Zərərçəkmiş Vaqif Xaçatryana: "Bu camaatı incitmə, boynuna al etdiklərini, kişiliyin olsun!"

Zərərçəkmiş Vaqif Xaçatryana: "Bu camaatı incitmə, boynuna al etdiklərini, kişiliyin olsun!""Yolumuzu kəsdilər, xəstə apardığımız maşını güllələdilər".

"Report" xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Alış Alışov deyib.

Onun sözlərinə görə, Vaqif Xaçatryan və onun dəstəsi rəhmətlik Qəniməti baltayla vurublar: "Baltayla başından vurandan sonra bir neçə güllə vurdular. Vaqifin qardaşı da, özü də orada iştirak edirdilər".

Məhkəmədə zərərçəkmişlə Vaqif Xaçatryan arasında dialoq olub.

A.Alışov Vaqif Xaçatryana onu tanıdığını deyib. Vaqif Xaçatryan isə onu tanımadığını bildirib.

Zərərəçəkmiş: Sən orada deyildin?

Vaqif: Mən orada deyildim.

Zərərçəkmiş: Bu necə adamdır ə?

Vaqif: Sən məni orada heç görməmisən. Mən silah götürüb vurmaram.

Zərərçəkmiş: Siz günahsız, əliyalın camaatı qırdınız. Bu camaatı incitmə, boynuna al etdiklərini, kişiliyin olsun!

Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 812   Tarix: 24 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb - Elmdə ilk

ABŞ-nin Minnesota Universitetinin alimləri ilk dəfə olaraq ayrı-ayrı bioloji komponentlərdən canlı hüceyrənin xüsusiyyətlərinə malik sintetik hüceyrə yaratmağa nail olub. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar sıfırdan yaradılan bu hüceyrəyə "SpudCell"

29.07.2026 117
.

İsrail ordusu Livan bufer zonasında Hizbullahın bir neçə silah və hərbi texnika anbarını aşkar edib

İsrail ordusunun çərşənbə günü verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri əsgərləri son bir neçə gün ərzində İsrail və Livan arasındakı bufer zonasında tapılan onlarla silah və digər hərbi texnikanı aşkar edərək məhv ediblər. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, buraya Kalaşniko

29.07.2026 153
.

100 ildən çox qapalı qalan ada turistlər üçün açıldı

Sakit okeanda, Havay adalarında yerləşən və uzun illər sirr olaraq qalan Niihau adası artıq məhdud sayda turist qəbul etməyə başlayıb. Buna baxmayaraq, adada yaşayan insanlar bu gün də internet, mobil telefon, su kəməri və asfalt yollar olmadan ənənəvi həyat tərzini davam etdirirlər. Qaynarinfo-nun RMF24-

29.07.2026 138
.

Netanyahunun Zelenski ilə görüşdən imtinası nə deməkdir? - POLİTOLOQDAN AÇIQLAMA

İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüşdən imtina etməsi beynəlxalq siyasi dairələrdə diqqət çəkib. Məlumata görə, Zelenskinin ofisi görüşün təşkili üçün müraciət etsə də, Netanyahunun dəftərxanası proqramın sıxlığın

29.07.2026 212
.

Mətbəxdə atmağa tələsməyin - Bu əşyalar lazım ola bilər

Mətbəxdə artıq əşyalardan qurtulmaq istəsəniz də, bəzi əşyaları atmağa tələsməmək tövsiyə olunur. Onlar həm xatirə dəyəri daşıya, həm maddi baxımdan qiymətli ola, həm də sonradan yenidən lazım gələ bilər. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri mətbəxdə saxlanılması tövsiy

29.07.2026 137
.

Növbəti iki gündə güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 30-31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olara

29.07.2026 256
.

Həkimlərin sertifikasiyası ilə bağlı yeni qərar olacaq

"Sertifikasiya üzrə sual bazası açıq olacaq, yeni tətbiq istifadəyə veriləcək". Axşam.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev AzTV və "Trend"ə müsahibəsində deyib. Nazir qeyd edib ki, tibb işçilərinin sertifikasiyası cəza mexanizmi deyil, peşəkar inkişafın təmin olunmasın

29.07.2026 182
.

Alimlər qağayılarla qeyri-adi təcrübə apardı - Nəticələr gözlənilməz oldu

Alimlərin Alyaskada üçbarmaq qağayılar (moyka) üzərində apardığı qeyri-adi təcrübə maraqlı nəticələr ortaya qoyub. Məlum olub ki, uçma qabiliyyəti süni şəkildə zəiflədilən quşların bir qismi məhv olsa da, sağ qalanlar növbəti il daha uğurlu çoxalıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Time

29.07.2026 125
.

Yunanıstanın Paros adası yanır

Yunanıstanın ən məşhur istirahət mərkəzi olan Paros adasında çıxan meşə yanğını artıq 2 gündür davam edir. "Euronews"a istinadla xəbər verir ki, yanğınsöndürmə briqadaları adanın cənub və cənub-şərqindəki bir neçə nöqtədə alovla mübarizə aparır. Yanğının yaratdığı təhlükə səbəbindən bir neç

29.07.2026 139
.

TOP MP3