Gürcü politoloq: "Güc strukturlarımız ölkədə çaxnaşma yaratmağa imkan verməyəcək"

Gürcü politoloq: "Güc strukturlarımız ölkədə çaxnaşma yaratmağa imkan verməyəcək""Bizim güc strukturlarımız kimliyindən asılı olmayaraq heç kimə icazə verməyəcək ki, ölkədə çaxnaşma yaratsın".

Bu fikri "Report"un Gürcüstan bürosuna xarici siyasət elmlər doktoru, politoloq Malxaz Qulaşvili deyib.

Politoloq bildirib ki, hakimiyyət dəyişikliyi yalnız seçki yolu ilə baş tuta bilər: "Gürcü xalqı heç bir güc yolu ilə hakimiyyət dəyişikliyinə imkan verməz. Seçki yolu ilə isə müxalifətin heç bir şansı yoxdur. Müxalifət də bunu bilir. Onun üçün seçkidən sonra səs-küy salıb ölkədə çaxnaşma yaratmaq üçün çalışır. Amma müxalifətin heç bir məkrli planı baş tutmayacaq".

M. Qulaşvili qeyd edib ki, gürcü xalqını arxalarınca aparmaq üçün hazırkı vəziyyətdə müxalifətin heç bir gücü və resursu yoxdur:

"2024-cü il seçkiləri isə bu USAİD kimi təşkilat üçün son olacaq. Çünki, seçkilərdən sonra onlar istəklərinə çatmayıb öz mövcudluğunu itirəcəklər".

Politoloq bildirib ki, ABŞ təşkilatı USAİD-kimi heç kimə boş yerə heç nə vermir: "Bu yaxında 3 serb vətəndaşının Tbilisiyə dəvət etmişdilər ki, dinc yolla hakimiyyət dəyişikliyi edilsin. Onların əlbəttə Gürcüstanla bağlı mühüm bir planı var. Yoxsa ki, yerli hakimiyyəti devirmək üçün niyə nümayəndələr göndərsinlər. Bu olanlar və böyük miqdarda maliyyə axını da Gürcüstan hakimiyyətində böyük şübhələr yaratdı. Buna görə də Gürcüstan təhlükəsizlik xidməti məsələni araşdırmağa başlayıb və ortaya da faktlar qoyub. Hər kəsi də təəccübləndirən bu oldu ki, bizim strateji tərəfdaşımız olan ABŞ bizə qarşı hərəkət edib", - deyə politoloq vurğulayıb.

Malxaz Qulaşvilinin sözlərinə görə, Gürcüstan hakimiyyəti çox doğru yoldadır: "Qafqazda sülhün olması üçün çalışır. Buna da heç kim mane ola bilməyəcək".

O bildirib ki, Gürcüstan hakimiyyəti hazırda çox güclüdür: "Qərbin Gürcüstan hakimiyyəti ilə bağlı düşüncələri isə olduqca yanlışdır. Onlar düşünürlər ki, indiki Gürcüstan Şevardnadzenin zamanındakı Gürcüstandır. Çünki, Şevarnadzenin zamanında güc strukturları zəif, bölünmüş vəziyyətdə idi. Amma indi Gürcüstan təhlükəsizlik xidməti, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyinin hazırlıq səviyyəsi çox yüksəkdir. Onlar Gürcüstanın təhlükəsizliyini qoruyurlar. İstər ölkə xaricində, istərsə də ölkənin daxilində olan bütün prosesləri çox ciddi nəzarətdə saxlayırlar. Düşünürəm ki, Gürcüstanın tarixində güc strukturları indiki kimi hazırlıqlı olmayıblar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 762   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.