyə gələn qonaqların sayının artması ətə olan tələbatı artırır. Hazırkı vəziyyətdə sahibkarlar əti Gürcüstan, Rusiyadan idxal edirlər. Çünki sahibkara əti xaricdən idxal etmək, istehsal etməkdən ucuz başa gəlir. İdxalın artırılması bazarda ət qiymətlərinin ucuzlaşmasında ciddi rol oynayacaq".

Bu sahədə müsbət rəqəmləri görəcəyik

Mütəxəssis vurğulayıb ki, sovet dövründə və ondan öncəki illərdə Kəlbəcər, Laçın ən zəngin örüş zonaları, yaylaqları ilə seçilib. Bu torpaqlar tam şəkildə iqtisadi dövriyyəyə cəlb edildikdən sonra yem bazası təkmilləşəcək və örüş zonaları yenidən kənd təsərrüfatı sektorunun heyvandarlıq istiqamətinə yönəldiləcək:

"Torpaqlarımız işğaldan azad olunub və suveren hüquqlarımızı tam bərqərar etmişik. Bilirik ki, o torpaqların tam iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində kifayət qədər işlər görülüb və davam edir. Bu işlər bitdikdən sonra bu sahədə müsbət rəqəmləri görəcəyik".
İdxal prosesi artıq bazarda sözünü deyir

İqtisadçı Fikrət Yusifov isə bildirib ki, bazarda istənilən məhsulun qiyməti tələb və təklif əsasında formalaşır.

İqtisadçının sözlərinə görə, son bir neçə ildə bazarlarda ətin qiymətində kəskin artımlar yerli istehsalın azalması ilə izah olunurdu. Hazırda isə bu prosesin əksi müşahidə olunur:

"Regionlarda fermerlərin örüş sahələrində daha çox dənli bitkilərin əkilməsinə üstünlük verməsi və bu səbəbdən mal-qara saxlamaq imkanlarının məhdudlaşdırıldığına dair çıxışlara tez-tez rast gəlinirdi. Örüş yerləri əkin yerləri ilə əvəzləndikcə bazarlarda ətin qiyməti davamlı qalxırdı. Son vaxtlar yerli bazarlarda bu prosesin əksi müşahidə edilir. Hazırda ət idxalının keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artması artıq öz sözünü deyir. İdxal səbəbindən bazarda ət təklifi çoxaldığı üçün qiymətlər aşağı düşüb".

Ət regionlarda ucuzdur

Hazırda regionlarda ət şəhərə nisbətən ucuz satılır. Mütəxəssis qeyd edib ki, bunun səbəbi mal-qaranın öz ərazilərində bəslənməsi və əlavə nəqliyyat xərclərinin olmamasıdır:

"Əgər heyvan rayondan Bakıya gətirilirsə və ya heyvan rayonda kəsilir, əti Bakıya daşınırsa, ortada ilk növbədə nəqliyyat xərcləri yaranır. Üzərinə ətin anbarda saxlanma xərclərini də gəldikdə, qiymətin rayonda ucuz olması normaldır".

Hədəfimiz yerli istehsalı artırmaq olmalıdır

Mütəxəssis vurğulayıb ki, idxal hesabına qiymətlərdə stabilləşmə yaratsaq da, hədəfimiz yerli istehsalı artırmaq və daxili bazarın ətə olan tələbatını ilk növbədə istehsal hesabına qarşılamaq olmalıdır:

"Bunun üçün yerlərdə heyvandarlıqla məşğul olan fermerlərə indikindən daha münbit şərait yaradılmalı və ilk növbədə regionlarda örüş yerləri ilə bağlı məsələnin həlli istiqamətində addımlar atılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 24 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.