Bu rayonlarda ət və yem ucuzlaşıb - VİDEO

Bu rayonlarda ət və yem ucuzlaşıb - VİDEOSon vaxtlar ətin bahalaşacağı deyilir. Sosial şəbəkələrdə istifadəçilər tez-tez belə məlumatlar paylaşırlar. İddia olunur ki, yem bazasının bahalaşması qiymətləri artıracaq.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən məsələlərin fonunda qiymətlərin qalxıb-qalxmayacağını öyrənmək üçün həm bölgələrdə, həm də paytaxdakı vəziyyəti araşdırdıq. Məlum oldu ki, Tovuzda yem heç də bahalaşmayıb, əksinə, ucuzlaşıb.

Rayondakı qəssab dükanlarında isə yemlərin baha olduğu və bunun qiymətlərə də təsir etdiyi deyildi.

Otun qiymətinə gəlincə isə, hazırda Tovuzda yonca bağlaması 6-7 manat arasında dəyişir. Adi ot bağlaması isə 3-5 manatdır.

Satıcılar deyirlər ki, qış ayları sərt keçərsə bağlamaların bahalaşacağı gözlənilir. Bu da ətlik heyvanların qiymətinə təsir edəcək.

Bərdədə isə ətin ucuzlaşdığını, otun bahalaşdığını deyirlər.

Ötən ay 5 manata satılan ot bağlaması indi 6-7 manatdır.

Paytaxtda gəldikcə isə, burada ətin qiyməti bölgələrdən çox az fərqlənir.

Satıcılar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi alıcılıq da zəifdir.

İqtisadçı Elman Sadıqov deyir ki, kompleks tədbirlər görməklə, xüsusilə, istehsalın artırılmasına şərait yaratmaqla qiymətləri stabil saxlamaq olar.

Elman Sadıqov bildirir ki, ətin bahalaşmasına təkcə yemin qiyməti təsir etmir. Ona görə də dəqiq analizlər aparılmalıdır. Xarici təcrübədən yararlanmaqla qapalı heyvandarlığa keçilməlidir. Onun sözlərinə görə, qabaqlayıcı tədbirlər görülməzsə, yaxın müddət ərzində ət ən azı 20 faiz bahalaşa bilər.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 986   Tarix: 29 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

TOP MP3