Bakıda klinikada çalışan evli qadın özündən 25 yaş kiçik "xəstə" ilə... - ŞOK TƏFƏRRÜAT

Bakıda klinikada çalışan evli qadın özündən 25 yaş kiçik "xəstə" ilə... - ŞOK TƏFƏRRÜATBakıda özündən xeyli kiçik oğlanla sevgi münasibəti yaşamış evli qadın şantajla üzləşib.

BiG.AZ-ın Publika.az-a istinadən məlumatına görə, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən "Atlas" klinikasında çalışan Zenfira Əhmədova (ad və soyad şərtidir) təsadüfən tanış olduğu şəxsin törətdiyi cinayətin qurbanına çevrilib.

Anar adlı şəxslə işlə bağlı danışan və daha sonra şəxsi münasibətləri inkişaf etdirən qadın hədə-qorxu ilə qarşılaşıb. Bundan sonra Z.Əhmədova Anarın əməlləri barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci şöbəsinə şikayət edib.

Faktın təsdiqini tapması ilə 1999-cu il təvəllüdlü Anar Məmmədov barəsində cinayət işi başlanılıb və dekabrın 20-də Sabunçu rayon Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmədə zərərçəkmiş qadın başına gələnlər barədə danışıb:

"2022-ci ilin yayından "28 May"da yerləşən "Atlas" adlanan klinikada ayı 300 manata operator menecer kimi işləməyə başlamışam. İşlərimdən biri də klinikanın verdiyi mobil telefonla bütün operatorlardakı mobil nömrələrə mesaj göndərməklə klinikada göstərilən xidmətlərin növləri və qiymətləri barədə məlumat vermək, geriyə zəng vuran şəxslərə xidmətlər barədə ətraflı izah etməkdən ibarət idi. 2022-ci ilin dekabr ayında sonradan adını bildiyim Anar adlı şəxsin də nömrəsinə xidmətlər barədə mesaj göndərdim. Anar xidmətlər barədə məlumat almaq adı ilə geri yığdı. Telefonda xidmətlər barədə məlumat verdim və vəzifəmə uyğun olaraq müştəri kimi Anarla mehriban danışdım".

Bundan sonra Anar yalandan xəstəliyi barədə qadına danışıb və onun mobil nömrəsi ilə daimi əlaqə saxlamağa başlayıb. Onlar paytaxt ərazisində bir neçə dəfə görüşüblər və cinsi əlaqədə olublar. Lakin daha sonra Anar təsadüfən tanış olduğu qadını şantaj etməyə başlayıb:

"2023-cü ilin martında Anar dedi ki, onun yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsindəki evə gəlim, anası ilə birgə məni gözləyir. Anara yazığım gəldiyindən, həmçinin məndən 25 yaş balaca olduğundan razılaşdım. Meyvə və şirniyyat alaraq Anarın evinə getdim. Anar evdə tək idi, yataqda uzanmışdı. Anasının bir azdan gələcəyini dedi, xəstə bildiyim Anara meyvə soyub yedizdirdim, çay dəmləyərək perojnaları doğrayıb masaya yığdım, 1 saata yaxın Anarın yanında oturdum. O da mənə qayğıkeşliklə yanaşırdı, işimlə maraqlanırdı. Həmin vaxt meyvə və şirniyyat qablarını yuyub evdən çıxmaq üçün sağollaşdım. Sağollaşarkən Anar mənimlə selfi çəkdirməyi xahiş etdi, mən də etiraz etmədim. Anar əlini boynuma keçirərək öz telefonu ilə selfi çəkdi".

Z.Əhmədova deyib ki, Anarın evində olarkən Anar icazəsiz olaraq onun övladlarının və ərinin nömrələrini götürüb və daha sonra onu hədələməyə başlayıb, görüntülərini ərinə göndərəcəyini deyib:

"Anarın bu kimi hərəkətindən şoka düşüb həyəcanlandım, bundan sonra onun tələbləri ilə razılaşmağa başladım. Ailəmin dağılmasından və övladlarımın üzünə necə baxacağımdan utanaraq 2023-cü ilin may ayında Anarın evinə getdim. Anara yalvarmaqla Anarda insanlıq hissi oyada biləcəyimi düşünürdüm. Onun qarşısında diz çöküb ağladım, izah etdim ki, ərim bilsə məni doğrayacaq. Anar bildirdi ki, məndən ötrü ölür, cinsi əlaqədə olmaq istəyir və təklif etdi ki, cinsi əlaqədə olsaq, əl çəkəcək. Mən də məcbur razı oldum".

Bundan sonra ağır depressiyaya düşən qadın Anarın şantajlarına boyun əyib. O, həmçinin "Atlas" klinikasından işdən çıxıb və başına gələnlər barədə yaşlı anasına danışıb.

Z.Əhmədovanın anası da Anarla danışsa da, o hədə-qorxu ilə pul tələb etməkdə davam edib və hissə-hissə olmaqla 800 manata yaxın pul alıb. Z.Əhmədova Anardan qurtulması üçün telefonundakı vatsap proqramını silsə də, Anar onun övladlarına "Salam Zemfira xanım, zəhmət olmasa klinikanızdakı xidmətlər haqqında məlumatlar verin", kimi, mesajlar yazaraq qadını qorxu içində saxlayıb.

Nəhayət Z.Əhmədova polisə şikayət edəndən sonra, Anar həbs edilərək məsuliyyətə cəlb edilib.

Sabunçu rayon Məhkəməsinin 20 dekabr tarixli hökmü ilə Anar Məlikov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1956   Tarix: 24 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.