Bakıda baş həkim qaynı tərəfindən döyüldü - Özünü avtomobilin qarşısına atıb...
Bakıda "Yaşam Tibb" Mərkəzinin baş həkimi, kardioloq, professor Ceyhun Hacıyev çalışdığı xəstəxananın qarşısında qaynı tərəfindən döyülüb.
"Qaynarinfo"nun məlumatına görə, hadisə Fətəli Xan Xoyski küçəsi, 112 ünvanında baş verib.
Olaya səbəb Ceyhun Hacıyevin mərhum həyat yoldaşı Zenfira Hacıyevanın adına rəsmiləşmiş Şamaxıdakı mənzil olub. Zenfira Hacıyevanın qardaşı Sahib bacısının vəfatından əvvəl onun adına 45 min manat kredit götürüb.
Əvəzində Şamaxıdakı evi bacısının adına keçirib. Zenfira Hacıyevanın vəfatından sonra Ceyhun Hacıyev kreditdən xəbər tutub və evi qızı Leylanın adına rəsmiləşdirib.
Bundan sonra Ceyhun Hacıyevlə qaynı arasında mübahisələr yaranıb və iş məhkəməyə kimi gedib çıxıb. Məhkəmə əmlakın Leyla Hacıyevaya məxsus olduğunu təsdiqləyib.
Bundan narahat olan Sahib Ceyhun Hacıyevin baş həkim işlədiyi "Yaşam Tibb" Mərkəzinə gedib və onunla görüşmək istəyib.
Baş həkim görüşmək istəmədiyi üçün Sahib onun işdən çıxmasını gözləyib. Ceyhun Hacıyev "Toyota Prado" markalı avtomobili ilə hərəkətdə olarkən Sahib qəfildən özünü maşının qarşısına atıb.
Həkim avtomobildən düşüb ona yaxınlaşarkən Sahib təpik zərbələri endirib. Daha sonra isə yumruqla çənəsinə vurub. Hadisə yerinə gələn işçilər həkimi klinikaya aparıblar.
Sahib polislər tərəfindən saxlanılıb, protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmədə baş həkim təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə 1960-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş Sahib Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 1000 manat miqdarında cərimə edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1455 Tarix: 23 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə
29.10.2026 142 "AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib. Sərgidə ölkəmizlə yanaşı, 18 ölkən
29.10.2026 214 Pezeşkianın ana dili sevgisi: İranda Azərbaycan məktəbləri üçün yeni ümid
Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi varlığının ən mühüm dayaqlarından biridir. İnsan öz ana dilində düşünür, duyğularını ifadə edir, xalqının tarixini, mədəniyyətini və ədəbiyyatını gələcək nəsillərə ötürür. Bu baxımdan İranda yaşayan milyonlarla azərbaycanlının öz an
29.10.2026 223 Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli
29.10.2026 326 Robotlar sinif otaqlarında: Təhsildə inqilab, yoxsa yeni çağırışlar?
Müasir dövrdə texnoloji inqilab təhsilin fundamentini də sarsıdır. Özəl məktəblərdə robotların müəllim kimi çıxış etməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq bir fantastika deyil, yaxın gələcəyin real strategiyasıdır. Lakin bu texnoloji sıçrayışın təhsilin mahiyyəti, sosia
29.10.2026 270 Canavarlar ov etmək üçün meşə yanğınlarından istifadə edirlər - Maraqlı kəşf
Alimlər müəyyən ediblər ki, canavarlar meşə yanğınlarından qaçmaq əvəzinə, bəzən alovun yaxınlığına gedərək ov imkanlarından yararlana bilirlər. xarici mediaya istinadən xəbər verir ki, adətən vəhşi heyvanların, xüsusilə yırtıcıların oddan qorxduğu düşünülür. Buna görə də ovçular gecələr vəhşi heyvanlar
29.10.2026 237 Zəfər Günü və Şuşa: milli iradənin təntənəsi, tarixi ədalətin bərpası və Böyük Qayıdışın strateji əhəmiyyəti
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri, Şuşanın azadlığı isə həmin tarixi qələbənin hərbi, siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaql
29.10.2026 253 Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide
29.10.2026 244 The Guardian: "Britaniyada ailələrə enerji xərcləri üçün 100 funt veriləcək"
Britaniya hökuməti müəyyən vergi kateqoriyalarına daxil olan 20 milyon ailəyə yanvar ayında birdəfəlik 100 funt sterlinq ödəməyi planlaşdırır. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökumət həmçinin qaz üzrə sabit ödənişləri ləğv etməyi və enerji xərclərini azaltmaq üçün güzəştli kreditlər təqdi
29.10.2026 253