Manatın dövretmə sürəti azalır: Səbəb bahalaşmadır?

Manatın dövretmə sürəti azalır: Səbəb bahalaşmadır?Mərkəzi Bankın oktyabrın 1-nə olan məlumatına görə, Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,65 bənd təşkil edib.

Bu da sentyabrın 1-i ilə müqayisədə 0,10 bənd az (2,7%), yanvarın 1-nə nisbətən 0,37 bənd (9,2%), ötən ilin oktyabrın 1-nə nisbətən isə 1,07 bənd (22,7%) azdır.

Belə ki, bu ilin sentyabrın 1-nə manatın dövretmə sürəti 3,75, ilin əvvəlində 4,02, keçən il oktyabrın 1-nə 4,72 bənd təşkil edib.

Bəs bu azalmanın səbəbi nə ilə bağlıdır?

Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, manatın dövretmə sürətinin zəifləməsi, ölkədəki inflyasiya və bahalaşma tendensiyası ilə birbaşa əlaqədardır:

"Son illər ərzində inflyasiya tempi yüksək xarakter daşıyır. Mərkəzi Bank da buna görə sərt kredit siyasəti aparır. Bunun da əsas göstəricisi, uçot dərəcəsinin, yəni AMB tərəfindən mərkəzləşdirilmiş kredit resursları üzrə müəyyən edilən faiz dərəcəsinin yüksək xarakter daşımasıdır.
Hazırda uçot dərəcəsi 9 faiz təşkil edir.

Son aylara qədər AMB bunu hissə-hissə yuxarı qaldırmaq siyasəti aparırdı. Belə olan halda isə, nağd pul dövriyyəsinin sürətinin azalması qeydə alınıb".

Ekspertin sözlərinə görə, işgüzar aktivliyin yüksək olduğu bir şəraitdə iqtisadiyyatın real sektorunun tələb olunan səviyyədə kreditləşdirilməsi zamanı pulun dövretmə sürəti də artır:

"Bunun da nəticəsində inflyasiya prosesləri iqtisadi artımdan və inkişafdan asılı olaraq özünü büruzə verir.

Ancaq bizdə əksinədir. AMB məcburi şəkildə inflyasiya proseslərini tənzimləmək üçün uçot dərəcəsini qaldırmalıdır ki, bunun da nəticəsində pul-kredit siyasəti sərtləşmiş olur. Manatın isə dövretmə sürəti istər-istəməz zəifləyir. Bu problemin nə zaman aradan qaldırılmasına gəlincə, əgər inflyasiya amilləri aradan götürülərsə və bahalaşma prosesi səngiyərsə, AMB da uçot dərəcəsini tədricən aşağı sala bilər ki, bu da pulun dövretmə sürətini artıracaq. Ancaq bunun nə vaxt baş verəcəyini indidən söyləmək çətindir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.