Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edibTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan səmimi diləklərimlə təbrik edir, ailənizlə birlikdə Sizə cansağlığı və xoşbəxtlik dolu uzun ömür arzulayıram.

Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir.

Türkiyə ilə Azərbaycan arasında "İki dövlət, bir millət" şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək.

Dəyərli Qardaşım, bu fürsətdən istifadə edərək doğum gününüzü bir daha təbrik edir, Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı ifadə edirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 694   Tarix: 24 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Problem, yoxsa oyanış: Orta yaş böhranının əsl səbəbləri nələrdir?

Orta yaş böhranı adlandırdığımız halların böyük hissəsi nə idman avtomobili almaq, nə ailəni tərk etmək, nə də isti ölkəyə birtərəfli bilet bron etmək istəyi ilə bağlıdır. Bu mərhələni yaşayan insanlar - müəllifin özü də daxil olmaqla - daha qəribə bir hissdən danışırlar: sanki həyatın əsası yerində

01.04.2026 438
.

"Google Translate"yə süni intellekt əlavə edildi

Texnologiya nəhəngi Google uzun müddətdir gözlənilən addımı ataraq Google Translate xidmətini yeni səviyyəyə yüksəldib. xarici mediaya istinadla xəbər verir ki, sistemə Gemini adlı böyük dil modeli inteqrasiya olunub. Bu yenilik sayəsində əvvəlki kimi sözbəsöz və bəzən süni səslənən tərcümələrdən imtin

01.04.2026 309
.

Kulinardan VACİB tövsiyyə: "Uşaqlarınıza "Nutella" verməyin" - Video

Kulinar texnoloq Mübariz Vəliyev xüsusilə uşaqların çox yediyi "Nutella" şokolad yağlarının tərkibində zərərli palma yağı və qida əlavəsinin olduğunu açıqlayıb. xəbər verir ki, bu barədə məlumatlandırıcı video hazırlayan M.Vəliyev bildirib ki, bu şokalad yağları tərkibinə görə halal hesab edils

01.04.2026 522
.

Şahzadə İzabella əsgər gedir

Danimarkada qadınlar üçün məcburi hərbi xidmət tətbiq olunduqdan sonra Şahzadə İzabella tarixi bir qərar verib. "Qafqazinfo"nun məlumatına görə, yeni qanunlara əsasən, 18 yaşlı şahzadə hərbi xidmətdən azad edilmədən orduda xidmət edəcək. Şahzadə 2026-cı ilin avqustunda Slagelsedəki Mühafiz

01.04.2026 440
.

Aygün Kazımovanın balaca fanatı ilə maraqlı paylaşımı

Xalq artisti Aygün Kazımova balaca fanatı ilə kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, Pop kraliça onunla birlikdə "Vəfasızlar" mahnısını duet şəklində oxuyub. Kazımova həmin anları instaqram hesabında yayımlayıb

01.04.2026 467
.

İran yavaş-yavaş "səsini ucaldır": Bakı hansı cavabı verəcək?

Naxçıvana atılan dornlardan sonra "ayaq yalın, başı açıq" hərəkət edərək, Azərbaycanın könlünü almağa çalışan İran ritorikasını dəyişməyə başlayıb. xəbər verir ki, müharibədən dərhal sonra lazım olan bütün addımları atan rəsmi Bakıya qarşı Tehranın "buynuz" göstərməsi müşahidə olunur

01.04.2026 561
.

Nizami rayonunda aparılan tikinti narazılığa səbəb oldu - Video

Nizami rayonunda piyada səkisinin dağıdılaraq böyük tikinti işinin aparılması narazılığa səbəb olub. -a bu barədə məlumat verən sakinlər bildirib ki, rayonun Elşən Süleymanov küçəsində bir müddətdir tikinti işləri aparılır. Sakinlərin narazılığına səbəb olan tikinti piyada səkisinin bir hissəsinin dağıdılmas

01.04.2026 331
.

Halit Ergenç və Meryem Üzerli yenidən eyni serialda

Məşhur "Muhteşem Yüzyıl" serialının unudulmaz cütlüyü Halit Ergenç və Meryem Üzerli 15 ildən sonra yenidən eyni layihədə bir araya gəlir. Türkiyə mediasına istinadla xəbər verir ki,"Sultan Süleyman" və "Hürrəm" obrazları ilə yaddaşlarda qalan aktyorlar rejissor Özcan Alperi

01.04.2026 337
.

Ermənistan seçim qarşısında: Aİ, yoxsa Aİİ?

Ermənistan Qarabağdakı vəziyyətə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etmir. xarici mediaya istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib. Baş nazir bildirib ki, "Hazırda KTMT-də iştirak etmirik, sad

10:48 101
.

TOP MP3