"Şərurlu İsfəndiyar"ın oğlu Dövlət Xidmətinə qarşı - Nədən narazıdır?

"Şərurlu İsfəndiyar"ın oğlu Dövlət Xidmətinə qarşı - Nədən narazıdır?Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlu Allahverdi Axundovla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron rayon Ərazi İdarəsi arasında qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, İdarə Allahverdi Axundovu İnzibati Xətalar Məcəlləsinin 247.1-ci (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsi ilə cərimələyib.

Bu maddədə fiziki şəxslərin 300 manat, vəzifəli şəxslərin 300 manat, hüquqi şəxslərin isə 3000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. İdarənin Allahverdi Axundovu hansı qismdə və hansı məbləğdə cərimələdiyi məlum deyil.

Məlum olan odur ki, iş adamının oğlu qərarla razılaşmayaraq, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Hafiz Kamranov iş üzrə hakim təyin edilib.

İsfəndiyar Axundov Azərbaycanın tikinti sektorunda tanınan isimlərdəndir. Onun sahibi olduğu "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) Bakıda yüzlərlər yaşayış binası inşa edib.

İsfəndiyar Axundov həm də qalmaqallı iş adamı kimi tanınır. Sonuncu dəfə iş adamı 5 milyonluq borc qalmaqalı ilə gündəmə gəlmişdi. Söhbət "Zaminbank"dan götürülmüş kreditdən gedir. Bu məsələdə İsfəndiyar Axundov bankın rəhbərliyi tərəfindən aldadıldığını iddia edirdi.

Allahverdi Axundova gəlincə, o, bir neçə il əvvəl dəyəri 650 minlik "Lamborghini Gallardo" avtomobili ilə gündəmə gəlmişdi. Həmin vaxt İsfəndiyar Axundov oğlunun belə maşının olmadığını bildirsə də, media israrla avtomobilin Allahverdi Axundova yazırdı. Bu iddia Allahverdi Axundovun sosial şəbəkələrdə "My new car, lambo#aventador" qeydi ilə həmin avtomobillə fotosunu paylaşması ilə əsaslandırılırdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1533   Tarix: 19 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Sevgi fəvvarəsi" pullu olacaq

İtaliyanın simvollarında biri olan Trevi fəvvarəsini ziyarət etmək istəyən turistlər 1 fevraldan etibarən 2 avro giriş haqqı ödəməli olacaqlar. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Roma sakinləri üçün isə giriş tamamilə pulsuz olacaq. Roma meri Roberto Qualtieri mətbuat konfransınd

11:13 167
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

14:05 207
.

Röyanın oğlu bu universitetə daxil oldu

Tribunainfo xəbər verir ki, xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla bağlı sevindirici xəbəri ictimaiyyətlə bölüşüb. Pop kraliça açıqlamasında Röya Ayxanın oğlu Hüseynin İngiltərədə universitetə qəbul olunduğunu bildirib. A.Kazımova qeyd edib ki, Röya bu xoş xəbəri ona şəxsən zəng edərək çatdırı

19.12.2025 510
.

Meyxanaçı Kərim dəfn edildi

Ötən gün 61 yaşında vəfat edən meyxanaçı Ağakırim (Kərim Novruzov) Maştağada dəfn edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun nəşi Maştağa kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində meyxanaçının sənət dostları, yaxınları iştirak edib. Xatırladaq ki, 2017-c

12:36 239
.

Kamran Əsədov ilk dəfə danışdı - Video

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov iddialara cavab verib. "Qafqazinfo" xəbər verir ki, o, bu haqda "Barometr TV"yə danışıb:. "Özümü birmənalı olaraq təqsirli bilmirəm. Şübhə etmirəm ki

10:31 212
.

"Natavan istəmir övladı onun çəkdiyini çəksin"

Reper Dado Əliyev keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibidən danışıb. Axşam.az xəbər verir ki, "Astar" yutub layihəsində qonaq olan ifaçı sevgilərindən, ayrılıqdan, övladından bəhs edib:. Heç vaxt ikinci övlad haqqında düşünməyəcəyəm. Bütün sevgimi oğluma verirəm. Biz boşansaq da, Natava

10:58 237
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

11:52 273
.

Ağakərimdən danışan Ağamirzə: "Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq"

"Biz Ağakərimə mütəmadi olaraq baş çəkirdik. 10-20 gündən bir biz onu ziyarət edirdik. Demək olar ki, hər gün oğlu ya da bacısı oğlanları ilə telefonla danışırdıq". Qaynarinfo xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinə açıqlaması zamanı meyxanaçı Ağamirzə Məmmədov deyib

10:21 249
.

İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum ediliblər

Pakistanın sabiq baş naziri İmran Xan və onun həyat yoldaşı Buşra Bibi korrupsiya işi üzrə 17 il azadlıqdan məhrum ediliblər. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, İmran Xan və həyat yoldaşı dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi və səlahiyyətlərdən sui-istifad

11:19 196
.

TOP MP3