"Zauru efirə çıxaran adamlar var"

"Zauru efirə çıxaran adamlar var""Mənim üçün apardığım verilişin maraqlı olması önəmlidir. Nəinki bəzənib-düzənim, pomada vurum, çıxım efirə, camaat da desin ki, "nə deyəcək ki, o bizə?". Həddindən artıq efirdən öncə görünüşünə vaxt sərf edən aparıcılar var. Onlar peşkar deyil. Müəyyən vaxt çərçivəsində aydındır ki, saçı da düzəldərlər, amma həddən aşırı: Bu pencəyin rəngi xoşuma gəlmədi, filan pomada yox, bunu belə edək, saçımı bir az da buraq, havalı edək. İllər ərzində təcrübələrimə əsaslanaraq deyirəm ki, belə aparıcılar efirdə yadda qalmayıblar, orada deyillər".

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Mirinin dibçəyi" yutub layihəsində deyib. O, verilişlərinin reytinqlərinə və aparıcıların proqramlarda müğənnilərin şəxsi həyatlarına toxunmasına münasibət bildirib:

"Bəzən də baxırsan ki, ağzının danışığını bilməyənlər, "adə", "hıı" deyə danışanlar olurlar reytinqdə. Bəlkə də insanlar ona sirk kimi baxır.
Bu gün brifinqlərə jurnalistlər çağırılır, bəzən qurumlardan deyirlər ki, sual verməyin. Sən brifinqə jurnalisti çağırmısansa, ona bunu necə deyə bilərsən? Deməli, jurnalistə hörmət etmirsən. Mən olsam orada çıxıb deyərəm ki, jurnalistin işi sual verməkdir. Və məni narahat edən sualı verərəm. Bu gün qurumların münasibəti də, bilmirəm naşı jurnalistləri çox görüblər, peşəkar olmayan müxbirləri görüblər. Bəzən gənc nəsilə deyirsən ki, bunu elə yox belə et, görürsən ki, xətrinə dəyir. Polad döyüldükcə bərkiyir. Elə bilirsiniz, məni 26 ildə tənqid etməyiblər, ağlamamışam? Efirlərdən kənarlaşdırılmışam, ağlamışam da. Amma bu günə qədər bir dənə də olsun reytinq verməyən veriliş aparmamışam. Aydındır ki, aparıcın görkəmi səliqəli olmalıdır. Amma verilişin məğzi olmalıdır, məzmununu düşünmək lazımdır.

Aparıcı var, deyir ki, studiyam pisdir, ona görə reytinq az gəlir. Xeyr, sən bir çəlləyin içində efir apar, əgər maraqlı danışırsansa, ağzını açanda faktlara əsalanırsansa, söz azadlığı olsa da, söz özübaşnalığı olmamalıdır. Dünyanın istənilən yerində azadlıq müəyyən çərçivəyə qədərdir. İnsanın öz daxili çərçivəsi olmalıdır. Filankəsin anası, bacısı demək, şəxsi həyata müdaxilə jurnalistika deyil. Heç kimin ixtiyarı yoxdur, ailə içinə, şəxsi işə qarışsın".

Aytən "aparıcı Zaur Kamal və ya başqası olsun, qoyur sənət adamını qabağına şəxsi həyatından tut hər şeyə toxunur" sualına belə reaksiya verib:

"Bayaq dediniz, bayağılıq. Bax, bu odur. Zauru efirə çıxaran adamlar var. Bu qədər".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1398   Tarix: 11 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19.09.2026 297
.

10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl

27.09.2026 516
.

Vəfaya "iPhone 18 Pro Max" hədiyyə olundu, ilk paylaşımını etdi - VİDEO

Vəfa Şərifovaya "iPhone 18 Pro Max" hədiyyə olunub. Ona telefondan əlavə, hədiyyə olaraq gül və şokolad göndərilib. Müğənni həmin anları sosial media hesabında paylaşıb. O bildirib ki, telefonunu dəyişmək fikrində olmayıb. Vəfa Şərifova yeni "iPhone" modellərini ilk əldə edənlər sırasınd

27.09.2026 470
.

"Bentley" üzərində Aygün Kazımovaya SEVGİ NÜMAYİŞİ - VİDEO

Xalq artisti Aygün Kazımovanın fanatlarından birinin ona olan sevgisini nümayiş etdirmə üsulu diqqət çəkib. -ın məlumatına görə, sosial şəbəkələrdə "Divan"ın fotoları ilə bəzədilmiş "Bentley" markalı avtomobilin görüntüləri yayılıb. Malik Salahov şəxsi "Instagram" hesabınd

27.09.2026 236
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18.09.2026 462
.

Afra Saraçoğlu saxlanıldı

Türkiyəli aktrisa Afra Saraçoğlu saxlanılıb. Axşam.az xəbər verir ki, aktrisa narkotik maddələrlə bağlı keçirilən əməliyyat çərçivəsində tutulub. Qeyd edək ki, daha əvvəl aktyor Aras Bulut İynemli, müğənni Seyfullah Sağır (Sefo), aktrisa Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten və keçmiş futbolç

18.09.2026 525
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13.09.2026 580
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19.09.2026 285
.

"Kızılcık şerbeti"nin aktrisası xəyanət iddialarını təsdiqlədi - Foto

Türkiyəli aktrisa Seray Kaya sosial media paylaşımı ilə gündəm olub. Axşam.az xəbər verir ki, aktrisa İdris Aybirdi ilə fotosunu yayımlayaraq sevgili olduqlarını açıqlayıb. O, bununla "Survivor" yarışması ilə tanınan Sahra Işıkın keçmiş həyat yoldaşı İdrisin ona "Kızılcık Şerbeti"

20.09.2026 409
.