"Mövcud dərslikləri təkmilləşdirməklə Qərbi Azərbaycan tarixini dolğun şəkildə çatdırmaq olar" - ŞƏRH
Günümüzdə Qərbi Azərbaycan həqiqətlərini çatdırmaq əsas məqsədlərimizdəndir. Qərbli soydaşlarımızın vətənlərinə qayıtması, müqəddəs yerləri, doğmalarının məzarlarını ziyarət edə bilmək ən əsas insan hüquqlarıdır. Mənsub olduqları torpaqlara qayıtmaq, orada yaşamaq Ermənistan Respublikası hökumətinin dəstəkləməli olduğu təşəbbüsdür. Monetniklikdən qurtulmaq Ermənistana ancaq böyük fayda gətirəcək. Əfsuslar olsun ki bu istiqamətdə Ermənistan tərəfindən humanist addım görə bilmirik. Bununla yanaşı, zaman keçdikcə ermənilər bölgədəki müsəlman-türk memarlıq tikililərini dağıdaraq rayonun Ermənistan ərazisi olduğunu sübut etməyə çalışdılar. Ermənistan bu gün də Azərbaycan türklərinə və Türkiyəyə qarşı təxribat xarakterli iddiaları irəli sürür.
Bu konteksdə Qərbi Azərbaycan həqiqətlərini çatdırmaq və bu istiqamətdə maarifləndirmə tədbirləri baxımından orta məktəblərdə dərs vəsaitləri təşkil edilə bilərmi? Məsələ ilə bağlı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov BiG.AZ- açıqlama verib:
"Azərbaycan həqiqətlərini çatdırmaq və yeni nəsli bütövlükdə bu istiqamətdə maarifləndirmək lazımdır. Həm də bu istiqamətdə geniş işlər görülür. Orta məktəblərdə hər hansı əlavə dərsliklərin salınmasına ehtiyac olduğunu düşünmürəm. Lakin hesab edirəm ki, mövcud dərslikləri təkmilləşdirməklə məhz bu istiqamətdə lazimi tədbirlər görmək olar. Şagirdlər, yeni nəslə məlumat vermək, onlara tarixi faktlar barədə, eyni zamanda Qərbi Azərbaycanın tarixini dolğun və düzgün şəkildə çatdırmaq olar. Bu işləri gücləndirmək və bütövlükdə mövcud dərsliklər üzərində bir qədər çalışmaqla həyata keçirmək mümkündür. Bu addım çox düzgündür. Əminəm ki bu istiqamətdə aidiyyəti qurumlar, Elm və Təhsil nazirliyi işləri görür və daha da bu addımlar gücləndirilir".
Xatırladırıq ki, erməni vəhşiliklərini unutmamaq, qondarma "tarix dərsi" vermək istəyənlərə əsl tarixi izah etmək, bu günə qədər çox müzakirə olunmayan məsələlərə diqqət yetirmək lazımdır. Erməni vəhşiliyinin başqa bir üzü olan və çox da vurğulanmayan Azərbaycan türklərinin deportasiyası gündəmə gətirilməli və Azərbaycan türklərinin haqq səsi dünya ictimaiyyətinə çatdırılmalıdır. İllərdir artmaqda olan qondarma erməni təxribatı tarixi faktları gizlətməkdən, aqressiv münasibət sərgiləməkdən başqa bir məqsədə xidmət etmir. Şübhəsiz ki, bu tədqiqatlar sadəcə araşdırma olaraq qalmamalı, daha sistemli araşdırmalara yol açmaq üçün səy göstərilməlidir.
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1053 Tarix: 13 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir. AZƏRTAC xəbər verir ki, noyabrın 12-d
12.11.2026 385 Bu instituta icraçı direktor təyin olundu
Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Digər Əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub. Ötən gün Nigar Kərimov
12.11.2026 382 Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir
İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir
12.11.2026 301 Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi. AZƏRTAC xəbər verir ki, İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı
12.11.2026 272 Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. AZƏRTAC xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Maya Sandu ilə görüşləri, həmçini
12.11.2026 280 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 13-də küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürət
12.11.2026 392 Bakıda məşhur restoranda yoxlama: Kababda bakteriyalar aşkarlandı - Foto
Bakı şəhəri, Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar yekunlaşıb. xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, agentliyin əməkdaşları tərəfində
12.11.2026 359 Ölkə başçısı İlham Əliyev Dublində Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb
Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı
12.11.2026 290 İnsan sevdiyi şəxsdən niyə birdən-birə soyuyur?
Bəzən insan illərlə sevdiyi, həyatını birlikdə qurmaq istədiyi şəxsə qarşı qəfil soyuqluq hiss etməyə başlayır. Dünənə qədər onunla danışmaqdan, görüşməkdən və vaxt keçirməkdən zövq alan biri birdən-birə uzaqlaşır, mesajlara gec cavab verir və əvvəlki marağını göstərmir. Bu dəyişiklik qarşı tərəfdə çoxsayl
12.11.2026 361