Ev almaq istəyənlərə VACİB XƏBƏR

Ev almaq istəyənlərə VACİB XƏBƏRBakı şəhərində mənzillərin qiyməti sürətlə artır. Hesablamalara görə, bu il bahalaşma 10 faizdən çox olub. Ekspertlər bunu torpaq sahələrinin azlığı, yenitikililərin maya dəyərinin artması ilə əlaqələndirirlər. Bu gedişlə bahalaşmanın gələn il də davam edəcəyi proqnozlaşdırılır.

BiG.AZ mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

2023-cü ilin III rübündə mənzil bazarında qiymətlər 2022-ci ilin III rübünə nisbətən 10.1 faiz bahalaşıb. Cari ilin III rübündə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.8 faiz, təkrar mənzil bazarında isə 10.1 faiz artıb. İstər-istəməz sual yaranır: Mənzil qiymətlərini bu qədər bahalaşdıran nədir?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Kaspi"yə açıqlamasında deyib ki, yenitikili binaların inşası üçün torpaq sahələri həddindən artıq bahadır: "Bakı şəhərində daşınmaz əmlak bazarında son illər qiymət artımları davam edir. Son üç ildə artımların daha çox olduğu müşahidə edilir. Yeni tikilən binalardakı qiymətlərin artmasına əsas səbəb paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində çoxmənzilli yaşayış binalarının inşa olunması üçün torpaq sahələrinin olmamasıdır. Məhdud sayda torpaqların da qiyməti çox bahadır ki, bu da tikintinin maya dəyərini artırır. Əvvəlki illərdə tikinti şirkətləri torpağın bir sotunu təxminən 25-30 min manata alırdılarsa, hazırda bu qiymətlər 70-150 min manat arasında dəyişir. Hansı ki, 25-30 min kvadrat metrlik tikintinin aparılması üçün təxminən bir hektar torpaq sahəsi tələb olunur".

Ekspert bildirib ki, pilot layihələr nəticəsində köhnə binaların sökülüb yerində daha yeni və baha mənzillərin inşası da qiymətlərə təsir edir: "Torpaq sahəsi məhdud olduğuna görə, tikinti şirkətləri daha çox pilot layihələr üzərindən tikinti işləri aparırlar. Tikilmiş yeni binadan həmin mənzil sahiblərinə ümumi sahəsi daha geniş olan tam təmirli mənzillər verilir. Bu da tikintinin maya dəyərinə təsir edir və satış qiymətini artırır. İstismar müddətini başa vurmuş evlər normal şərtlərdə daha ucuz olmalı idi. Çünki o binalar ipoteka predmetinə çevrilə bilmir, banklar tərəfindən girov götürülmür. Lakin söküldüyünə görə, onların qiymətlərində artımlar müşahidə olunur. Artımlara əsas səbəb bu mənzillər sökülərkən sahiblərinə verilən kirayə pulları və sökülüb yerində tikilən binada verilən mənzilin satış qiymətinin bazara iki dəfə daha baha təklif olunmasıdır".

E.Fərzəliyevin sözlərinə görə, yeni qərar həm insanları, həm də tikinti şirkətlərini çətin vəziyyətdə qoyur: "Həmçinin, həyət evləri də belədir. Artıq fərdi həyət evlərinin tikintisi üçün də mərkəzə yaxın ərazilərdə torpaq sahələri qalmayıb. Bu baxımdan, əmlak bazarında qiymətlərin enəcəyi gözlənilmir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqdim etdiyi tələblərə əsasən, tikinti şirkətləri bina inşa edərkən həyətyanı sahələr yaratmalı, binalararası məsafələr qorunmalıdır. Bu da onu deməyə əsas verir ki, tikinti şirkətləri gələcəkdə əvvəlki kimi sıx binalar tikə bilməyəcəklər. Bina sayı azaldıqca, bu, satış qiymətlərinə təsirini göstərəcək".

Əmlakçı Mülkədar Rüstəmovun fikrincə, qiymətlərdə hətta 30 faiz artım olduğunu da söyləmək mümkündür: "Əsas səbəb tikinti şirkətləri üçün mənzil tikməyə yerlərin azalmasıdır. Tikinti şirkətləri şəhərin Nəsimi, Yasamal, Nərimanov rayonlarındakı kütləvi söküntü işləri ilə maraqlanırlar. Buna səbəb həmin ərazilərin daha çox satılması ilə bağlıdır. Ən çox tələbat köhnə mənzil bazarındadır. Köhnə mənzil bazarında qiymət artımının səbəbi Türkiyədəki zəlzələdən sonra oradan ölkəmizə olan axındır. Gələn müştərilərin də əksəriyyəti ipoteka dəstəyi ilə köhnə mənzil bazarına maraq göstərir. Ona görə köhnə mənzil bazarında 70-ci illərdən qalmış ipotekaya tam yararlı mənzillərə tələbat yaranıb. Qiymətlər hətta 30 faizə qədər artdı. 2023-cü ilin sentyabr ayının məlumatına görə, üç otaqlı mənzillər 160-170 minə, iki otaqlılar isə 125-140 min manata təklif olunur. Şəhərin mərkəzə yaxın istiqamətlərində, xüsusilə mikrorayonlarda mənzillərin bir kvadratmetri 1800-2000 manata təklif edilir. Halbuki əvvəl bu qiymətə şəhərin mərkəzindən ev almaq olurdu. Mərkəz ərazilərdə isə yeni tikililərdə mənzillərin bir kvadratmetri 2200-2300 manat olaraq dəyişir".

M.Rüstəmov qeyd edib ki, köhnə mənzillərin söküntüsü bitərsə, o zaman qiymətlərdə sabitlik ola bilər: "Mənzil bazarında qıtlıq var. Tələb çoxdur, təklif isə az. Düşünürəm ki, qiymət artımı 2024-cü ildə 10-15 faizdən də çox olacaq. Çünki hazırda bazarda mənzil tapmaq çox çətindir. Qıtlıq olduğu üçün qiymətlər də artır. Həm yeni, həm köhnə mənzil bazarında qiymətlərin artımı hər ay müşahidə olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 937   Tarix: 29 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.