"Nənəm rəhmətə gedəndən sonra anam özünü itirdi"

"Nənəm rəhmətə gedəndən sonra anam özünü itirdi""Nənəm uşaqlıqdan hər zaman yanımda olub. O rəhmətə gedəndən sonra sanki həyatımdan bir parça getdi. Hər zaman nənəmlə birlikdə qalmışam. Anam yanımıza gəlib-gedirdi. Nənəmlə yaşamışam. Ən çox nənəmi məktəbə gedən illərdə xatırlayıram. Dərslərimə kömək edirdi. Məni məktəbə nənəm aparıb, gətirirdi. Yanımda olurdu. Nənəm üçün çox darıxıram".

Axşam.az xəbər verir ki, bu sözləri hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suel "Günaydın, Azərbaycan" proqramında deyib. O, nənəsi İradə Səmədovadan danışaraq, ona uşaqlıqda Təranənin anasının baxdığını deyib:

"Çox darıxıram nənəm üçün. Anam da bilirdi ki, nənəmi ondan daha çox istəyirdim. Çünki gözümü açandan nənəmi görmüşdüm. Mənim üçün nənəmi itirmək çox ağır oldu. Nənəm sağ olsaydı, o qoymazdı nə bizim, nə anamın başına bunlar gəlsin. Nənəm anamın başında bir dilək idi. Nənəm rəhmətə gedəndən sonra anam özünü itirdi. Bir dəfə nənəm yuxuma girdi, dedi ki, görürsən, mən sənə demişdim belə olacaq. Nənəm mənimlə dalaşandan sonra deyirdi ki, öləndən sonra qədrimi biləcəksən. Bir dəfə yuxuma gəlmişdi. O çox pis kədərlənmişdi. Söylədi ki, mən sənə demişdim axı ölsəm, sən belə olacaqsan. O bilirdi ki, hər şeyin axırı elə məhz belə olacaq. Nənəm məni hamıdan qoruyurdu. Hər zaman məni gözünün üstündə saxlayırdı. Nənəmin mənə son sözü "özünə yaxşı bax" oldu. O elə bu sözlərdən sonra 5-10 dəqiqə keçdi və dünyasını dəyişdi. Bacım Adel nənəmi görməyib. Kaş o da nənə sevgisini görərdi".

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı. Hazırda Suel müğənni Rəqsanə İsmayılovanın bacısı Adel isə Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2723   Tarix: 06 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19.09.2026 297
.

3 il aradan sonra seriala çəkilir

Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha

19.09.2026 268
.

Aygün Kazımovanın qızı İlqarə dəyişib TANINMAZ HALA DÜŞDÜ - FOTO

Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə Kazımovanın xarici görünüşü hər kəsi təəcübləndirib. xəbər verir ki, sosial mediada İlqarənin yeni görüntüləri marağa səbəb olub. Şəkildən görünür ki, Kazımova həddindən artıq çəki atıb. Sözü gedən fotonu təqdim edirik:

20.09.2026 394
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29.09.2026 376
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

20.09.2026 359
.

Vəfaya "iPhone 18 Pro Max" hədiyyə olundu, ilk paylaşımını etdi - VİDEO

Vəfa Şərifovaya "iPhone 18 Pro Max" hədiyyə olunub. Ona telefondan əlavə, hədiyyə olaraq gül və şokolad göndərilib. Müğənni həmin anları sosial media hesabında paylaşıb. O bildirib ki, telefonunu dəyişmək fikrində olmayıb. Vəfa Şərifova yeni "iPhone" modellərini ilk əldə edənlər sırasınd

27.09.2026 471
.

Bu da Gülay Zeynallının MAKİYAJSIZ HALI - FOTOLAR

Müğənni Gülay Zeynallı yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, müğənni İnstaqram hesabında paylaşım edib. Görüntülərdə Gülay makiyajsız halı ilə diqqət çəkib. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

20.09.2026 549
.

"Deyirlər ki, Mələkxanımın bloger qızı, amma..."

Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrindən danışıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" verilişində övladının yaradıcılığından söz açıb. O bildirib ki, hər yerdə Nəzrinin onun bloger qızı kimi təqdim edirlər:. "Deyirlər ki, Mələkxanımın bloger qızı. Nəzrin hazırd

19.09.2026 295
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 817
.